Məhkəmə qərarları › İş №2(039)-1495/2021

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1495/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1495/2021 30.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3328 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2017-ci il tarixdən tanıyır. Cavabdeh 2017-ci ildə ona məxsus ona məxsus evdə təmir işləri aparmış, həmin vaxtdan münasibətləri yaranmışdır. Cavabdeh 2019-cu il tarixdə ona müraciət edərək ona bildirmişdir ki, özünə məxsus emaltxanada şüşə və taxta materiallarını xammal kimi istifadə etməklə gəlir əldə etmək olar. Həmin məqsədlə Cavabdeh 600 manat nəğd pul, 1800 manat dəyərində şüşə materialı, 35 ədəd hər biri 16 manat (ümumi dəyəri 560 manat) dəyərində dəmir profildən stul vermişdir. Bundan başqa 29.07.2019-cu il tarixdə 650 manat dəyərində taxta materialdan döşəmə, emalatxanaya alətlərin alınması üçün 642 manat (direl, kəci alətlər komplekt və digər alətlər) pul xərcləmişdir. Bundan başqa cavabdehə verdiyi nəğd pullar, avadanlıqlara görə ödənilmiş pullar və emalatxanada müxtəlif əşyaların hazırlanması üçün aldıqları taxta və digər materiallara görə ödənilmiş pullar ona məxsus kitabçada qeyd olunmuşdur. 11.03.2020-ci il tarixə kimi cavabdehin ona 4838 manat məbləğində pul borcu qalmışdır. Cavabdeh həmin tarixdə borclu olduğu puldan 470 manat ödəmişdir. Bundan sonra müxtəlif vaxtlarda yəni 20.05.2020-ci il tarixdə 40 manat, 29.09.2020-ci il tarixdə poçtla 200 manat, 05.12.2020-ci il tarixdə 200 manat, 07.02.2020-ci il tarixdə kart vasitəsilə 200 manat pul ödəmişdir. Cavabdeh eyni zamanda onun üçün 400 manat dəyərində iş gömüşdür. Hazırda cavabdehin ona ümumilikdə 3328 manat borcu qalmışdır. Borcun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək borclu olduğu pulu geri qaytarmamışdır. Bundan başqa cavabdehin yaşadığı ata evinə getmiş, valdeynləri ilə söhbətlər aparmış, onlar söz vermişlər ki, cavabdeh borclu olduğu pullar hissə-hissə geri qaytaracaqdır. İddiaçı 30 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə proseslərinin vaxtı barədə cavabdehin məlumatı olmasına baxmayaraq, cavabdehin məhkəmə proseslərindən qərəzli olaraq yayındığını, bu halın isə məhkəmə prosesinin süni şəkildə uzadılmasına səbəb olmasını əsas gətirərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi razılaşma əldə olunmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı öz vəsaiti hesabına cavabdehə xammal, emalatxana alətləri, pul verməyi, cavabdeh isə əldə etdiyi gəlir hesabına iddiaçıya olan borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin 3328 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3328 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3328 (üç min üç yüz iyirmi səkkiz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar