Məhkəmə qərarları › İş №2(039)-1482/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1482/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1482/2022 13.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Yevlax rayon Hacıselli kənd sakini Cavabdeh arasında bağlanmış 14 aprel 2007-ci il tarixli 05 nömrəli torpaq icarəsi müqaviləsinin müddətini göstərən 1-ci hissəsinin 2-ci cümləsindəki “40(qırx) il” sözünün və 2.1-ci bəndinin qanunvericiliklə ziddiyyət təşkil etdiyinə görə etibarsız hesab edilməsi və qeyd edilən müqavilənin müddətinin 15 aprel 2022-ci il tarixdə bitməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı 02 aprel 2007-ci il tarixli 5/6 saylı qərarına əsasən, Yevlax rayon Hacıselli kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 14 ha torpaq sahəsini 40 il müddətinə həmin kəndin sakini Cavabdeh icarəyə vermişdir. Həmin vaxtdan da torpaq sahəsi fasiləsiz olaraq Cavabdeh istifadəsindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin 14 iyun 2021-ci il tarixli 5-İ-22/4 nömrəli məktubu ilə İddiaçınə müraciət edilərək Cavabdeh 14 ha torpaq sahəsinin 40 il müddətinə icarəyə verilməsinə dair 15 avqust 2004-cü il tarixli 08 nömrəli qərarının ləğv edilməsi, həmin torpaq sahəsinə dair yuxarıda qeyd edilən icarə müqaviləsinin ləğvi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin ləğv edilməsinə razılıq vermir. Cavabdeh iddia tələbini qəbul etməyərək izah etdi ki, onunla Bələdiyyə arasında müqavilə bağlanmış və müqavilə əsasında ona 14 ha torpaq sahəsi 40 il müddətinə icarəyə verilmişdir. Müqavilə şərtlərini heç vaxt pozmamışdır. Torpaqdan qanuni istifadə edir. Bələdiyyə tərəfindən də ona müqavilənin ləğvi ilə bağlı heç bir xəbərdarlıq olunmayıbdır. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 14 aprel 2007-ci il tarixli 05 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, müqavilələrdə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət etməmişdir. Belə ki, cavabdehə pretenziya məktubu göndərmədən 26 may 2022-ci il tarixdə «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı «torpaq icarə müqaviləsinin müddətinə dair müddəaların etibarsız hesab edilməsi və müqavilənin müddətinin bitməsinin müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar