Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1440/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, X8 X2 hüquqşünası X3 iştirakı ilə, İddiaçı X6 Mərkəzi Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X6 Mərkəzi Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 132 manat məbləğində borcun alınaraq X6 Mərkəzinin “xxxxxxxxxxxx”ın Bərdə rayon Şöbəsinin AZ88CTRE ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Mərkəzin əməkdaşları xx xxxx 2020-ci il tarixdə meşə gözətçisi Bayram İlyasovun məlumatını yerində araşdırarkən məlum olmuşdur ki, Yevlax rayon Qaraoğlan kənd sakin Cavabdeh özünün mal-qarasını meşə sahəsinə gətirərək meşə əkinlərini və təbii bərpasını otarmaqla məhv edir. Əraziyə baxış keçirərkənqeyd olunan faktlar üzrə Mərkəzin işçiləri tərəfindən bu barədə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Baxış zamanı müəssisəyə 132 manat ziyan vurması aşkar edilmişdir. Cavabdeh X10 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 132 (yüz otuz iki) manat dəyərindi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır X8 X2 hüquqşünası X7iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək hesab edir ki, iddia təmin edilməlidir. Bərdə Regional X2 əməkdaşıkarı tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli aktından məlum olur ki, Yevlax rayonun, Qaraoğlan kəndində yaşayan Cəfərov X4 meşəbəyliyi ərazisindən qanunsuz olaraq Qaraoğlan meşəbəyliyi 4 saylı meşə doyalının mülkiyyətində olan torpaq sahəsindən 60 (altmış) baş xırdabuynuzlu heyvanın otarması faktı aşkar edilmişdir. Təqdim edilmiş fotolarla da həmin fakt təsdiqini tapır. Mülki Məcəllə: Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən olunur ki, cavabdeh Qaraoğlan meşəbəyliyinin 4 saylı meşə dolayısında 60 baş xırda buynuzlu heyvan otarmaqla Dövlət Meşə Fonduna 132 manat ziyan vurmuşdur. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 132 (bir yüz otuz iki) manat alınaraq X6 Mərkəzinin “xxxxxxxxxxxx” ASCnin Bərdə rayon şöbəsinin AZ88CTRE ******************** saylı hesabına ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1440/2020
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1440/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver