Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1394/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, 180CLM30155607AB saylı kredit müqaviləsinə əsasən 5836,03 manat əsas borc, 1329,24 manat faiz borcu olmaqla, cəmi 7165,27 manat məbləğində borcun, xx.xx.2018-ci il tarixli **********01944180 saylı kredit xətt müqaviləsinin əsasən 259,99 manat əsas borc, 84,68 manat faiz borcu olmaqla, cəmi 344,67 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 180CLM30155607AB saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 27,84 faiz dərəcəsi ilə 6700 manat məbləğində kredit verilmişdir. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli **********01944180 saylı kredit xətti müqaviləsinə əsasən ona 60 ay müddətində illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Cavabdehin xx.xx.2020-ci il tarixə İddiaçı” ASCnə xx.xx.2018-ci il tarixli, 180CLM30155607AB saylı kredit müqaviləsinə əsasən 5836,03 manat əsas borc, 1329,24 manat faiz borcu olmaqla, cəmi 7165,27 manat məbləğində borcu, xx.xx.2018-ci il tarixli **********01944180 saylı kredit xətti müqaviləsinin əsasən 259,99 manat əsas borc, 84,68 manat faiz borcu olmaqla, cəmi 344,67 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin olunmamışdır. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Əkbərov ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh qızı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 180CLM30155607AB №li kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 27,84 faiz dərəcəsi ilə 48 ay müddətinə 6700 manat məbləğində kredit verilir. Kredit alan kreditdən istifadə etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli **********01944180 №li kredit kartına dair müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit xəttindən son istifadə tarixi xx.xx.2021-ci müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2018-ci il tarixli, 180CLM30155607AB saylı kredit müqaviləsi üzrə 5836,03 manat əsas borc, 1329,24 manat faiz borcu olmaqla, cəmi 7165,27 manat məbləğində borcu, xx.xx.2018-ci il tarixli **********01944180 saylı kredit xətti müqaviləsinin əsasən 259,99 manat əsas borc, 84,68 manat faiz borcu olmaqla, cəmi 344,67 manat borcu var. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh banka olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 5836,03 manat əsas borc, 1329,24 manat faiz borcu olmaqla, cəmi 7165,27 manat məbləğində borcu, xx.xx.2018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 259,99 manat əsas borc, 84,68 manat faiz borcu olmaqla, cəmi 344,67 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli darəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli, 180CLM30155607AB saylı kredit müqaviləsi üzrə 5836,03 manat əsas borc, 1329,24 manat faiz borcu olmaqla, cəmi 7165 (yeddi min yüz altmış beş) manat 27 (iyirmi yeddi) qəpik məbləğində borc, xx.xx.2018-ci il tarixli **********01944180 saylı kredit xətti müqaviləsinin əsasən 259,99 manat əsas borc, 84,68 manat faiz borcu olmaqla, cəmi 344 (üç yüz qırx dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul İddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1394/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1394/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver