Məhkəmə qərarları › İş №2(039)-1386/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1386/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1386/2021 14.12.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «21000 manat pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «21000 manat pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 21000 manat pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh 15000 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh onun yaxın qonşusu və qohumudur. Cavabdeh ondan bir dəfə 6000 manat, bir dəfə də 15000 manat borc pul almışdır. Bu barədə aralarında yazışma olmuşdur. Cavabdeh ona bank kartı vermişdir ki, pulu bank kartından çıxartsın lakin cavabdeh kartların qarşısını bağlatmışdır. Həmin kartlardan 6000 manat pulu çıxartmışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X2 iddia tələbini müdafiə edərək izah etdi ki, tərəflər arasında olan akt əsasında cavabdeh iddiaçıdan 21000 manat pul almışdır. Cavabdeh pulu ona məxsus bank kartları əsasında götürməli idi. Lakin cavabdeh kartları bağlamışdır. İddiaçı həmin kartlardan cəmi 6000 manat pul çıxarmışdır. İddiaçı vəkili X2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, İddiaçı onun qohumudur. Zümrüddən borc pul almışdır. Borcu qaytarmaq üçün Zümrüdə özünə məxsus iki ədəd bank kartını vermişdir. Həmin bank kartlarından Zümrüd təxminən 5500-6000 manat pul çıxartmışdır. Zümrüd ona 21000 manat pul verməyibdir. O da heç bir sənəd imzalamamışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 dekabr 2020-ci il tarixli aktdan məlum olur ki, İddiaçı əvvəlki tarixlərdə verdiyi borc məbləği olan 6000 manatı da birlikdə ödəmək şərti ilə Cavabdeh 15000 manat borc pul vermişdir. Bunun müqabilində Cavabdeh İddiaçı iki ədəd pensiya kartını girov qoyur ki, həmin kartdan hər ay 750 manat pul çıxaracaqdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(039)-1386/2021 saylı qərardadından məlum olur ki, İddiaçı Cavabdeh qarşı «21000 manat pul» tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 05 noyabr 2021-ci il tarixli 4/1408 saylı rəyindən məlum olur ki, 2(039)-1386/2021 saylı mülki işin 24-cü vərəqində İddiaçı və Cavabdeh adlarından olan 22 dekabr 2020-ci il tarixli 15000 manata dair aktda “pulu aldı” qrafasından yuxarıda soldakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehə cəmi 21000 manat borc vermişdir. 20 dekabr 2020-ci il tarixdə borcun verilməsi və əvvəlki borcun etiraf edilməsi ilə bağlı akt (müqavilə) tərtib olunmudur. Həmin razılaşmaya əsasən cavabdeh özünə məxsus iki ədəd bank kartlarını iddiaçıya vermişdir. İddiaçı həmin kartlardan 6000 manat pul çıxartmışdır. Lakin cavabdeh kartların qarsısın bağlatmışdır. Cavabdeh müqavilə şərtlərini pozduğundan iddiaçı 21000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin azaldılması ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehdən 15000 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh 20 dekabr 2020-ci il tarixli aktın onun tərəfindən imzalanmadığını bildirmişdir. Ekspert rəyi ilə 20 dekabr 2020-ci il tarixli akt cavabdeh tərəfindən imzalandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 15000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh 110 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 15000 manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 110 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar