Məhkəmə qərarları › İş №2(039)-1458/2025

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1458/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1458/2025 08.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair işə 8 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 9500 manat məbləğində pulun, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115 manatın, cəmi 9615(doqquz min altı yüz on beş) manat məbləğində pulun alınaraq iddiaçıya, yəni İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 10000 manat məbləğində borcu var idi. İddiaçı uzun müddət ərzində pulu tələb etməyinə, baxmayaraq cavabdehlər pulu qaytarmaqdan imtina etmişdirlər. Bundan sonra- 05 dekabr 2024-cü il tarixdə Cavabdeh1 iddiaçıya qəbz yazaraq 10000 manat (8000 və 2000 manat olmaqla) borcu olduqlarını etiraf etmişdirlər. Həminnn qəbzi Cavabdeh1, Cavabdeh2, iddiaçı və şahidlər X3 və X1 da imzalayaraq təsdiq etmişlər. Qəbzin üst tərəfi yalnız Cavabdeh1 adından yazılsa da, tək o deyil, həmçinin Cavabdeh2 da (ikisi birlikdə) iddiaçıya borcludurlar. Qəbzdən görünür ki,pul 8 ay ərzində hissə-hissə olmaqla iddiaçıya qaytarılmalı idi. Lakin, onlar dekabr ayının 5-dən bu günə kimi iddiaçıya yalnız 500 manat qaytarmışdırlar. 9500 manat isə qalmışdır. Cavabdehlərin qəbzin tələbinə əməl etməyərək yenə də iddiaçının pulunu qaytarmaqdan imtina etmədiklərini bildirir. Ona görə də, iddiaçı 8 ayın bitməsini gözləmədən məhkəməyə müraciət etməyə məcbur olduğunu bildirdi. İddiaçı onu da bildirdi ki, o 2025-ci ilin aprel ayında eyni məsələ ilə bağlı YRPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Şöbədə də araşdırılma aparılmış və onların izahatları da alınmışdır.Hər ikisi də polisdə iddiaçıya borclu olduqlarını etiraf etdiklərini bildirmişdir. İddiaçı iddiasını müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək iş üzrə Cavabdeh1 9500 manat pulun, həmçinin 115 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehin artıq üçüncü dəfədir ki, məhkəmə iclasında iştirak etmədiyini və bu səbəbdən də iddia tələbinin qiyabi icraat qaydasında təmin edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdeh ona yalnız 500 manat pul qaytarmışdır. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 115 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən tərəflərin və şahidlərin imzaları olan yazılı vərəqdən məlum olur ki, Cavabdeh1 İddiaçı 10000 manat borc almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə iş materiallarından məlum olur ki, cavabdeh iddiaçıdan 10000 manat borc pul almış, cavabdehl borcdan 500 manat qaytarmışdır. Lakin qalan 9500 manat borcunu qaytarmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 9500 manat pul və 115 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 240- 245-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 9500 manat pul və 115 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar