Məhkəmə qərarları › İş №2(039)-146/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-146/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-146/2024 04.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun nümayəndəsi - vəkili Vəkil, İlkin iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh1 və üçüncü şəxs X13 qarşı “pul tələbinə” dair ilkin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 (üçüncü şəxs X14 qeyd etməklə) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü iln sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatası kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat X15 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddia ərizəsində qeyd olunan tələbi xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinə əsasən X2 müqaviləsinə əsasən 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayındək olan müddət ərzində Cavabdeh1 ödədiyi ona çatması kirayə haqqı olan 8700 manatın və dövlət rüsumu kimi ödədiyi 107 manat Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən şəhadətnamə verilə miras əmlak ƏMKD-nin yanında DƏDRX-dən real vaxt rejimində əldə edilmiş xx.xx.2021-ci il tarixli qeydiyyat nömrəsi **********CT77301 olan arayışa əsasən və ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş **********91- 10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrdən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi paylı mülkiyyətində olan 0.0548 ha torpaq sahəsinin mərhum X24 məxsus 6/36 hissəsində ibarətdir. Ona verilmiş xx.xx.2021-ci il tarixdə ona verilmiş qanuni üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun adına verilmiş çıxarışda torpaq payın 11/36 hissə qeyd olunmuşdur. X6 adına verilmiş çıxarışda onun torpağa payın 8/36 hissəsi, mənzil isə 5/6 hissə qeyd olunmuşdur. Onun fərdi yaşayış evinə özünə aid hissəsinin yəni 5/6 hissəni xx.xx.2021-ci il tarixdə kirayə müqaviləsinə əsasən X10 verilmişdir. Buna baxmayaraq mənzilin kirayə pulları X22 təqdim olunmuşdur və bu günə kimi də öna ödənilir. Cavabdeh 2021-ci ilin aprel ayından 2023-cü ilin sentyabr ayınadək olan müddət ərzində ona çatması kirayə haqqı ola 8700 manat Elşən Abdullayevdən aldığından həmin məbləğ cavabdehin xeyrinə tutulmalıdır. Sonradan cavabdeh X17 9000 manat vurulmuş maddi və mənəvi ziyan görə pulun, yəni 7000 manat maddi ziyan və 2000 manat mənəvi ziyan görə pulun və 110 manat dövlət rüsumu xərcinin cəmi 9100 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-2778/2023 saylı mülki iş üzrə iddiaçı qarşılıqlı iddia tələbim üzrə cavabdeh İddiaçı ona qarşı iddia tələbi irəli sürərək ondan 8700 manat ona çatmalı olan kirayə haqqı pulu və dövlət rüsumu kimi ödədiyi 107 manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı qarşılıqlı iddia tələbim ilə, cavabdeh İddiaçı ona və ailə üzvlərinə qarşı vurduğu ziyana görə 9000 (doqquz min) manat pul vəsaiti və 110 (bir yüz on) manat tərəfindən ödənilmiş dövlət rüsumu xərcini tələb edir. Onun və ailə üzvləri Cavabdeh2, Cavabdeh1 və X4 şəhəri Şadlinski küçəsi 2 ünvanında yerləşən daşınmaz əmlakda-yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvan onun əsas və daimi yaşayış yeri olmuşdur. Ailə olaraq eyni təsərrüfatı idarə edir. Lakin cavabdeh İddiaçı onların razılığımız olmadan həmin yaşayış sahəsinə dair X19 adlı şəxslə "mənzil kirayə müqaviləsi" bağlanmışdır. Qeyd edi ki, əslində mənzil kirayə müqaviləsi də qanunsuz və əsassız olaraq bağlanmışdır. Çünki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak - yaşayış sahəsi cavabdehin, onun və ailə üzvləri olan yuxarıda adları göstərilən şəxslərin ümumi paylı mülkiyyətinə daxildir. ünvan 3 ünvanında həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə dair ümumi paylı mülkiyyətçilərin payları Cavabdeh1- torpaq sahəsi 6/36 hissəsi, X18-torpaq sahəsi 6/36 hissəsi, X20- torpaq sahəsi 6/36 hissəsi, İddiaçı- yaşayış evi 5/6 hissəsi torpaq sahəsi 8/36, Cavabdeh2 - yaşayış evi 1/6 hissə, torpaq sahəsi 10/36 hissəsidir. ünvan 3 ünvanında həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi tam olaraq cavabdeh İddiaçı mülkiyyətində deyildir. Əslində, cavabdeh İddiaçı üçüncü şəxs X19 ilə mənzil kirayə müqaviləsi bağlamasına, o cümlədən onların ailəvi müvəqqəti olaraq Bakı şəhərində olmağından istifadə edərək, qeyd etdiyim kimi mübahisəli daşınmaz əmlakı- yaşayış sahəsini üçüncü şəxs E.Abdullayevə təhfil vermişdir. Cavabdeh İddiaçı E. Abdullayevlə mənzil kirayə müqaviləsi bağlayarkən onların razılığıını nəzərə alınmamışdır. Məhz buna görə də onlar (onun və ailə üzvləri) Yevlax Rayon Məhkəməsində 2(039)-30/2023 saylı mülki iş üzrə cavabdeh İddiaçı qarşı "evə köçürülmə" tələbinə dair iddia irəli sürdür. Çünki mübahisəli yaşayış sahəsində X19 ailə üzvləri ilə birlikdə yaşayırdır. 2023-cü ilin sentyabr ayının ikinci ongünlüyündə, artıq yaranmış vəziyyətin gərginliyini gördüyündən X19, özü mübahisəli mənzili boşaldaraq ona və ailə üzvlərinə təhfil vermişdir. O, eyni təsərrüfatı idarə etdiyim ailə üzvləri Cavabdeh2, X18 və X20 düz 18 ay müxtəlif ünvanlarda yaşamaq məcburiyyətində olmuşdur. Buna səbəb isə, cavabdeh İddiaçı başqa şəxslə - ilk iddia tələbi üzrə, üçüncü şəxs X19 ilə mənzil kirayə müqavilə bağlaması olmuşdur. Cavabdeh İddiaçı ünvan 3 ünvanına dair X19 ilə mənzil kirayə müqaviləsi bağlayarkən onun və ailə üzvlərinin razılığı alınmamışdır. Halbuki, bu hal birbaşa göstərişdir ki, mənzil kirayə müqaviləsi bağlanılarkən mənzildə qeydiyyatda olan digər hər bir yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan şəxslərin razılığı alınmalıdır. Onu da qeyd edi ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı cavabdeh İddiaçı X1 verərkən, həmin yaşayış sahəsini tam olaraq (həyətyanı torpaq sahəsini tam və fərdi yaşayış evini tam) E. Abdullayevin istifadəsinə və sahibliyinə vermişdir. Halbuki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak-yaşayış sahəsi, ümumi birgə mülkiyyətçisi olduğu şəxslər arasında natura qaydasında bölünməmişdir. Onunla birlikdə eyni təsərrüfatı idarə etdiyi ailə üzvləri Cavabdeh2, X18 və X20 18 ay müddətində daimi yaşayış yeri olmamışdır, tez-tez yaşayış yerini dəyişmək məcburiyyətində olmuş, şəraitsiz mənzillərdə kirayədə yaşayaraq narahat həyat tərzi keçirmişdir. Onlara uyğun olmayan və alışmadığı həyat tərzi-mənzil şəraiti əsəbləri pozmuş və səhhətinin pisləşməsinə səbəb olmuşdur. Bu hal da birbaşa, cavabdeh İddiaçı tərəfindən törədilmiş mülki hüquq pozuntusudur - deliktdir. O, cavabdehdən cəmi 9000 manat, onun tərəfindən vurulmuş maddi və mənəvi ziyana görə pul tələb edir. Həmin məbləğin 7000 (yeddi min) manatı maddi ziyan tələbidir ki, həmin məbləği ona və ailə üzvləri ilə birlikdə kirayə mənzillərə məsrəf etmişdir. 2000 (iki min) manatı isə ona vurulmuş mənəvi zərər olaraq tələb edir. O, ali təhsilli müəllimədir. Yevlax şəhər 2 saylı tam orta məktəbdə müəllimə işləyir. Əsas və daimi yaşayış yeri olan ünvan 2 saylı daşınmaz əmlak- yaşayış sahəri çalışdığıi 2 saylı tam orta məktəbin lap yaxınlığındadır. Eyni zamanda, həmin ünvan kifayət qədər normal şəraitə malikdir. O, və ailə üzvləri isə, ucuz olsun deyə, ucqar və şəraitsiz mənzillərdə kirayədə yaşayırlar. Üstəgəl, şagirdləri arasında fikir formalaşmışdır ki, müəlliməni evdən qovmuşlar və onu evə buraxmırlar. Bütün bu hallar mənəvi olaraq ona ziyan vurmamış deyildir. Onu da qeyd edim ki, "evə köçürmə" barədə irəli sürdüyü iddia tələbini üzrə işin yekunlaşdırılmasını da cavabdeh tərəf süni surətdə uzatmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, kirayəşini qardaşı İsmayıl ilə onun arvadı Könülün tapdığını, kirayə müqaviləsini özünün bağladığını, kirayə haqqının götürülməsini heç kimə tapşırmadığını, lakin kirayə haqqı cavabdehlər tərəfindən alınsa da ona ödənilmədiyini, məhz özünə məxsus hissəni kirayə verdiyini, sonuncu dəfə X19 ilə telefon vasitəsi il danışarkən sonuncu kirayə haqqının 2023-cü ilin avqust ayınadək cavabdehlərə ödənildiyini bildirmiş və məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianı qəbul etməyərək qarşılıqlı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına qədər X3 evdə kirayəşin kimi yaşamış və müddət ərzində hər ay 300 manat olmaqla sonuncudan kirayə haqqını əri Cavabdeh2 ilə birgə o almışdır. Həmin pulu onlar özlərinə pay düşən hissəyə görə almış, iddiaçıya hər hansı bir məbləğ ödəməmişlər. Daha sonra 2023-cü ilin sentyabr ayında onlar evlərinə qayıtdığı üçün Elşən müəllimə evdən çıxmasını bildirmiş və o, da həmin mənzildən çıxmışdır. Qarşılıqlı iddia ilə bağlı isə bildirmişdir ki, ötən müddət ərzində ailəsi ilə birgə başqa başqa ünvanlarda kirayə yaşamış və 7000 manat xərci çıxmışdır məsələ bu yerə çatdığı üçün mənəvi zərər çəkmişdir bu sənbəbdən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə casvabdehin - qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi vəkili Vəkil qarşlıqlı iddia tələbini müdafiə edərək, məhkəmədən qarşılıqlı iddia tələbinin təmin edilməsini və ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 sözügedən evdə yaşamış kirayəşin Elşən Abdullayevi arvadı Cavabdeh1 və onun sifarişi ilə rayonda vasitəçilik ilə məşğul olan bir nəfər tapmış, 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayına kimi kirayəşin həmin evdə yaşamış və bu müddət ərzində aylıq 300 manat kirayə haqqını Cavabdeh1 ilə o almışdır. Bu məsələdən bacısı İddiaçı da xəbəri olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsində onun və arvadının da payı vardır onlar özlərinə məxsus torpağı ev ilə birlikdə Elşən Abdullayevə kirayəyə verdiklərindən həmin pulu almış, lakin həmin puldan Aynura heç bir məbləğ verməmişlər. X5 Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, o xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini Əlİddiaçı ilə kirayə müqaviləsi bağlayaraq ayı 300 manata kirayə götürmüş və həmin evdə yaşamaq üçün öncədən Cavabdeh1 və Cavabdeh2lə razılaşmışdır. 2021-ci ilin aprel ayından 2023-cü ilin avqust ayına kimi Cavabdeh1 və Cavabdeh2 hər ay 300 manat kirayə pulu ödəmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilkin iddia təmin edilməsi və qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mənzillərin evlərin bağların müvəqqəti istifadəyə verilməsi müqaviləsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən İddiaçı kirayəyə götürən X19 aylıq 300 manat kirayə haqqı ödəyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0,0548 ha torpaq sahəsində yerləşən 96.8 m2 sahədən ibarət olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində **********91-10301 reyestr nömrəli qeydiyyata alınmış və Cavabdeh1 torpaq sahəsində 6/36 hissə, X8 torpaq sahəsində 6/36 hissə, X9 torpaq sahəsində 6/36 hissə, İddiaçı yaşayış evində 5/6 hissə, torpaq sahəsində 8/36 hissə, Cavabdeh2 yaşayış evində 1/6 hissə, torpaq sahəsində 10/36 hissə payları müəyyən olunmuşdur. Yevlax Rayon Məhkəməsinin 2(039)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, Cavabdeh1, X8 və X9 cavabdeh İddiaçı qarşı hər birinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən yaşamaq, istifadə hüququnun tanınması və həmin evə köçürülmələrinin təmin edilməsi və ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə dair paylarının natura qaydasında bölünməsi, o cümlədən iddiaçıların hüquqi maraqlarının üst-üstə düşməsini nəzərə alaraq paylarının eyni istiqamətdən ayrılması tələbinə dair ilk iddiası təmin edilməmiş, cavabdeh İddiaçılar Cavabdeh2, Cavabdeh1, X11 və X12 qarşı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin paylara uyğun naturada bölünməklə istifadə qaydalarının müəyyən edilməsi, torpağın naturada bölgüsü mümkün olduğu təqdirdə həmin hissədə təmin edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Əlİddiaçı dövlət hesabına 107 manat rüsum ödəmişdir. xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, Cavabdeh1 dövlət hesabına 110 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Məhkəmə yuxarıda deyilənlərə əsasən qiymət verərək hesab edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması əsası iş materialları ilə təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2-ci maddəsinə əsasən Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də Əsassız varlanmadır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə 1091.1-ci maddəsinə şərh verərək hesab edir ki, əsassız varlanmanın mövcud olması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Varlanmış şəxs əmlak əldə etməli, 2. həmin əmlak məhrum olanın hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Göründüyü kimi bu şərtlərdən heç biri mövcud deyildir. Məhkəmə araşdırması zamanı iddiaçı-cavabdeh, habelə cavabdeh-iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də hazırki mübahisə üzrə ilkin iddia üzrə görülmüş işlərin müvafiq razılaşma əsasında görülməsi, habelə qarşılıqlı iddia üzrə müəyyən əşyaların veruilməsinə dair sübutetmə yükü hər bir tələb üzrə iddia irəli sürən iddiaçının üzərinə düşür. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə iş materialları və tərəflərin izahatları və işdə olan digər sübutlar ilə müəyyən etdi ki, Elşən Abdullayev adlı şəxs 2020-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək iddiaçıya məxsus fərdi yaşayış evində kirayəçi olaraq yaşamış və həmin müddət ərzində hər ay 300 manat olmaqla cavabdehlərə buna görə haqq ödəmiş, sözügedən evin kirayəsi ilə bağlı isə iddiaçı ilə kirayəşin arasında 2021-ci ilin aprel ayından 2023-cü ilin aprel ayınadək aylıq 300 manat ödənilməklə kirayə müqaviləsi bağlanmış, lakin Elşən Abdullayev həmin evdə 2023-cü ilin ayqus ayınadək yaşayaraq həmin vaxtadək kirayə haqqını cavabdehlərə ödəmişdir. Beləliklə ilkin iddia üzrə iddiaçı cavabdehlərin onun hesabına əsassız varlandığı 8700 manat məbləğində pul tələb etmiş, 27 ay üçün yəni 2023-cü ilin avqust ayınadək olan müddətdə müvafiq kirayə müqaviləsi əsasında ödənilmiş 8100 manat pulun məhz cavabdehlər tərəfindən alınması onların özlərinin və şahidin izahatı ilə təsdiq olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehdən 9000 manat məbləğində pul tələb etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, ilkin iddia təmin edilməli və qarşılıqlı iddia üzrə iddia təmin edilə bilməz və qarşılıqlı iddia üzrə tərəfin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 101 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə qarşlıqlı iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin olunsun. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 8100 manat məbləğində kirayə haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101 manat pul tələbinə dair ilkin iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə iddaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı 7000 manat maddi ziyana və 2000 manat mənəvi ziyana görə pulun və 110 manat dövlət rüsumu xərci olmaqla cəmi 9100 manat məbləğində pulun tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar