Məhkəmə qərarları › İş №2(039)-1466/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1466/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1466/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) Cavabdeh qarşı “borcun tutulmasına” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC-nin arasında bağlanmış 09.07.2019-cu il tarixli 015A********** saylı və 09.07.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 09.07.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə 456,74 manat məbləğində kredit borcu, 3,30 manat məbləğində faiz borcu və 113,74 manat cərimə borcu olmaqla, cəmi 573,78 manat məbləğində borcun, 09.07.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi üzrə 1000,76 manat məbləğində kredit borcu, 6,33 manat məbləğində faiz borcu və 249,18 manat cərimə borcu olmaqla, cəmi 1256,27 manat məbləğində borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı QSC ilə bağladığı 09.07.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi əsasında illik 1% dərəcəsi ilə 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 456,74 manat məbləğində kredit götürmüşdür. Bundan başqa cavabdeh İddiaçı QSC ilə bağladığı 09.07.2019-cu il tarixli, 015A********** saylı kredit müqaviləsi əsasında illik 1% dərəcəsi ilə 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1003,01 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 11.08.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, 015A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan ödəniş etməmiş və onun iddiaçıya 456,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 19.04.2021-ci il tarixə 249 gün üçün hesablanmış faiz borcu 3,30 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. 19.04.2021-ci il tarixə 249 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 113,74 manat təşkil edir. 015A********** saylı kredit müqaviləsi üzrə cavabdeh 3 manat ödəniş etmiş və onun Banka 100,76 manat məbləğində kredit borcu qalmışdır. Bu müqavilə üzrə iddiaçıya 249 gün üçün 6,33 manat faiz borcu, 249,18 manat cərimə hesablanmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Bankın nümayəndəsi Emin Əliyev iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, dəbbə pulunun çox hesablandığını bildirərək iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli 015A********** saylı “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik bir faiz dərəcəsi olmaqla 456,74 manat məbləğində kredit verilmişdir. İddiaçı Bank ilə Cavabdeh arasında bağlanmış 09.07.2019-cu il tarixli 015A********** saylı “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik bir faiz dərəcəsi olmaqla 1003,01 manat məbləğində kredit verilmişdir. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bundan başqa, Bank tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, 09.07.2019cu il tarixli 015A********** saylı “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 456,74 manat məbləğində əsas borcu, 3,30 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 113,74 manat cərimə (dəbbə) tətbiq edilmişdir. 09.07.2019-cu il tarixli 015A********** saylı “Kredit müqaviləsi” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə Cavabdeh 1000,76 manat məbləğində əsas borcu, 6,33 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Bank tərəfindən 249,18 manat cərimə (dəbbə) tətbiq edilmişdir. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh arasında bağlanmış “Kredit müqavilələri” üzrə borcun verilməsi barədə öhdəliklər icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəliklər icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh 09.07.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcu tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, Cavabdeh 09.07.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və cavabdeh, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh 09.07.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə Bank qarşısında olan öhdəliklərinin icra edilməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və “Kredit müqavilələrinin” şərtlərini nəzərə alan iddiaçı Bank, ödənişin gecikdirilməsinə görə 09.07.2019-cu il tarixli “Kredit müqaviləsi” üzrə 113,74 manat və 249,18 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin Bankın xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3). Mülki Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, Cavabdeh 09.07.2019-cu il tarixli “Kredit müqavilələri” üzrə 113,74 manat məbləğində cərimə borcu azaldılmalı, 40 manat məbləğində müəyyən edilməli və 249,18 manat məbləğində cərimə borcu azaldılmalı, 80 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı Bankın cavabdeh S.Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit müqavilələri ləğv edilməli, cavabdehdən Bankın xeyrinə 09.07.2019-cu il tarixli 015A********** saylı “Kredit müqaviləsi” üzrə tutulmalı olan əsas borc 456,74 manat, faiz borcu 3,30 manat, cərimə borcu 40 manat məbləğində müəyyən edilməli və 09.07.2019-cu il tarixli 015A********** saylı “Kredit müqaviləsi” üzrə tutulmalı olan əsas borc 1000,76 manat, faiz borcu 6,33 manat, cərimə borcu 80 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Bank tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış 09.07.2019-cu il tarixli 015A********** saylı və 09.07.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsi ləğv edilsin. 015A********** saylı “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 456,74 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 3,30 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 40 manat məbləğində pul və 015A********** saylı “Kredit müqaviləsi” üzrə əsas kredit borcunun ödənilməsi məqsədi ilə 1000,76 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6,33 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 80 manat, cəmi 1597(bir min beş yüz doxsan yeddi)manat 13(on üç) qəpik məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar