Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1412/2020 29.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, X3 Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kreditin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 204 manat, cərimə üzrə 20,04 manat olmaqla ümumilikdə 224,40 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada BOKT “xxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə- xx xxxxxxx 2018-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 1653 manat məbləğində kredit verilmişdir. BOKT "X4'' MMCnin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq alaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zamin Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iclasında iddiaçı “BOKT “xxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, BOKT "X4" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh2 24 ay müddətinə, 0 faiz dərəcəsi ilə 1653 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxxx 2016-cı il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "X4" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında xx xxxxxxx 2016-cı il tarixli, LD********** №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X4" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxxxxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 oğlunun xx xxxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 204 manat, cərimə üzrə 20,04 manat olmaqla ümumilikdə 224,40 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 cəmi 224,40 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh2 224,40 manat kredit borcunun tutulması hissəsində əsaslıdır. Digər cavabdeh-zamin Cavabdeh1 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Zaminlik müqaviləsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə, borcalanın borc verən qarşısındakı öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cu maddəsinə əsasən zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyi üçün iddia tələbi cavabdeh-zaminCavabdeh1 münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pulun Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 204 manat məbləğində əsas borc, 20,40 manat cərimə borcu olmaqla, ümumilikdə 224,40 manatməbləğində borc və 20 manat dövlət rüsumu X3 Kredit Təşkilatı "xxxxxxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsinxeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1412/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1412/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver