Məhkəmə qərarları › İş №2(039)-1480/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1480/2021

20.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1480/2021 20.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Nəsirova Leyla Heydər qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İnzibati Xəta haqqında Protokollara görə İddiaçı ASC tərəfindən ödənilmiş 400 manat məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 28 sentyabr 2018-ci il tarixdə UNİ-898 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 05 iyul 2017-ci il tarixli AL- 898 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NAAU01FEXET047187 ban, 34303 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq müqaviləsi” və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı ASC lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(039)-1373/2019 saylı qiyabi qətnaməsi ilə (hakim R.Əlizadə) İddiaçı ASC-nin iddiası qismən təmin edilərək “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi və cavabdeh X1 ümumilikdə 6092.25 manat borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan X2 xahişi əsasında şirkət tərəfindən Cavabdeh lizinq obyekti olan “Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Sürücü Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən təqdim olunmuş protokolların surəti və DYPİ-nin elektron portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 29 sentyabr 2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 29 sentyabr 2018-ci il tarixli İXP ******* saylı protokola görə 96 manat; 06 oktyabr 2018-ci il tarixli MMX ******* saylı protokola görə 80 manat; 08 oktyabr 2018-ci il tarixli MMX ******* saylı protokola görə 64 manat; 29 oktyabr 2018-ci il tarixli İXP ******* saylı protokola görə 64 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir. Şirkət tərəfindən həmin cərimələrə görə ümumilikdə 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, İddiaçı ASC 20 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı ASC ilə X6 arasında 05 iyul 2017-ci il tarixdə bağlanmış AL-898 saylı daxili lizinq müqaviləsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2014-cü il buraxılışlı, «Runna» markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NAAU01FEXET047187 ban, 34303 mühərrik nömrəli, ağ rəngli avtomobil X4 verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X6, X5 və İddiaçı ASC arasında 16 aprel 2018-ci il tarixdə bağlanmış AL-898(1) saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən məlum olur ki, 05 iyul 2017-ci il tarixdə bağlanmış AL-898 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri X5 öz üzərinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X5, X3 və İddiaçı ASC arasında 28 sentyabr 2018-ci il tarixdə bağlanmış UNİ-898 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən məlum olur ki, 05 iyul 2017-ci il tarixdə bağlanmış AL-898 saylı daxili lizinq müqaviləsi və 16 aprel 2018-ci il tarixdə bağlanmış AL-898(1) saylı öhdəliklərin ötürülməsi müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(039)-1373/2019 saylı qiyabi qətnaməsinin surətindən məlum olur ki, İddiaçı ASC ilə bağlanmış 05 iyul 2017-ci il tarixli, AL-898 saylı daxili lizinq müqaviləsi ləğv edilməsi; cavabdeh X1 1356.53 manat əsas borc, 439.26 manat mükafat və həmin günə hesablanmış 607.46 manat dəbbə pulu, 3689 manat ziyan, cəmi 6092.25 manat borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 28 sentyabr 2018-ci il tarixli POA********** saylı etibarnamənin surətindən məlum olur ki, İddiaçı ASC tərəfindən Cavabdeh Runna markalı, 90PX547 qeydiyyat nömrə nişanlı avtomobilin idarə etməsi etibar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ-nin MAPS şöbəsinin 23 aprel 2021-ci il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxxxxxx 1994-cü il tarixdə Yevlax rayonu, Yuxarı Qarxun kəndində anadan olmaqla Yevlax şəhəri, Dəmir Yolu binası ev 4B, mənzil 1-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 23 aprel 2021-ci il tarixli 260 saylı xərəbdarlıqdan məlum olur ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, İXP2087271 saylı inzibati qərar üzrə 96 manat ödəniş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, İXP2193135 saylı inzibati qərar üzrə 64 manat ödəniş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, MMX/8127216 saylı inzibati qərar üzrə 80 manat ödəniş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, İXP2086351 saylı inzibati qərar üzrə 96 manat ödəniş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzdən məlum olur ki, MMX/8148238 saylı inzibati qərar üzrə 64 manat ödəniş olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, 28 sentyabr 2018-ci il tarixdə UNİ-898 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi əsasən 05 iyul 2017-ci il tarixli AL-898 saylı “Daxili Lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri X3 öz üzərinə götürmüş və istifadəsinə 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NAAU01FEXET047187 ban, 34303 mühərrik nömrəli, ağ rəngli avtomobil verilmişdir. “Daxili lizinq” müqaviləsinin qüvvədə olduğu müddətdə lizinq alan X2 xahişi əsasında şirkət tərəfindən Cavabdeh lizinq obyekti olan “Runna” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair etibarnamə verilmişdir. Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası Dövlət Yol Polisi tərəfindən inzibati qaydada cərimələnmişdir. İddiaçı tərəfindən həmin cərimələrə görə ümumilikdə 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən həmin 400 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbinə görə, Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçıya maddi və mənəvi ziyan məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və o hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 400 manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar