Məhkəmə qərarları › İş №2(039)-1430/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1430/2020

09.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1430/2020 09.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, X5 X3nin Cavabdeh qarşı pul tələbinə dair iddiasıüzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 132 manat pulun alınaraq Bərdə Regional X3nin “Kapital Bank”ın Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 *** **** ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə özünün mal-qarasını qanunsuz meşə sahəsinə gətirərək meşəəkinlərini və təbii bərpasını otarmaqla məhv etmişdir. Əraziyə baxış keçirilərək qeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı təbiətə 132 manat ziyan vurulması aşkar edilmişdir. Vurduğu ziyanınödənilməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçını nümayəndəsi X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh xx xxxx 2020-ci il tarixdə meşə sahəsində qoyun-quzu otardığını bildirərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan meşə gözətçisi X1 xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, Cavabdeh özünün xırdabuynuzlu heyvanlarını meşəyə buraxır və onun göstərişlərinə tabe olmur. İş materiallarında olan Bərdə Regional X3nin xx xxxx 2020-ci il tarixli 58386 nömrəli aktından görünür ki, Yevlax rayonu, Qaraoğlankənd sakini Cavabdeh özünün xırdabuynuzlu heyvanlarını gətirib qanunsuz olaraq meşə sahəsində otarır, meşə gözətçisinə tabe olmur, mal-qaranı meşə sahəsindən çıxartmır. Aktda Azərbaycan Respublikasıının Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən meşəyə 132 manat ziyan vurulduğu müəyyən olunur. Azərbaycan RespublikasıMülki Məcəlləsininin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda birinci əsas olan zərər fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işdə bu əsaslar müəyyən edilir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar, iş materialları və cavabdehin izahatı iləöz təsdiqini tapır. Ona görə də, iddiaçı baş vermiş delikt nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 132 manat alınıb iddiaçıya verilməlidir. Göstərilənlərəəsasən və Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 132 (bir yüz otuz iki) manat məbləğində pul alınaraq X5 X3nin “Kapital Bank” Bərdə rayon Şöbəsinin Az 88 CTE 000 000 *** **** ******* saylı hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar