Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1414/2020 04.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı BOKT “xxxxxxxx”MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxxxxxx”MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 169,28 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada BOKT “xxxxxxxx”MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "X2" MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə- xx xxx 2018-ci il tarixə qədər illik 0 % dərəcəsini tətbiq etməklə 929 manat məbləğində kredit verilmişdir. BOKT "X2'' MMCnin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxxxxxx" MMC-yə satılmışdır (güzəşt edilmişdir). Hüquqların və tələblərin BOKT "xxxxxxxx" MMC-yə güzəşt edilməsi barəsində cavabdehlər xx.xx.2020-ci il tarixli məktubla məlumatlandırılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zamin Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçıya əsas borc üzrə 169,28 manat ödənilməmiş borcu var. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəməyə Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh2 xx xxxx 2017-ci il tarixdə ölmüşdür. İddiaçı kredit təşkilatının Cavabdeh2 qarşı irəli sürdüyü iddia tələbini özündə əks etdirən iddia ərizəsi Məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsi əsasında hazırki mülki işin icraatı başlanmışdır. İşin Məhkəmədə mahiyyəti üzrə baxılması zamanı isə müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2017-ci il tarixdə, yəni iddiaçı hazırki iddia ilə Məhkəməyə müraciət etməmişdən əvvəl ölmüşdür. Qeyd olunan halı nəzərə alan Məhkəmə, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia tələbinin Cavabdeh2 aid hissəsində iş üzrə icraata xitam verilməsini qərara almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan, xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, X4 Təşkilatı "X2" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh2 18 ay müddətinə, 0% faiz dərəcəsi ilə 929 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "X2" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2016-cı il tarixli, LD********** №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X2" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxxxxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxxxxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc olmaqla ümumilikdə 169,28 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Bank kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 Banka cəmi 169,28 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminlik müqaviləsinin 5.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə borc alan borc verən qarşısında öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Beləliklə, xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2018-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra xx.xx.2020-ci il tarixdə məhkəməyə verilmişdir. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh1 iddiaçının qarşısında məsuliyyət daşımır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT “xxxxxxxx” MMC-ninCavabdeh1 qarşı “kreditin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1414/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1414/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver