Məhkəmə qərarları › İş №2(039)-1483/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1483/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1483/2020 29.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh qarşı «borcun qaytarılması və girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı «borcun qaytarılması və girov qoyulmuş əmlaka yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2597.23 (iki min beş yüz doxsan yeddi ABŞ dolları, 23 sent) ABŞ dolları, faiz borcu üzrə 776.50 (yeddi yüz yetmiş altı ABŞ dolları, 50 sent) ABŞ dolları olmaqla, cəmi 3373.73 (üç min üç yüz yetmiş üç ABŞ dolları, 73 sent) ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməsi; tutmanın Cavabdeh məxsus olan 19.5 qr çəkisi, əyyarı 750 olan bir ədəd sep+klon, 14.0 qr çəkisi, əyyarı 750 olan bir ədəd üzük, 150.0 qr çəkisi, əyyarı 583 olan 4 ədəd sep+klon, 17.7 qr çəkisi,əyyarı 583 olan bir ədəd dəst, 12.0 qr çəkisi, əyyarı 583 olan bir cüt sırğa, əyyarı 583 olan bir ədəd onluq sikkə, əyyarı 583 olan bir ədəd beşlik sikkə olan qızıl-zinət əşyalarına yönəldilərərk açıq hərracda satılmasına və satışdan əldə edilən vəsaitin BOKT İddiaçı QSC-nin hesabına ödənilməsinə, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT İddiaçı QSC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh qızma dair sənədlər S-LMK-79 saylı, xx xxxx 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Borclan”) arasında xx xxxx 2015-ci il tarixli, 1675 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 24 ay müddətinə 4350 (dörd min üç yüz əlli) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx xxxx 2015-ci tarixdə, 1675 saylı girov müqaviləsi bağlanmışdır və həmin müqaviləyə əsasən Cavabdeh məxsus 19.5 qr çəkisi, əyyarı 750 olan bir ədəd sep+klon, 14.0 qr çəkisi, əyyarı 750 olan bir ədəd üzük, 150.0 qr çəkisi, əyyarı 583 olan 4 ədəd sep+klon, 17.7 qr çəkisi, əyyarı 583 olan bir ədəd dəst, 12.0 qr çəkisi, əyyarı 583 olan bir cüt sırğa, əyyarı 583 olan bir ədəd onluq sikkə, əyyarı 583 olan bir ədəd beşlik sikkə olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank şəxsi məqsədlər üçün “Borcalan”a 4350 (dörd min üç yüz əlli) ABŞ dolları məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3. bənd) “Borcalan” bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.4,-ci bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən (6.1. bənd) kredit üzrə faizlər 547 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərin faktiki sayma görə hər gün illik 22 % hesablanır. X1 10.2-ci bəndinə əsasən “Borc alan” üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,3%-i miqdarında Borc verənə dəbbə pulu ödəməlidir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2597,23 (iki min beş yüz doxsan yeddi ABŞ dolları, 23 sent) ABŞ dolları, faiz borcu üzrə 776,50 ( yeddi yüz yetmiş altı ABŞ dolları, 50 sent ) ABŞ dolları olmaqla cəmi 3373,73 ( üç min üç yüz yetmiş üç ABŞ dolları, 73 sent ) ABŞ dolları məbləği təşkil edir. İddiaçı BOKT İddiaçı QSC-nin nümayəndəsi Süleyman Bəkirov məhkəməyə teleqram ünvanlayaraq, işə iddiaçının iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən məlum olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 1675 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 % dərəcəsini tətbiq etməklə 4350 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi bağlanmış xx xxxx 2015-ci il tarixli girov müqaviləsinə əsasən Cavabdeh məxsus 19.5 qr çəkisi, əyyarı 750 olan bir ədəd sep+klon, 14.0 qr çəkisi, əyyarı 750 olan bir ədəd üzük, 150.0 qr çəkisi, əyyarı 583 olan 4 ədəd sep+klon, 17.7 qr çəkisi,əyyarı 583 olan bir ədəd dəst, 12.0 qr çəkisi, əyyarı 583 olan bir cüt sırğa, əyyarı 583 olan bir ədəd onluq sikkə, əyyarı 583 olan bir ədəd beşlik sikkə olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdehəsas borc üzrə 2597.23 ABŞ dolları, faiz borcu üzrə 776.50 ABŞ dolları olmaqla, cəmi 3373.73 ABŞ dolları məbləğində borcu vardır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli Müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən, Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 296.1-ci maddəsinə əsasən, Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası MM-nin 299.2-ci maddəsinə əsasən, Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsinə və ya onun satışına xitam verilməsini tələb edən şəxs həmin əşyaya tutmanın yönəldilməsi və onun satışı ilə bağlı çəkilmiş xərclərin əvəzini girov saxlayana ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, BOKT İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 2597.23 ABŞ dolları, faiz borcu üzrə 776.50 ABŞ dolları, cəmi 3373.73 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, xx xxxxxx 1984-cü il tarixdə Yevlax rayonu, Səmədabad kəndində doğulmuş, Yevlax şəhəri, Nizami prospekti ev 45, mənzil 16-da qeydiyyatda olan Cavabdeh tutularaq BOKT İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh məxsus 19.5 qr çəkisi, əyyarı 750 olan bir ədəd sep+klon, 14.0 qr çəkisi, əyyarı 750 olan bir ədəd üzük, 150.0 qr çəkisi, əyyarı 583 olan 4 ədəd sep+klon, 17.7 qr çəkisi,əyyarı 583 olan bir ədəd dəst, 12.0 qr çəkisi, əyyarı 583 olan bir cüt sırğa, əyyarı 583 olan bir ədəd onluq sikkə, əyyarı 583 olan bir ədəd beşlik sikkə olan qızıl-zinət əşyalarına yönəldilsin. Cavabdeh məxsus 19.5 qr çəkisi, əyyarı 750 olan bir ədəd sep+klon, 14.0 qr çəkisi, əyyarı 750 olan bir ədəd üzük, 150.0 qr çəkisi, əyyarı 583 olan 4 ədəd sep+klon, 17.7 qr çəkisi,əyyarı 583 olan bir ədəd dəst, 12.0 qr çəkisi, əyyarı 583 olan bir cüt sırğa, əyyarı 583 olan bir ədəd onluq sikkə, əyyarı 583 olan bir ədəd beşlik sikkə olan qızıl-zinət əşyalar açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına borc və dövlət rüsumu ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar