Məhkəmə qərarları › İş №2(039)-1442/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1442/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1442/2020 02.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24734.60 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, oğlu Pünhan Umudov 2014-cü il tarixdə Yevlax rayonu Aran qəsəbəsində hərbi xidmətdə olarkən, cavabdehlə tanışlığı yaranmışdır. Belə ki, Cavabdeh oğlunun xidmət etdiyi hərbi hissənin yaxınlığında uşaq bağçasında işləyərkən əsgərlərə, o cümlədən oğluna zəruri qayğılar göstərmiş, onlara isti münasibət göstərmişdir. Hər dəfə oğlu ilə görüşəndə, cavabdehin onlara göstərdiyi qayğılardan danışmış, bir valideyn olaraq Cavabdeh oğluna qarşı etdiyi yaxşılıqlara görə öz minnətdarlığını bildirmişdir. Oğlu hərbi xidməti başa vurduqdan sonra, cavabdehlə əlaqələri kəsilmiş, onunla heç bir ünsiyyətləri olmamışdır. 2016-cı ilin əvvəllərində cavabdeh Ucar rayonuna gələrək onu və oğlunu tapmış, həyat yoldaşından boşandığ üçün işləyib övladlarını saxlamaq üçün Ucar rayonuna gəldiyini, yaşamaq üçün ona kirayə ev tapmaqlarını xahiş etmişdir. Onu müraciətinə biganə qalmayıb cavabdehə kirayə ev tapmışlar. Cavabdeh bacarığına uyğun iş tapıb, kirayə tutduğu evdə yaşamışdır. Təxminən 2019-cu ilin may ayında cavabdeh ona müraciət edərək, Ucar rayonunda ev aldığını, lakin həmin evi yaşayış üçün yararlı vəziyyətə gətirmək üçün təmir-tikinti işlərinin aparılmasına ehtiyac olduğunu, bunun üçün ona məxsus tikinti materialları mağazasından müyyən müddətə qaytarmaq şərtilə nisyə tikinti materialları verməyini xahiş etdi. Cavabdehin xahişini nəzərə alaraq, ona tikinti materiallarını işçisi X6 tərəfindən qaima faktura sənədinə imza etdirməklə verilmişdir. Eyni zamanda Cavabdeh ona müraciət edərək, evində təmir-tikinti işlərini aparan ustalara zəhmət haqqı ödəmək üçün xx xxxxxx 2019-cu il tarixdə 1500 manat, xx xxxxxx 2019-cu il tarixdə 6000 manat almış və onun iştirakı ilə usta X4 vermişdir. Həmçinin cavabdeh inşa etdirdiyi evə qapı və pencərə almaq istədiyini, lakin arzu etdiyi qapılar ona məxsus mağazada olmadığı üçün sonuncu 5543 manat pulu işçisi Elton Məmmədovdan nağd qaydada qaima-faktura sənədinə imza etdirilməklə alaraq, Ucar rayonunda yerləşən başqa mağazadan almışdır. Lakin cavabdeh vəd verdiyi vaxtda nisyə aldığı tikinti materiallarının, eləcə də ustalara zəhmət haqqı kimi ödəmək üçün aldığı, həmçinin qapı və pencərə almaq üçün aldığı pulları ödəməmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, iddiaçının oğlu X7 ilə xx xxxxxxx 2016-cı il tarixdə faktiki ailə münasibətləri olub. Həmin münasibətlərdən xx xxx 2017-ci il tarixdə X5 dünyaya gəlmişdir. Umudov Pünhan polis zabiti işləyir. Pünhan Umudovla münasibətləri korlandığından o məcbur qalıb Respublikanın səlahiyyətli orqanlarına ərizə ilə müraciət etmişdir. Pünhanın atası İddiaçı onunla görüşmüş və övladından şikayətçi olmasın deyə müraciət etdi. xx xxxxxx 2018-ci ildə notarial qaydada İddiaçı ona on min manat bəxşiş etmişdir. O isə bunun müqabilində Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada ərizə vermişdir. Həmin on min manata Ucar rayonunda iki otaqlı ev almışdır. Həmçinin İddiaçı ona pul bəxşiş edərkən ona evinin təmiri üçün 20000 manat civarında köməklik edəcəyini də vəd etmişdir. Hazırda İddiaçı ondan 24000 manat pul tələb edir. Qeyd edir ki, İddiaçı özünə məxsus tikinti materialları mağazası mövcuddur. Göstərilən fakturalarda qeyd edilən məbləğlərdə tikinti materiallarını o həqiqətən də alımışdır. Lakin 5543 rəqəmi qeyd edilən faktura ilə razı deyil. Bundan başqa İddiaçı evdə təmir işləri aparan ustaya da 4000 manat pul vermişdir. Həmçinin İddiaçı 1500 manat borc almışdır və bu barədə ona yazılı izahat da vermişdir. Hər bir faktura sənədi tələfindən imza etdirilməklə verilmişdir. Həmin nisyə verilən tikinti materialları və iddiaçı tərəfindən verilmiş ustanın zəhmət haqqı ona İddiaçı tərəfindən verilən vədin nəticəsində baş vermişdir. Cavabdeh məhkəmədən iddia rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, ustadır və ev təmirləri ilə məşğul olur. Qahirənin evində ustalıq edərək, təmir işləri görmüşdür. Ev sahibindən pul istəyərkən ona pulu İddiaçı verəcəyini bildirmişdir. Onun 6000 manat məbləğində zəhmət haqqısını İddiaçı vermişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, İddiaçı məxsus tikinti materilları mağazasında satıcı işləyir. Qahirə evinin təmiri üçün tikinti materialları nisyə götürmüşdür. Bu barədə qaimə fakturaları yazmış və Qahirə həmin fakturaları imzalamışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, sürücü işləyir. Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasından material alarkən, həmin materialları Qahirənin evinə öz avtomobili ilə o daşımışdır. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, fəhlə işləyir. Qahirə İddiaçı məxsus tikinti materialları mağazasında material alarkən, həmin materialları avtomobilə yükləyərək, Qahirənin evinə getmiş və oraya materialları boşaltmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən izahatdan məlum olur ki, Cavabdeh İddiaçı 1500 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 1291.20 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 831.80 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 58.20 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 232.40 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 145.60 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 8 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 43.60 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 167.30 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 1507.60 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 85.50 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 964.80 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 935.80 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 123 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh tikinti materialları qeyd edilməyən 5543 rəqəmi qeyd edilən fakturaya imza etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 2000 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 74.50 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 256.50 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 57.60 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 918.10 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 201.70 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 431.10 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 293 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 224 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 117.50 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 292.80 manat dəyərində tikinti materialları verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli ******* saylı qaimə fakturada məlum olur ki, Cavabdeh 442 manat dəyərində tikinti materialları verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən, Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı övladı Pünhan Umudovla tanış olub münasibət qurmuşlar. Cavabdeh Ucar rayonuna köçərək orada yaşamağa başlamışdır. Cavabdeh Pünhan Umudovla münasibətləri korlandığından hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Cavabdeh ilə İddiaçı razılığa gələrək sonuncu Cavabdeh 10000 manat pul bəxşiş etmiş və Cavabdeh Pünhan Umudovdan heç bir şikayət və tələbinin olmaması barədə notarial qaydada təsdiqlənmiş ərizə vermişdir. Cavabdeh həmin pula Ucar rayonunda ev almışdır. Ev şəraitsiz olduğundan təmir və yenidən qurma işlərinin aparılmasına zərurət yaranmışdır. Həmin təmir tikinti işlərinin aparılması üçün Cavabdeh İddiaçı məxsus tikinti materialları mağazasından nisyə materiallar almış və evini təmir etdirmişdir. Həmçinin evin təmirini aparan ustanın da zəhmət haqqısını İddiaçı vermişdir. Bundan başqa Cavabdeh iddiaçıdan 1500 manat borc pul almışdır. İddiaçı cavabdehdən cəmi 24734.60 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh 5543 manat istisna olmaqla tikinti materiallarını nisyəyə götürməsini, onun yerinə iddiaçı ustaya 4000 manat pul verməsini və iddiaçıdan 1500 manat borc aldığını etiraf etmişdir. Lakin həmin tikinti materiallarının və 4000 manat ustanın əmək haqqısının iddiaçı ona oğlu Pünhandan şikayətiçi olmasın deyə ona 10000 manat pulu notarial qaydada bəxşiş edilərkən verilən şifahi vədin nəticəsində olmuşdur. Cavabdeh hazırda iddiaçıya cəmi 1500 manat borcu olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tikinti materiallarının və 6000 manat ustanın əmək haqqısının iddiaçı tərəfindən ona aralarında olan şifahi razılaşma (vəd) əsasında təmənnasız veridiyini bildirsə də, belə razılaşmanın (vədin) olmasına dair məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı isə belə bir şifahi razılaşmanın olmamasını bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı ******* saylı qaimə fakturada qeyd olunan 5543 manat pulun cavabdehə satıcı tərəfindən nəğd şəkildə verilməsini bildirsə də, məhkəmə həmin qəbzi sübut kimi qəbul etmir. Belə ki, həmin fakturada yalnız rəqəmlər göstərilmiş, həmin rəqəmlərin nə məna daşıması qeyd edilməmişdir. Həmçinin fakturanın hansı tarixdə yazılması qeyd edilməmişdir. Bundan başqa iddianın ustanın zəhmət haqqısı hissəsində iddiaçı 6000 manat tələbilə ilə bağlı cavabdeh həmin məbləğin 4000 manat olmasını bildirmişdir. Məhkəmə həmin evdə usta işləmiş şəxs Sahib Nuriyevin izahatını mötəbər sübut kimi qəbul edərək həmin məbləğin 6000 manat olması qənayətinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19191.60 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 19191.60 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar