Məhkəmə qərarları › İş №2(039)-136/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-136/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-136/2021 03.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Elman oğluna qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra mətndə “xxxx” KB ASC) Cavabdeh Elman oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Elman oğlundan “xxxx” KB ASC-nin xeyrinə kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1664,24 manat məbləğində borcu, 692,73 manat faiz borcu, 20,36 manat cərimə borcu olmaqla, cəmi 2377,33 manat kredit borcu və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “xxxx” KB ASC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 248sAD/18 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 120 ay müddətinə, illik 35 faiz dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğədək kredit, kredit prosedurlarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutulmaqla cavabdehə verə bilər. İddaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2018-ci il tarixində illik 30 % 36 ay müddətinə 1800 manat məbləğində kredit köçürülmüşdür. Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olanan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətində verir və borcalan isə həmin kreditdən məqsədli təlimatına uyğun istifadə etməyə və müəyyən olunmuş müddətdə onun faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xx xxxxxxxx 2020-ci il tarixinə kredit müqaviləsi üzrə 1664,24 manat məbləğində əsas borcu, 692,73 manat faiz borcu, 20,36 manat cərimə borcu olmaqla, cəmi 2377,33 manat borcu yaranmışdır. İddiaçı Bankın nümayəndəsi T.Piriyeva ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesində iştirak edə bilməyəcəyini, nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 248sAD/18 №li kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC tərəfindən Cavabdeh illik 35 faiz ödəmək şərti ilə 120 ay müddətinə 15000 manat məbləğədək kredit verməyi öhdəsinə götürür. Kredit alan kreditdən təyinatı üzrə istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan “xxxx” KB ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli 248sAD/18 saylı kredit müqaviləsi üzrə 1664,24 manat məbləğində əsas borcu, 692,73 manat faiz borcu, 20,36 manat cərimə borcu olmaqla, cəmi 2377,33 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda cavabdehin banka olan 1664,24 manat məbləğində əsas borcu, 692,73 manat faiz borcu, 20,36 manat cərimə borcu olmaqla, cəmi 2377,33 manat borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1664,24 manat məbləğində əsas borc, 692,73 manat faiz borcu, 20,36 manat cərimə borcu olmaqla, cəmi 2377 (iki min üç yüz yetmiş yeddi) manat 33 (otuz üç) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar