Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-146/2021 03.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azərbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə **********6890 saylı kredit müqaviləsi üzrə 1016,77 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “Finca Azərbaijan” MM QBKT ilə xx.xx.2015-ci il tarixdə bağladığı **********6890 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 23,50% faiz dərəcəsi ilə hesablanmaqla 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 334 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur.Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli, **********6890 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********1959 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 3674,48 ABŞ dolları müəyyə edilmişdir. Eyni tarixdə **********2***-******* saylı və **********2452-798924 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 öhdəliklərin icrasının təminatı olaraq sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh2 çatdırılması üçün Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinə göndərilmişdir. Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin məhkəməyə ünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığı və hansı ünvanda yaşaması barədə məlumatın olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə vəsatət verərək, iddia tələbinə 3 illik iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, **********6890 №li kredit müqaviləsindən görünür ki, “Finca Azərbaijan” MM QBKT-nin Yevlax filialı tərəfindən Cavabdeh1 illik 23,50 faiz ödəmək şərti ilə 18 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit verilir. Kredit alan krediti qəbul etməyi, müəyyən olunmuş şərtlərlə krediti və ona hesablanmış faizi Bank qaytarmağı öz öhdəsinə götürür. xx.xx.2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsi restrukzasiya olunaraq, qalıq borc məbləği 3674,48 ABŞ dolları, kreditin ödənilmə müddəti 24 ay, illik faiz dərəcəsi isə 5 % müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə kredit razılaşması üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə “Finca Azərbaijan” MM QBKT-nin Yevlax filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarında olan “Finca Azərbaijan” MM QBKT tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 ödənilməmiş 1016,77 ABŞ dolları məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 1016,77 ABŞ dolları borcu ödənilməmiş qalmışdır. Məhkəmə Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə vəsatəti ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına əsasən öhdəliyin icra müddəti xx.xx.2018-ci il bitir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə, yəni icra müddəti bitdikdən sonrakı 3 il müddət ərzində müraciət etmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehlərə qarşı hazırkı tələbi ilə bağlı xx.xx.2019-cu il tarixdə Yevlax Rayon Məhkəməsinə müraciət etmiş və Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə kredit müqaviləsi xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü və restrukzasiya olunmadığı üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyücavabdehlərdən 1016,77 ABŞ dolları məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1016 ( bir min on altı) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada “Finca Azərbaijan” MM QBKT-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-146/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-146/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver