Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1498/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış 015A********** nömrəli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 1002,89 ABŞ dolları, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən, Bank tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit kredit verilmişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015A**********S saylı və xx.xx.2016-cı il tarixli 015A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Borcalan kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1997,11 ABŞ dolları ödəniş etmiş və onun iddiaçıya 1002,89 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zamin həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Bankın nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Bank və Cavabdeh1 arasında bağlanmış, kredit müqaviləsinə və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli sazişlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəti artırılaraq 24 ay müəyyən edilmişdir. Bundan sonra yenidən Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kreditin qalığının və hesablanmış faizlərin ödənilməsi yeni ödəniş planına uyğun müəyyənləşdirilmişdir. Kreditin təminatı olaraq iş üzrə digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli “Zaminlik müqaviləsi”, xx.xx.2015-ci il və xx.xx.2016-ci il tarixlərdə isə “Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” müqavilə bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh2 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur. Bank tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində həmin müqavilə üzrə cavabdeh tərəfin 1002,89 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Göründüyü kimi, Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarının tələblərinin müzakirə edilən mülki mübahisənin həllinə tətbiq nəticəsində müəyyən edilir ki, borc alan Cavabdeh1 kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 tutulmalı olan kredit borcu 1002,89 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Digər cavabdeh-zamin Cavabdeh2 ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə bağlanmış zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunmuşdur ki, bu müqavilə kredit müqaviləsinin müddəti bitdikdən sonra 3(üç) il müddətinə qüvvədədir. Zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında xx.xx.2016-cı il tarixli Sazişin 2-ci bəndində qeyd olunmuşdur ki, bu saziş, borclunun Bank qarşısındakı öhdəlikləri tam yerinə yetirənədək qüvvədədir. Lakin belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil, zaminliyin müddəti kimi qəbul edilə bilməz. Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Hazırkı iddia ərizəsi zaminliyə xitam verildikdən sonra, xx xxxx 2020-ci il tarixdə imzalanmış, xx.xx.2020-ci il tarixdə isə məhkəmənin icraatına daxil olmuşdur. Zaminliyə xitam verildiyindən cavabdeh (zamin) Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalı, Cavabdeh1 Bankın xeyrinə tutulmalı olan kredit borcu 1002,89 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə” iddiası qismən təmin edilsin. Kredit borcunun ödənilməsi məqsədi ilə 1002,89 ABŞ dolları (məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1498/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1498/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver