Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1363/2024 21.06.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi haqqında iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödənilmiş 60 manat pulun və vəkilə xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pulun, cəmi 4460 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xeyli vaxtdır ki, tanıyır. O, təxdminən 2022-ci ilin fevral ayında ünvanlı sosial yardım almaq üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək qeydiyyatdan keçmişdir. Bundan sonra yardımın təyin edilməsi üçün DSMF-nin əməkdaşları tərəfindən onlara məxsus olan evə baxış keçirilmiş və yekunda imtina edilmişdir.Təxminən 2022-ci ilin sentyabr ayında onun işlədiyi Yevlax şəhər 9 saylı tam orta məktəbdə işləyən iş yoldaşı Lalə xanım ondan sosial yardımın düzəlib düzəlməməsi ilə maraqlanmış, müsbət nəticə olmadığını bildikdə isə Lalə xanım ona ünvanlı sosial yardımın düzəldilməsi ilə məşğul olan qohumunun olduğunu bildirmişdir. Sonra o, lalənin qohumu olan İdrisə ona ünvanlı sosial yardım düzəltməsi üçün pul vermişdir. Bu hissəyə qədər İdrisdən heç bir şikayəti olmamış, lakin daha sonra İdris ona əlavə sosial pensiya da düzəldəcəyinə vəd vermiş və bunun üçün ondan 4000 manat pul istəmişdir. Əlavə olaraq da onun bir qohumuna ünvanlı sosial yardım düzəltmək üçün də ondan 840 manat pul istəmişdir. O, İdrisə məxsus olan «Kapital Bank» kartına 30 noyabr 2022-ci il tarixli qəbzlə 600 manat, 30 dekabr 2022-ci il tarixli qəbzlə 1640 manat, 30 dekabr 2022-ci il tarixli qəbzlə 1700 manat, 16 yanvar 2023-cü il tarixli qəbzlə 900 manat olmaqla cəmi 4840 manat (600+1640+1700+900=4840), həmin məbləğin 4000 manatını sosial pensiya düzəldilməsi üçün, 840 manatını isə qohumuna ünvanlı sosial yardım düzəldilməsi üçün vermişdir. Həmin pullar onun tərəfindən verilib və birbaşa İdrisə məxsus olan karta vurmuşdur. İdris də bildirib ki, həmin pullara görə o, cavabdehdir. Daha sonra İdris ona bir kart vermiş və həmin karta 2 ay ardıcıl 270 manat, 3-cü ay isə 300 manat pul vurmuşdur. Cavabdehin bildirdiyinə görə bu onun sosial pensiyası idi. 3-cü aydan sonra məlum olmuşdur ki, kart onun adına deyildir və ona ödənilən pul qanuni onun pensiyası deyildir. Beləliklə, İdris ona cəmi 840 manat pul göndərmişdir (270+270+300=840). Ona sosial pensiya düzəltməsi üçün verdiyi puldan 840 manatını cavabdeh ona geri qaytarmış və 3160 manat borcu qalmışdır (4000-840=3160 manat). Həmçinin onun qohumuna ünvanlı sosial yardım düzəltməsi üçün cavabdehə verdiyi 840 manatı da sonuncu ona qaytarmamışdır. Beləliklə, İdrisin ona 4000 manat (3160+840=4000 manat) məbləğində borcu qalmışdır. Bu halları onun tərəfindən İdrisə məxsus olan bank kartına pulların göndərilməsinə dair 4 ədəd çek də təsdiq edir. Həmçinin Cavabdeh anası ilə (onun) olan vatsap yazışmasında da səs ataraq ona hazırda 4000 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini bildirmiş və iddiaçıya 4000 manat məbləğində pul borclu olduğunu bildirmiş, 60 manat rüsumu və 400 manat vəkil pulunu isə qaytarmağa razı deyildir. İddianın 4000 manat hissəsini qəbul etdiyini bildirmişdir.(müvafiq ərizə təqdim edir). Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Yevlax Şəhər Vəkili Bürosunun hesabına 400 manat pul ödəmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı dövlət hesabına 60 manat pul ödəmişdir. Kapital Banka məxsus ödəmə terminalından verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin bankda olan kart hesabına 600 (altı yüz) manat pul göndərilmişdir. Kapital Banka məxsus ödəmə terminalından verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin bankda olan kart hesabına 1700 (bir min yeddi yüz) manat pul göndərilmişdir. Kapital Banka məxsus ödəmə terminalından verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin bankda olan kart hesabına 1640 (bir min altı yüz qırx) manat pul göndərilmişdir. Kapital Banka məxsus ödəmə terminalından verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh həmin bankda olan kart hesabına 900 (doqquz yüz) manat pul göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinin tələblərinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cu maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin məcəllənin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 4000 manat məbləğində pul vermiş, Cavabdeh 4000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, habelə cavabdeh məhkəmə iclasında iddianı borc hissəsində qəbul edərək, borcunu etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 4000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 400 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 (altmış manat) manat məbləğində pul və vəkili xidmət haqqı kimi ödənilmiş 400 manat pulu İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1363/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1363/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver