Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1385/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehsəmalı Məcbur qızına qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehsəmalı Məcbur qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 235 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Yevlax rayonunda, bazarda ayaqqabı mağazasının sahibidir. İllərdir ayaqqabı alış-verişi ilə məşğuldur. Cavabdeh dəfələrlə onun mağazasından nisyə ayaqqabı alıb. O, cavabdehin səmimiliyinə inaraq ona 235 manat məbləğində mal vermişdir. Cavabdeh Yevlax rayonunda orta məktəblərin birində müəllimə işləyir. Cavabdeh söz vermişdir ki, malın pulunu hissə-hissə ödəyəcəkdir. Lakin uzun müddətdir müxtəlif bəhanələrlə borcu qaytarmaqdan imtina edir. Söz verdiyi vaxtda borcu qaytarmır və onu ağır maddi vəziyyətə salır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdehsəmalı Məcbur qızı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Nağıyev Vahid Kamal oğlu iddiaçının kürəkəni olduğunu, iddiaçıya məxsus mağazanın yanında mağazası olduğunu və Gülnarəsəmalı Bayramovanın qaynanasına məxsus mağazadan dəfələrlə nisyə alış-veriş etdiyinin şahidi olduğunu bildirmişdir. İddiaçının təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Nağızadə Kamal Teymur oğlu iddiaçının nəvəsi olduğunu bildirmiş və şahid Nağıyev Vahid Kamal oğlunun ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında 235 manat dəyərində malın (ayaqqabının) nisyə alğı-satqısı barədə şifahi razılaşma olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehsəmalı Məcbur qızından İddiaçı xeyrinə 235 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehsəmalı Məcbur qızından 235 (iki yüz otuz beş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1385/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1385/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver