Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1494/2021 19.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Nəsirova Leyla Heydər qızının katibliyi İddiaçı1 Cavabdehlər Cavabdeh və İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı «pulun geri qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh və İddiaçı2 qarşı «pulun geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 oktyabr 2019-cu il tarixli borc müqaviləsinə əsasən Cavabdeh və İddiaçı2 yaranmış 3000 manat məbləğində borc pul məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsinin təmin edilməsi üçün, iddianı Cavabdeh və İddiaçı2 üzərinə yönəltməklə, alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, İddiaçı2 ona borcu olmuşdur. Həmin borcla bağlı İddiaçı2 barəsində cinayət iş başlanmışdır. Həmin iş üzrə o zərərçəkmiş şəxs idi. Cinayəti işi üzrə o şikayətçi olmasın deyə ona olan borcdan 4000 manatı ödənildi. Qalan 3000 manata dair isə cavabdehlər tərəfindən borc müqaviləsi imzalandı. Hazırda da tələb etdiyi 3000 manat həmin müqavilə üzrə cavabdehlər tərəfindən ödənilməmiş puldur. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, o iddiaçıdan pul almamışdır. Həmin pulu atası Məhəmməd almışdır. Borc cəmi 5000 manat olmuşdur. Həmin puldan 4000 manatı ödənilmişdir. Hazırda onların iddiaçıya cəmi 1000 manat borcları var. İddiaçı deyir ki, 2000 manat da ziyan çəkmişdir. Həmin pulu da ödəyəcəkdir. Cavabdeh İddiaçı2 məhkəmə iclasında izah etdi ki, İlhama 3000 manat borcla bağlı yazılı müqavilə vermişlər. Həmin pulu hazırda ödəməyə imkanları yoxdur. Borcu hissəhissə ödəyəcəklər. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, İddiaçı1 cavabdehlərdən borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən asan ödəniş sistemindən çıxarışdan məlum olur ki, İddiaçı1 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 09 oktyabr 2019-cu il tarixli borc müqaviləsindən məlum olur ki, Cavabdeh və İddiaçı2 İddiaçı1 3000 manat borc pul almışlar. Həmin borcu 30 aprel 2020-ci il tarixədək geri qaytarmağı öhdələrinə götürmüşlər. Məhkəmə iclasında müəyyən edildi ki, 09 oktyabr 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 3000 manat borc pul vermişdir. Cavabdeh və İddiaçı2 iddiaçıdan 3000 manat borcu 30 aprel 2020-ci il tarixədək geri qaytarmağı öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu qaytarmamışlar. İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və İddiaçı2 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və İddiaçı2 3000 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1494/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1494/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver