Məhkəmə qərarları › İş №2(039)-1383/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1383/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1383/2021 05.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16000 manat borc məbləğinin və tərəfindən iddia ərizəsi üçün banka ödənilmiş 30.40 manat məbləğində dövlət rusumunun Cavabdeh tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək edərək izah etdi ki, Cavabdeh Yevlax şəhərində özünə məxsus evi və evin altındakı obyekti 180000 manata satdığını öyrənmişdir. 2016-cı ilin sentyabr ayında Nemətlə görüşmüş və Nemətə evi almaq məqsədi ilə ilkin ödəniş kimi 48000 manat pul vermişdir. Qalan pulu isə alqı-satqıda ödəyəcəyini bildirmişdir.Müəyyən səbəblərdən Nemət evi ona satası olmamışdır. X1. Evin satıldığını öyrənəndə 48000 manatı Nemətdən tələb etmişdir. Nemət bildirmişdir ki, onun evini alan qızlardır. İlahə və Sevdada 100000 manat alacağı var. O da İlahə və Sevdanın dayısı X7 tapmış və qızların nömrəsini almışdır. Onlarla telefonla danışmış və onlardan Nemətə 100000 manat borcları qalıb-qalmadığını soruşmuşdur. Qızlar ona dedi ki, Nemətə onların 38000 manat borcları qalmışdır. 08 iyun 2017-ci il tarixdə Nemətlə aralarında X5 iştirakı ilə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında qızların dayısı Mətləb 3000 manatı evin borcundan Nemətə ödəmiş və qalan 35000 manat Nemətə ödəniləcək pulu İlahə və Sevda tərəfindən dayıları X10 tərəfindən ona 2017-ci ilin oktyabr ayının sonunadək ödənilməsinə dair öhdəlik götürmüşdür. Nemət də ona çatası 35000 manatın ona ödənilməsinə razılıq vermişdir. Həmin puldan 2017-ci ilin oktyabr ayında həqiqətən 32000 manatını İlahə və Sevdadan almışdır. İddia etdiyi 16000 manat pulun 13000 manatı 2016-cı ildə ilkin ödəniş kimi ödədiyi 48000 manatdan qalan puldu, 3000 manat müqavilə üzrə Musayev Mətləb, İlahə və Sevdanın ödəyəcəyi pulu onlardan istəmir. Nemətdən istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, Yevlax şəhərində yerləşən ona məxsus olan evi və evin alt hissəsində yerləşən mağazanı satmaq qərarına gəlmişdir. İddiaçı ilə bununla bağlı görüşmüş və Vüqar ona evin alınması ilə bağlı ilkin ödəniş kimi 35000 manat pul vermişdir. Lakin sonradan İddiaçı evi alası olmadığından və verdiyi pulu geri istədiyindən, evi İlahə və Sevda bacılarına 180000 manata satmışdır. İlahə ilə Sevdanın ona həmin puldan 38000 manat borcları qalan zaman və bacılar Yevlaxda olmadığından 08 iyul 2017-ci il tarixdə onların əvəzinə dayıları Mətləb Musayev, o və İddiaçı arasında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən bacıların evin pulundan ona olan 38000 manat borcundan 3000 manatını Mətləb Musayev nəğd şəlikdə ona ödəmişdir. Qalan 35000 manatı isə ona yox, İddiaçı ilkin ödəniş kimi aldığı pulun əvəzinə ödəyəcəyini öhdəsinə götürmüşdür. Onun İddiaçı heç bir borcu qalmamışdır. İlkin ödəniş kimi verdiyi pulu da, İlahə ilə Sevda Vüqara müqavilə əsasında ödəmişlər. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, evi və obyekti o bacısı ilə almışdır. Onlar Yevlaxda olmadıqlarından və Nemətə 38000 manat borcları qaldığından müqaviləni Nemət,Vüqar və dayısı Mətləb bağlamışlar. Müqavilə üzrə pulu 2017-ci ilin oktyabr ayında Vüqara ödəmişlər.Müqavilə üzrə ödənilməmiş borc qalmamışdır.Vüqarın Nemətə nə qədər ilkin ödəniş kimi pul verdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərdi ki, İlahə ilə Sevda onun bacısı qızlarıdır. Onlar Nemətdən ev və obyekti almışlar.08 iyul 2017-ci il tarixdə bacısı qızlarının adından üçtərəfli müqavilənin bağlanmasında iştirak etmişdir. Müqaviləyə əsasən o Nemətə bacısı qızlarının qalmış olduğu 38000 manatdan 3000 manatını nəğd şəkildə ödəmişdir.Nemətin Vüqara borclu olduğu 35000 manat pulu isə 2017-ci ilin oktyabr ayında odəniləcəyinə dair öhdəlik götürməklə müqaviləni imzalamışdır. Vüqarın Nemətə nə qədər ilkin ödəniş kimi pul verdiyini bilmir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 iyun 2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, İddiaçı, Cavabdeh və X10 arasında üçtərəfli müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsaən hər üç tərəf arasında olan qarşılıqlı razılaşmaya əsasən X3 Nemət İsmayıl oğluna ailəsi adından borclu olduğu 38000 manatın 3000 manatını nəğd olaraq Cavabdeh ödəyir və Cavabdeh həmin məbləği təhfil alır. Qalan 35000 manatı isə X2 Nemət İsmayıl oğlunun İddiaçı borclu olduğu pul vəsaitlərinə görə İddiaçı yaxın gələcəkdə, yəni 2017-ci ilin oktyabr ayının sonunadək ödəyəcəyinə dair öhdəlik götürür. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh özünə məxsus evi və obyekti satmaq qərarına gəlmişdir. İddiaçı evi almaq məqsədi ilə cavabdehə müəyyən məbləğdə ilkin ödəniş kimi pul vermişdir. Sonradan evi İlahə Məmmədova və Sevinc Məmmədova bacılarına satmışdır. Bacıların cavabdehə evin pulundan 38000 manat borcları qalmışdır. 08 iyul 2017-ci il tarixdə həmin bacılar Yevlax rayonunda olmadıqlarından onların adından dayıları Mətləb Musayev iştirak etməklə üçtərəfli müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə hər üç tərəf arasında olan qarşılıqlı razılaşmaya əsasən X2 Nemət İsmayıl oğluna ailəsi adından borclu olduğu 38000 manatın 3000 manatını nəğd olaraq Cavabdeh ödəyir və Cavabdeh həmin məbləği təhfil alır. Qalan 35000 manatı isə X2 Nemət İsmayıl oğlunun İddiaçı borclu olduğu pul vəsaitlərinə görə İddiaçı yaxın gələcəkdə, yəni 2017-ci ilin oktyabr ayının sonunadək ödəyəcəyinə dair öhdəlik götürmüşdur. İddiaçı hazırda cavabdehdən 16000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Həmin pulun 3000 manatı 08 iyul 2017-ci il tarixli müqavilə üzrə ödənilməmiş hissə, 13000 manatı isə ilkin ödəniş kimi 2016-cı ildə verilən puldan geri qaytarılmamış hissədir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 48000 manat pulun 2016-cı ildə verildiyini bildirsə də, müqavilədən görünür ki, cavabdehin iddiaçıya 35000 manat borcu olmuşdur. 13000 manat borcun olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.Həmçinin Cavabdeh 08 iyul 2017-ci il tarixli müqavilə üzrə 3000 manatın ödənilməsinə dair hər hansı bir öhdəliyi olmadığı üçün iddia o hissədə də rədd olunmalıdır. . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən,Kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən, Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar