Məhkəmə qərarları › İş №2(039)-1476/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1476/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1476/2025 16.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X14 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi və avtomaşının dəyərinin yarı hissəsinin ona ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə götürdüyü kredit müqavilələri üzrə tərəfindən ödənilmiş 12 000 manat və 5200 manat, cəmi 17 200 manat pul vəsaitinin ½ hissəsinin, yəni 8600 manat pulun və 14 500 manata aldıqları avtomaşının ½ hissəsini təşkil edən 7250 manat pulun, həmçinin ödənilmiş 50 manat mediasiya xərcinin və 88 manat dövlət rüsumunun cavabdeh X3 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı övladları anadan olmuşlar. Uzun müddət ər-arvad kimi normal münasibətdə yaşadıqdan sonra münasibətləri pisləşməyə başlamışdır və bu səbəbdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4302/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə rəsmi nikahda olan dövrdə "xxxx"nın Sabunçu filialından xx.xx.2022-ci il tarixdə 9900 manat və "xxxx"-dan xx.xx.2021-ci il tarixdə 4000 manat məbləğində kredit götürmüşdür. Həmin kredit məbləğini ailə xərclərinə sərf etmişdir. 2023-cü ilin avqust ayında rəsmi olaraq boşansalar da, 2023-cü ilin may ayından faktiki olaraq ayrı yaşamışlar. Boşandıqdan sonra da kredit öhdəliyini yerinə yetirməkdə davam etmişdir. Bankda adının qara siyahıya düşməməsi üçün borc-xərc edib kredit öhdəliyini faizi ilə birlikdə müvafiq olaraq 12 000 manat və 5200 manat ödəyərək yerinə yetirmişdir. Hər iki bankdan aldığı arayışlardan və hesabdan çıxarışlardan görünür ki, hər iki borcunu ödəmişdir və hazırda kredit öhdəliyi üzrə Banka borcu qalmamışdır. Bundan başqa bildirmişdir ki, birgə nikah dövründə 14 500 manata Chevrolet Cruz markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Həmin avtomobili baş etibarnamə əsasında alsaq da, aralarında olan nikah pozulduqdan sonra, maşını onda olan məlumata görə bacısının adına keçirmişdir. Hesab etmişdir ki, birgə nikah dövründə əldə etdikləri kredit öhdəliklərinin ½ hissəsi və əldə etdikləri maşının dəyərinin yarı hissəsi cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək izah etdi ki, götürülən kredit ailə təlabatına xərclənmişdir. Belə ki, götürülən kredit məbləği ilə iddiaçı və cavabdeh (övladları ilə birgə) X2 şəhərinə istirahətə getmişlər. Məhz kreditin təyinatı da bundan ibarət olmuşdur. Bundan başqa həmin məbləğlə alış-veriş etmişlər, paltar almışlar, yanacaqdoldurmadan istifadə etmişlər. Həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişlər. İddia edilən avtomobilin cavabdehin adına rəsmiləşdirilmədiyindən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izah etdi ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən yalnız bank çıxarışları təqdim edilmiş, lakin həmin vəsaitlərin onun iştirakı ilə və ya onun razılığı əsasında xərclənməsini təsdiq edən heç bir hüquqi sübut təqdim edilməmişdir. Onun xəbəri və razılığı olmadan götürülən kreditlərə görə cavabdehlik daşımağı mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilən çıxarışlarda yalnız ümumi məbləğlər əks etdirilmiş, lakin vəsaitlərin hansı məqsədlə və kim tərəfindən istifadə olunduğuna dair aydın sübutlar təqdim edilməmişdir. Həmin kredit müqavilələri və ya kredit kartları üzrə nə onun imzası, nə də onun iştirakı ilə bağlanmış müqavilə mövcuddur. Həmçinin onun zaminliyi barədə heç bir sənəd təqdim edilməmişdir. bundan əlavə, iddiaçı tərəfindən guya ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin onun mülkiyyətində olduğu iddia edilmişdir. Lakin aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, sözügedən nəqliyyat vasitəsi heç vaxt onun mülkiyyətində olmamışdır. Bu, iddiaçının əsassız və həqiqətə uyğun olmayan məlumat təqdim etdiyini bir daha sübut edir. Bundan başqa qeyd edir ki, iddiaçının xəyanəti ucbatından nikahları pozulmuşdur. Belə ki, iddiaçı Naftalan şəhərində tanış olduğu başqa şəxsə 2500 manat pul göndərmişdir. Bundan başqa iddiaçı başqa şəxslə istirahəti üçün otellər rezerv etmişdir. Həmin faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etmişdir. Göstərilən xərclər iddiaçının özünə məxsusdur. Ailələrinin dağılmasına səbəb iddiaçının başqa şəxsə çəkdiyi xərclər olmuşdur. Verilmiş suala cavab olaraq bildirdi ki, o, tez-tez Türkiyə Cümhuriyyətində olmuş və hər dəfəsində xərcləri özü ödəmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən məlum olur ki, iddiaçı tərəfindən Yevlax Rayon Məhkəməsinə 88.00 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, MŞY/MT034/2024-00148 nömrəli arayışdan aydın olur ki, İddiaçı “kredit borcunun yarı bölünməsi və avtomobil bölgüsü tələbi” ilə mediasiyaya müraciət etmişdir. İşə əlavə edilən və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, AZ-İ 463614 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Bakı Şəhhəri Sabunçu Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(008)-4302/2023 saylı qətnaməsindən məlum olur ki, iddia qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1315 nömrə ilə qeyd edilmiş nikah pozulması, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X7 anaları İddiaçı yanında qalmaları, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 6-2-57/2-409/2025/383 saylı arayış və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, ******************** saylı müqavilə əsasında İddiaçı xx.xx.2022ci il tarixdə 9900 manat kredit verilmiş, kredit xəttinin qüvvədə olma müddəti xx.xx.2025-ci il tarixədək olmuş, xx.xx.2025-ci il tarixinə Bank qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 100/25 BKF saylı arayışından məlum olur ki, İddiaçı 17 fevral 2021-ci il tarixli AL/20241/79/4 saylı kredit müqaviləsi (məbləğ - 4000 AZN) üzrə "xxxx" ASC qarşısında icra edilməmiş borc öhdəliyi yoxdur və müvafiq kredit kartları ləğv edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-11/2-3881/25 saylı məktubundan məlum olur ki, “Daewoo Lacetti” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə DİN BDYPİ-nin Qİİ-də X5 adına rəsmiləşdirilmiş, avtomobilə ** VG *** dövlət qeydiyyat nişanı verilmişdir. “Daewoo Lacetti” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh adına rəsmiləşdirilməmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. 24 avqust 2023-cü il tarixdə nikahları pozulmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh evlənmişlər. Evlilik zamanı iddiaçı "xxxx" ASC-dən 9900 manat və "xxxx" ASC-dən 4000 manat kredit götürmüşdür. Cavabdeh, tələb olunan kredit məbləğini ailə ehtiyaclarına sərf etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehlə birgə nikah dövründə iddiaçı tərəfindən kredit götürülməsi və həmin kreditin hazırda ödənməsi müəyyən olunsa da, iddiaçı tərəfindən sözügedən kredit məbləğlərinin ailə məqsədləri üçün istifadə olunub-olunmaması, eyni zamanda “Daewoo Lacetti” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh adına rəsmiləşdirildiyi müəyyən olunmur. Belə ki, iddiaçı (nümayəndəsi və vəkili) izahatında götürmüş olduğu kredit məbləğinin götürüb ailə xərclərinə sərf edildiyini göstərsə də buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmədə kreditin götürülməsində istirahət və geyim əşyaları və s. alınması göstərilsə də məhz həmin pulla istirahət üçün Türkiyə Cümhuriyyətinə və yaxud geyim alınmasında cavabdehin məlumatlı olmasını müəyyən etmək olmur. Bundan başqa cavabdehin həmin kreditlərin götürülməsindən məlumatlı olmasını da müəyyən etmək mümkün deyildir. İddia ərizəsində qeyd edilən avtomobil isə ümumiyyətlə cavabdehin adına rəsmiləşdirilməmişdir. Beləliklə, sübutetmə yükünün bölüşdürülməsi baxımından hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan kredit məbləğlərinin ailə məqsədləri üçün xərclənməsini sübut etmək məhz iddiaçının üzərinə düşür. Hazırki halda isə, iddiaçı bu barədə sübut təqdim etmədiyindən iddia rədd edilməlidir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1/2024 №-li plenum qərarının; 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh “birgə nikah dövründə yaranmış öhdəliyin aralarında bölünməsi və avtomaşının dəyərinin yarı hissəsinin ona ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiası rədd edilsin. İddia təmin edilmədiyindən mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron kabinetdən Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar