Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1459/2021 06.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X1 Cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10800 (on min səkkiz yüz manat) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclaında izah etdi ki, iddiaçı cavabdehlərin onu aldatması ilə bağlı Yevlax rayon Polis şöbəsinə müraciət etmiş və iş üzrə təhqiqat orqanı tərəfindən araşdırma aparılaraq cavabdehlər cəlb edilməklə izahatlarıda alınmışdır. İddiaçının şikayət ərizəsi üzrə müəyyən edilmişdir ki, həqiqətəndə cavabdehlərin iddiaçıya 10800 manat borcları var. Həmin borcu isə cavabdehlər könüllü olaraq qaytarmaq istəmirlər. Cavabdehlər həmin pulu ödəməmələrinin səbəbi kimi uzun müddət işlətdikləri avadanlığı geri qaytarmaqla əvəzləşdirmək istəyirlər. Görünür ki, cavabdehlər əsassız olaraq sexi işlətməklə və istehlak edilmiş avadanlığı əsassız olaraq geri qaytarmaqla əsassız olaraq varlanırlar iddiaçı isə onların əvəzinə pul ödəməlidir. İddiaçı bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər iddiaçının onlara olan etibarından sui-istifadə etməklə aldadaraq pulunu mənimsəmişlər. Polis şöbəsində verdikləri izahatlarında avadanlığı aldıqlarını və birgə məsuliyyət daşımalarını etiraf etmişlər. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək izah etdi ki, onun İddiaçı həqiqətən 8800 manat borcu var. Borc tək onundur və Cavabdeh2 aidiyyəti yoxdur. 8800 manatında 4200 manatı sayğacın puludur. İddiaçı sayğacı İtaliya malı kimi vermişdir. Sayğacın da mütəxəsislər tərəfindən Çin malı olduğu aşkar edildi. Belə ki, bir ay sonra sayğac xarab olduqdan sonra təmirə göndərildi və mərkəzi laboratoriyada sayğac heç nəyə yaramadığı bildirildi. Ona görə də onun zavod əsasında bütün işləri bağlanmışdır. Sayğac ona 40000 manat zərər vurdu. Cavabdeh2 onunla heç bir şərikliyi olmamışdır. Cavabdeh1 məhkəmədən iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izah etdi ki, Cavabdeh1 çörək sexini açan zaman işi olmadığından 2-3 ay orada işləmişdir. İddiaçı tanımayıb. İddiaçı Solmazla olan razılığı əsaında həmin çörək sexinə Emin tərəfindən nisyə qaz avadanlığı verilmişdir. Onun nə çörək sexinə, nə də qaz avadanlığına aidiyyəti olmayıb. İddiaçı onunla nə razılıq əldə etməyib, nə də ona avadanlıq verməyib. Cavabdeh1 ilə aralarında ortaqlıq işin yaradılması və bu işdən əldə edilən gəlirdən pay bölgüsünə dair müqavilə bağlamışlar. Müqavilənin şərtlərinə görə, Cavabdeh1 lahiyə rəhbəri olaraq çörək sexinin təmir və avadanlıqlarının alınması üçün tələb olunan vəsatin verilməsinin təmin edir. Avadanlığın alınması və avadanlığın pulunun ödənilməsi onun üzərinə düşmür. Onun işi zəruri sənədlərin əldə edilməsi və alınması olmuşdur. Yevlax RPŞ-də verdiyi izahatında da, Emini Solmazın vasitəsi ilə tanıdığını bildirmişdir. Avadanlıq Solmaza nisyə verilmişdir. Bunun üçün də Solmaz onun vasitəsi ilə Eminə 1500 manat KapitalBank ASC-dən göndərmişdir. Emin qaz avadanlığını gecə saat ikidə gətirib Solmaza təhvil vermişdir. Solmaz ona zəng etdiyindən o da həmin vaxt çörək sexinə gəlmişdir. İddia tələbinin ona aidiyyəti yoxdur. Cavabdeh2 məhkəmədən iddianın rdd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 23 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən məlum olur ki, İddiaçı şikayət ərizəsi ilə Yevlax rayon Prokurorluğuna müraciət edmiş, toplanılmış material üzrə Cavabdeh2 və Cavabdeh1nın əməlində cinayət tərkibi olmadığından onların barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 may 2021-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 13 may 2019-cu il tarixli ortaqlıq işin yaradılması və bu işdən əldə edilən gəlirdən pay bölgüsünə dair müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 çörəkbişirmə müəssisəsinin lahiyə rəhbəri olaraq təmir və avadanlıqlarının alınması üçün tələb olunan vəsatin verilməsinin təmin edir. Təsisçi və direktor olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edilməsinə rəhərlik edilməsini və pul vasitələrinin hərəkətinə nəzarətin həyata keçirilməsinin icrasını təmin edir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 Yevlax şəhərində çörək sexi açmışdır. Cavabdeh2 da həmin sexdə işçi kimi işləmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olan razılıq əsasında İddiaçı Cavabdeh1 10800 manat dəyərində nisyə qaz avadanlığı vermişdir. Lakin Cavabdeh1 iddiaçıya həmin avadanlıqların pulunu ödəməmişdir. İddiaçı cavadehlərdən 10800 manat pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 iddianı qismən qəbul edir. Belə ki, iddiaçıya tək onun borcu olmasını və borcun mələği 8800 manat olmasını bildirmişdir. Cavabdeh2 iddianı qəbul etmir. Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 may 2019-cu il tarixli ortaqlıq işin yaradılması və bu işdən əldə edilən gəlirdən pay bölgüsünə dair müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh1 çörəkbişirmə müəssisəsinin lahiyə rəhbəri olaraq təmir və avadanlıqlarının alınması üçün tələb olunan vəsatin verilməsinin təmin edir. Təsisçi və direktor olaraq müəssisənin fəaliyyətinə rəhbərlik edilməsinə rəhərlik edilməsini və pul vasitələrinin hərəkətinə nəzarətin həyata keçirilməsinin icrasını təmin edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 iddiaçıya 2000 manat ödədiyini və hazırda iddiaçıya 8800 manat borcu qalmasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı pulun cavabdehlərdən tulmasını tələb etsə də, qaz avadanlıqlarının Cavabdeh2 verilməsinə və onun həmin avadanlıqlara dair borca görə məsuliyyət daşımasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh1 ilə Cavabdeh2 arasında 13 may 2019-cu il tarixli ortaqlıq işin yaradılması və bu işdən əldə edilən gəlirdən pay bölgüsünə dair müqaviləyə əsasən çörəkbişirmə müəssisəsinin təmir və avadanlıqlarının alınması üçün tələb olunan vəsatin verilməsinin təmin edilməsi Cavabdeh1nın üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10800 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 qızından 10800 manat pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1459/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1459/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver