Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1368/2023 04.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində borcun və 42 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci ildə tanışı Cavabdeh arvadının müalicəsinə görə ehtiyacı olduğu üçün 2200 manat borc pul vermişdir. Dəfələrlə müraciətlər, xahişlər və tələb etsə də xeyli müddət keçməsinə baxmayaraq bu günə qədər pulunu cavabdehdən ala bilmir. O, pulunu cavabdehdən geri ala bildmədiyi üçün Yevlax rayon polis şöbəsinə cavabdeh barəsində şikayət də vermişdir. Lakin şikayəti mülki xarakterli olduğu üçün orada şikayətinə baxmadılar və məhkəməyə müraciət hüququnun olduğunu bildirdilər. Bu günədək həmin 2200 manat pul məbləğini cavabdehdən ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək həmçinin bildirmişdir ki, nə cavabdehin, nə də onun arvadının kartı onda olmamış və cavabdeh bu günədək borcundan heç bir ödəniş etməmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş etdi. Əvvəllki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 2200 manat borc pulu 2 il öncə almış, həyat yoldaşı Səyyarə Əmiraslanovaya məxsus olan kartı iddiaçıya vermiş, 7 ay ərzində ayda 532 manat olmaqla İddiaçı həmin kartdan pul çıxarmışdır. Bu səbəbdən iddianın təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Yevlax Rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2020-ci ildə yay aylarında Yevlax şəhəri Aeroport qəsəbəsində yaşayan Hakim adlı şəxs onun yanına gələrək arvadının müalicəsi üçün 2200 manat pul alaraq 2-3 aya qaytaracağına söz versədə bu günədək qaytarmamışdır. Vətəndaş Cavabdeh Yevlax rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, təxminən 2 il bundan qabaq tandığı Rahilə adlı xanımın yanına gələrək və ondan yoldaşı xəstə olduğu üçün 1300 manat borc pul almış, qısa bir müddətdə qaytaracağına söz versədə imkanı olmadığı üçün qaytara bilməmişdir. Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2023/111/4985 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq olunmuş xx.xx.2012-ci il tarixli ödəniş kartlarının emissiyası və istifadəsi qaydalarının 7.8.1 bəndinə əsasən bankamatlarda qeydə alınan kamera görüntülərinin ən azı 6 ay müddətinə saxlanılması təmin edilir. Uzun müddət keçdiyinə görə sorğu edilən əməliyyatlar üzrə görüntülər aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından, habelə iş materiallarında olan izahatlardan da görünür ki, iddiaçı cavabdehə 2200 manat məbləğində borc pul vermiş, Cavabdeh isə 2200 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Həmçinin cavabdeh sözügedən borcu 2200 manatı iddiaçıdan borc aldığını etiraf etmiş (müvafiq ərizə vermişdir), həmin borcun arvadına məxsus bank kartını iddiaçıya verdiyini, sonuncunun isə 7 ay ərzində həmin kartdan 532 manat pul çıxardığını və nəticədə borcunun ödənildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir (sözügedən kartın məxsus olduğu Kapital Banka həmin kartdan kimin pul çıxarması ilə bağlı məlumat alınması üçün məhkəmə tərəfindən göndərilən müvafiq müraciət sorğu edilən əməliyyatlar üzrə görüntülər aşkar edilmədiyindən cavabdehin qeyd etdiyi hal sübut olunmamışdır). Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2200 (iki min iki yüz) manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1368/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1368/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver