Məhkəmə qərarları › İş №2(039)-1498/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1498/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1498/2021 06.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 05.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 324,43 manat əsas borc, 80,83 manat faiz borcu və 80,34 manat cərimə və kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixindən 04.06.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 491,45 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05.02.2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 1000 manat kredit götürmüşdür. Lakin borclu müqaviləsinin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04.06.2021-ci il tarixədək Cavabdeh banka kredit müqaviləsi üzrə 324,43 manat əsas borc, 80,83 manat faiz borcu və 80,34 manat cərimə və kredit müqaviləsi üzrə 05.02.2021ci il tarixindən 04.06.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 491,45 manat borcu vardır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan 05.02.2019-cu il tarixli fiziki şəxslər üçün bank xidmətlərinin göstərilməsi üzrə standart şərtlər müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 27 faiz ödəmək şərti ilə 24 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 04.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 05.02.2019-cu il tarixli kredit müqaviləsi üzrə 324,43 manat əsas borc, 80,83 manat faiz borcu və 80,34 manat cərimə və kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixindən 04.06.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 491,45 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsinə əsasən nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin banka cəmi 491,45 manat borcu yaranmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 491,45 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 324,43 manat əsas borc, 80,83 manat faiz borcu və 80,34 manat cərimə və kredit müqaviləsi üzrə 05.02.2021-ci il tarixindən 04.06.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5,85 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 491 (dörd yüz doxsan bir) manat 45 (qırx beş) qəpik məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar