Məhkəmə qərarları › İş №2(039)-1439/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1439/2020

01.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1439/2020 01.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay alimentin miqdarı artırılaraq 2020-ci ildə uşaqlar üçün yaşayış minimumu həddində yəni 170 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, o, xx xxxxxxxx 2013-cü il tarixdə cavabdehlə rəsmi nikah qeyd etdirmədən, faktiki münasibətlərinə daxil olaraq onunla ailə qurmuşdur. Birgə ər-arvad yaşadıqları müddətdə xx xxxxxx 2014-cü il tarixdə Zəhra adlı bir qız uşaqları anadan olmuşdur. Nikahları olmadığı üçün cavabdeh müvafiq icra hakimiyyəti orqanına müraciət edərək qızı Zəhranın atası olduğunu etiraf etmiş, xx xxxxxx 2015-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və həmin tarixli doğum haqqında şəhadətnaməyə əsasən cavabdeh onun xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş qızı Zəhranın atası hesab edilmişdir. Cavabdehla xx xxxxxx 2016-cı il tarixədək birgə yaşadıqdan sonra ayrılmışlar. O, həmin tarixdən Oğuz rayonu Şirvanlı kəndində valideynlərinin himayəsində yaşayır. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(054)-354/2016-cı il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə ona qət edilmiş 80 manat aliment pulu olduqca azdır. Belə ki, o, qızı X6 qızı ilə birlikdə Oğuz rayonu Şirvanlı kəndində valideynlərinin himayəsində yaşayır və heç bir yerdə işləmir. Cavabdehdən faktiki olaraq ayrı yaşadıqdan sonra uşağının maddi ehtiyyaclarını və digər xərclərini o və valideynləri ödəyir. Heç yerdə işləmədiyi üçün qızının saxlanmasında maddi cəhətdən çətinlik çəkir, işləmədiyi üçün qızının saxlanmasında maddi çətinliklər çəkir. Cavabdeh isə fərdi əmək fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etməsinə baxmayaraq heç bir köməklik və maddi yardım etmir. Cavabdehin gəlirinin dəqiq miqdarı və mənbəyi ona məlum deyildir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclası zamanı bildirmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(054)-354/2016-cı il tarixli qətnaməsi ilə ondan hər ay 80 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin sonradan İddiaçı ilə razılıq əldə etmiş və hər ay 50 manat olmaqla aliment pulunu ödəyir. Hazırda onun maddi vəziyyəti daha da pisləşmişdir. Belə ki, yenidən ailə qurmuş və himayəsində iki azyaşlı uşağı var. Eyni zamanda xəstə olan valideynləri də onun himayəsindədir. Hər hansı gəlir mənbəyi yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Oğuz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(054)- 354/2016-cı il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, xx xxxxxx 2016-cı il tarixdən başlayaraq Cavabdeh hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment alınaraq xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi qət edilmişdir. Təqdim edilmiş şəhadətnamə və arayışlarla təsdiq olunur ki, Cavabdeh ilə Verdiyeva Firəngiz Əlövsət qızının nikahları xx xxxx 2016-cı il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində 158 nömrə ilə qeydə alınmış, bu nikahdan xx xxxx 2017-ci il təvəllüdlü X5 və xx xxxxxxx 2019-cu il təvəllüdlü X1 adlı iki uşaqları doğulmuşdur. Təqdim edilmiş Yevlax Şəhər İHB-nin Səmədabad kənd X4 üzrə nümayəndəliyi tərəfindən verilmiş 569 №-li, xx xxxxxx 2020-ci il traixli arayışından təsdiq olunur ki, Cavabdeh hal-hazırda heç bir yerdə işləmir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh yenidən nikaha daxil olduğunu və himayəsində iki azyaşlı uşağının, habelə valideynlərinin olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu hal birinci nikahdan olan azyaşlı uşağının maddi təminatına təsir edə bilməz, eyni zamanda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artması, habelə cavabdehin müntəzəm qazanca malik olmasına dair sübutların mövcud olmaması nəzərə alınmalı və iddia qismən təmin edilməli, aliment sabit pul məbləğində və 120 manat həddində müəyyən edilməlidir. Belə ki, İddiaçı Cavabdeh hər ay uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Alimentin miqdarının artırılması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(054)-354/2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar