Məhkəmə qərarları › İş №2(039)-1393/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1393/2020

01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1393/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı “xxxxxxxxxxx” ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən “xxxxxxxxxxx” ASC-nin xeyrinə 7,023.57 AZN əsas, 1,060.19 AZN faiz, cəmi 8,083.76 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1497759A180 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 7,023.57 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə Cavabdeh xx.xx.2020-ci il tarixə banka xx.xx.2019-cu il tarixli, RGTK1497759A180 saylı kredit müqaviləsi üzrə 7,023.57 AZN əsas, 1,060.19 AZN faiz, cəmi 8,083.76 AZN borcu vardır. İddiaçının nümayəndəsi Elsevər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş iddiaçı “xxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK1497759A180 saylı kredit müqaviləsinə və məxaric orderinə əsasən ona 60 ay müddətinə illik 20% faiz dərəcəsi ilə 7,023.57 manat məbləğində kredit verilmişdir. Bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh banka xx.xx.2019-cu il tarixli, RGTK1497759A180 saylı kredit müqaviləsi üzrə 7,023.57 AZN əsas, 1,060.19 AZN faiz, cəmi 8,083.76 AZN borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh qeyd edilən kredit müqavilələri üzrə müəyyən edilmiş məbləğdə krediti götürsə də, ödənişləri vaxtında ödəməmiş, bununla da üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və onun Bank qarşısında borcu yaranmışdır. Kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcunun düzgün hesablanmadığına dair hər hansı hal müəyyən edilməmişdir. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxxxxxx” ASC-nin xeyrinə 7,023.57 manat əsas, 1,060.19 manat faiz borcuvə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 8,113 (səkkiz min bir yüz on üç) manat 76 (yetmiş altı) qəpik iddiaçı “xxxxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar