Məhkəmə qərarları › İş №2(039)-1423/2023

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1423/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1423/2023 13.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC (bundan sonra mətndə Bank) Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə 4434.92 manat əsas, 648.28 manat faiz 79.63 manat cərimə borcu olmaqla, cəmi 5162.83 manat borcun 0.40 manat xidmət haqqının və ödənilmiş 71.63 manat dövlət rüsumunun tutularaq Bankın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 13 iyun 2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, hazırda cavabdeh ilə arasında razılıq əldə olunduğu üçün iddia ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdehin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamş saxlanılmalı və bu səbəbdən xx.xx.2023-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İddia ərizəsi baxılmamış saxlanlanıldığından ödənilmiş dövlət rüsumu olaraq iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.5, 259.0.11, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 71.63 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar