Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1478/2023 04.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 1500 manat məbləğində borcun və 35 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən mənzilini 2022-ci ilin iyun ayında cavabdeh ilə 13500 (on üç min beş yüz) manata razılaşaraq həmin məbləğin 9000 (doqquz min) manatını notariusda rəsmi alqı-satqı müqaviləsi bağlayaraq orada ödəniş olunmuşdur. Qalan 4500 (dörd min beş yüz) manat məbləğində aid hissədə isə cavabdehin özünün də razılığı ilə əlyazma ilə yazıb hər ikisi imza etmişlər. Sonradan cavabdeh qalan 4500 (dörd min beş yüz) manat məbləğin 3000 (üç min) manatını ödəsə də, 1500 (bir min beş yüz) manat məbləği isə bu günədək ödənilməmişdir. Dəfələrlə etdiyi xahişlərə və tələblərə baxmayaraq cavabdehdən ona olan 1500 (bir min beş yüz) manat borcunu bu günədək qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, Yevlax şəhər sakini Cavabdeh qızma 13500(on üç min beş yüz) manata mənzil satmış, Nazlı həmin pulun 9000 manatını notarius qaydasında alqı-satqı müqaviləsi imzalanarkən vermiş, həmin pulun 4500 manatının 3000 manatını xx.xx.2022ci il tarixdə gətirib vermiş, yerdə qalan 1500 manatı isə xx.xx.2023-cü il tarixdə ödəyəcəyinə söz vermişdir. O, isə öz növbəsində Nazlı Baxşəliyevaya pulu ödəyəndən sonra ailə üzvləri (özü, arvadı, anası, qardaşı) ilə birgə sözügedən mənzildən qeydiyyatdan çıxacağına söz vermiş, aralarında 2 nüsxədən ibarət yazılı imzalarla müqavilə təsdiqləyərək mənzildən qeydiyyatdan çıxma müddətini ilk əvvəl xx.xx.2022-ci il tarixədək, daha sonra isə 30.4.2023-cü il tarixədək uzatmaqla müəyyən etmişlər. xx.xx.2023- cü il tarixdə Yevlax RPŞ-nin pasport qeydiyyat şöbəsində cavabdehlə görüşmüş, evdə olan 4 nəfərin 3-ü qeydiyyatdan çıxmış, lakin kiçik qardaşı Cavidin orada olmaması səbəbindən o qeydiyyatdan çıxa bilməmişdir. Öz növbələrində verdikləri sözə əməl etsələrdə Nazlının onlara borcunu vermədiyini bildirmiş və məhkəmədən iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı tanıyır, xx.xx.2022-ci il tarixdə onun Yevlax şəhəri Dəmiryol binasında 26/4 ünvanında yerləşən mənzilini satın almış, həmin evi içi əşya ilə birlikdə 13500 manata razılaşaraq pulun 9000 manatını nağd vermiş, geri qalan 3000 manatını xx.xx.2022-ci il tarixdə vermiş, yerdə qalan 1500 manat pulu isə xx.xx.2023-cü il tarixində verməli olmuşdur. İddiaçı isə ailə üzvləri ilə birgə (cəmi 4 nəfər) sözügedən evdən qeydiyyatdan çıxmalı olmuş, bu xüsusda götürdüyü öhdəlikləri yazılı formada imzalamışlar. Bundan başqa izahatında razılaşmaya əsasən xx.xx.2023-cü il tarixdə Qurbanın anası Briliyanta zəng vuraraq kredit götürdüyünü, 1500 manat pulun hazır olduğunu, əgər qeydiyyatdan çıxıblarsa pulu verəcəyini bildirdiyini, Briliyantın isə ona pulu əldə etdikdən sonra qeydiyyatdan çıxacaqlarını söylədiyini, 01,05.2023-cü il tarixdə onları günün sonuna qədər Yevlax RPŞ-nin pasport qeydiyyat şöbəsində gözlədiyini, Qurban, arvadı və anası Briliyantın ora gəlib qeydiyyatdan çıxdıqlarını, lakin Qurbanın qardaşı Cavidin qeydiyyatdan çıxmadığını, həmin günü sonuna qədər Cavidin sənədinin çatdırılmalı olduğunu, lakin Qurbanın onu aldatdığını, qardaşı Cavidin qeydiyyatdan çıxmadığını, Qurbanın anası Briliyantın ona zəng vurduğunu, telefonda ona normal halda “razılaşmanı pozduz və pulunuzu vermirəm” dediyini bildirmişdir. İddiaçının özünün razılaşmaya riayət etmədiyini və bu səbəbdən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İddiaçı və cavabdeh X5 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli borc müqavilələrindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixə qədər ünvan 1-də yaşanan şəxslər qeydiyyatdan çıxmasalar X1 Qurban Hüseyn oğluna ödəyəcəyi 4500 manat ödəməyəcəkdir. Qeydiyyatdan çıxma tarixi xx.xx.2022-ci il tarixədək müəyyən olunur. Cinayət işinin başlanılmasının rədd olunması barədə Yevlax rayon rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Rüstəm Həsənovun xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İddiaçı ilə (satıcı) X5 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, 16 iyun 2022-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Yevlax şəhəri, X8 26, mənzil 4 ünvanında yerləşən, ümumi sahəsi 33.75kv.m, yaşayış sahəsi 18.78 kv/m, yardımçı sahəsi 14,97 kv/m olan 1 otaqlı məzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində alıcının mülkiyyətinə verir(lər). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş seriyalı, ********** №-li “Çıxarışdan” görünür ki, Yevlax şəhəri, X8, ev 26, mənzil 4 ünvanı xx.xx.2022-ci tarixdə tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 328.1-ci maddəsinə əsasən Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 328.4-cü maddəsinə əsasən pozitiv şərt o deməkdir ki, əqd hansısa hadisənin müəyyən müddətdə baş verəcəyi şərti ilə bağlanmışdır. Əgər həmin müddət bitmiş və hadisə baş verməmişsə, şərt qüvvədən düşmüş sayılır. Əgər müddət müəyyənləşdirilməyibsə, şərt istənilən vaxt yerinə yetirilə bilər. Hadisənin baş verməsinin mümkünsüzlüyü aydın olduqda şərt qüvvədən düşmüş sayıla bilər. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddiasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 14.1-ci maddəsi məhkəmədən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasını tələb edir. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Göründüyü kimi, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasına bağlanan müqavilə şərtlə bağlanmış borc müqaviləsi olmaqla iddiaçı tərəf xx.xx.2022-ci il tarixədək özündən əlavə 3 ailə üzvü ilə birgə alqı-satqı predmeti olan mənzildən pasport qeydiyyatından çıxmalı, cavabdeh tərəf isə sözügedən tarixdə 4500 manat borcunu ödəməli olmuş, daha sonra müqavilənin icra olunma müddəti tərəflərin şifahi formada razılığına əsasən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Göründüyü kimi tərəflər öz aralarında sadə yazılı əqd bağlamaqla hər biri digər tərəfin xeyrinə vəzifə daşımışlar. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdeh X5 üzərinə götürdüyü öhdəliyi xx.xx.2022-ci il tarixdə 3000 manat pulu iddiaçıya ödəyərək qismən icra etmiş, lakin iddiaçı tərəf üzərinə götürdüyü öhdəliyi həmin tarixə yerinə yetirməmiş, yalnız müqavilədə müəyyənləşdirilmiş müddət bitdikdən sonra (şifahi formada razılaşdıqları müddəti də ötürmüşdür) özü, anası və arvadı həmin mənzildən qeydiyyatdan çıxmaqla öhdəliyini qismən icra etmiş (iddiaçının yeni şəxsiyyət vəsiqəsinin verilmə tarixi xx.xx.2023-cü il tarixidir), şərtləşdiklərinə zidd olaraq qardaşı həmin mənzildə qeydiyyatda qalmışdır. İddiaçı qardaşının pasport qeydiyyatından çıxması üçün qeydiyyat idarəsinə üzrlü səbəbdən gələ bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununla da müəyyən olunur ki, müqavilə ilə razılaşdırılmış şərtləri məhz iddiaçı tərəf pozmuşdur. Bundan başqa qeyd olunmalıdır ki, istinad olunan alqı-satqı müqaviləsinin satış predmeti olan əmlakın qiyməti cəmi 9000 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1478/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1478/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver