Məhkəmə qərarları › İş №2(039)-1365/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1365/2023

12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1365/2023 12.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə oğluna qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-nə qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 3530 manatın müştərək qaydada alınıb ona ödənilməsinə və hazırkı iddia tələbinə baxılması üçün dövlət rüsumu kimi ödədiyi 56 manatın cavabdehlərdən tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 09 iyul 2022-ci il tarixdə Cavabdeh1 KAMAZ-5410 markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə onun idarə etdiyi VAZ-21074 markalı ** XX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxmış və avto qəza baş vermişdir. Bunun nəticəsində onun avtomobilinə 3530 manat ziyan dəymişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 izah etdi ki, avto qəza nəticəsində İddiaçı avtomobilinə ziyan vurmuşdur. Lakin ziyanın məbləği iddia ərizəsində göstərilə qədər olmamışdır. Onun avtomobili sığortalı olduğundan ziyanı sığorta ödəməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izah etdi ki, avto qəza nəticəsində İddiaçı avtomobilinə ziyan vurmuşdur. Həmin qəzada günah "xxxx" ASC-də sığortalı olan Cavabdeh1 idarə etdiyi KAMAZ-5410 markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsində olmuşdur. Ekspert rəyində qeyd olunan ziyanla razıdır. Həmin məbləğ ödəniləcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 56 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 07 avqust 2022-ci il tarixli ƏQ-0002/2022 saylı mütəxəssis rəyindən məlum olur ki, VAZ-21074 markalı ** XX *** qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3530 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 20 yanvar 2023-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərardad məlum olur ki, Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. İş materialları ilə müəyyən edilir ki, Yevlax Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli 2(039)-1365/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İşdə olan və məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 avqust 2023-cü il tarixli 9/4751 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan AutoBox MMC-nin tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla VAZ- 21074 markalı ** XX *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1340 manat müəyyən edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, 09 iyul 2022-ci il tarixdə Cavabdeh1 KAMAZ-5410 markalı, ** BL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilə onun idarə etdiyi VAZ-21074 markalı ** XX *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yoluna çıxmış və avto qəza baş vermişdir. Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat inzibati cərimə edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 3530 manat ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ekspertiza keçirilmiş və avtomobilə dəymiş ziyanın məbləği 1340 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. «Sığоrtа hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununun 31.1-ci mаddəsinin tələbinə görə, sığоrtаçı sığоrtа ödənişini müqаviləyə və yа qаnunа müvаfiq surətdə sığоrtаlının ərizəsinə və sığоrtа hаdisəsi hаqqındа аktа əsаsən vеrir. Həmin Qаnunun 34.1.3 və 34.1.4-cü mаddələrinin tələbinə görə, sığоrtаlının vəzifələrinə-sığоrtа hаdisəsi bаş vеrdikdə, bu bаrədə sığоrtа müqаviləsində müəyyən еdilmiş müddətdə sığоrtаçını хəbərdаr еtmək və ziyаnın qаrşısının аlınmаsı və аzаldılmаsı üçün tədbirlər görmək аiddir. Həmin Qаnunun 37.1-ci mаddəsinə əsаsən sığоrtаlının təqsirkаr şəхsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiаsı) əmlаk sığоrtаsı üzrə sığоrtа ödənişini vеrmiş sığоrtаçıyа rеqrеs qаydаsındа оnun vеrdiyi sığоrtа ödənişi məbləğində kеçir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəklərinin icrа еdilmədiyi bütün hаllаr üçün cаvаbdеhdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 916.1-ci mаddəsinə əsаsən əgər sığоrtаlı zərərin əvəzini ödəmək tələbini 3-cü şəхs qаrşısındа irəli sürə bilərsə, həmin tələb sığоrtаçıyа bu şərtlə kеçir ki, о, zərərin əvəzini sığоrtаlıyа ödəmiş оlsun. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə, Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 936.2-ci maddəsinin tələbinə görə, Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi ziyan məhz Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Lakin avtomobil "xxxx" ASC-də sığortalı olduğundan həmin müqaviləyə əsasən ziyan "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə 1340 manat məbləğində pul və 33.40 manat ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq İddiaçı xeyrinə verilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 1340 manat dəymiş ziyan və 33.40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" ASC-dən 50 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar