Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-15/2022 14.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzildən çıxarılma və mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzildən çıxarılma və mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun mülkiyyətində olan Yevlax rayonu, Qaraoğlan kəndində 0.20 ha torpaq sahəsində yerləşən 98.8 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlərin mənzildən istifadə hüquqları olmayan şəxs hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(039)-126/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə icraat, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)- 10/2021 saylı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilənədək dayandırılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli 2(039)-126/2021 saylı qərardadından İddiaçı şikayət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(107)-814/2021 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Qurbanova (Əliyeva) Aynurə Sərkar qızının ona məxsus Yevlax rayonu, Qaraoğlan kəndində 0.20 ha torpaq sahəsində yerləşən 98.8 kv.m sahəsi olan fərdi yaşayış evindən istifadə hüquqlarına 1800 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi; həmin mənzildə yaşayan cavabdehlər Cavabdeh1, Qurbanova (Əliyeva) Aynurə Sərkar qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və digər ailə üzvlərinin ona məxsus Yevlax rayonu, Qaraoğlan kəndində 0.20 ha torpaq sahəsində yerləşən 98.8 kv.m sahəsi olan fərdi yaşayış evindən çıxarılmaları və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, hazırki iş üzrə Yevlax rayonu, Qaraoğlan kənd sakini İddiaçı onlara qarşı irəli sürdüyü iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, Əmlak Məsəllərin üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına 23 fevral 2017-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışla Yevlax rayonu, Qaraoğlan kəndində 98.8 kv.m sahədə yerləşən 0.20 ha həyətyanı torpaq sahəsinə malik fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin evi atası inşa etdirmişdir. Cavabdehlərə müvəqqəti olaraq yaşamağa buraxmışlar. Lakin hazırda cavabdehlər həmin evdən çıxmırlar. Onun evindən çıxmaq üçün cavabdehlərə cəmi 1800 manat pul verə bilər. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin evdə uzun illərdir ki yaşayırlar. Orada onların yaşamaq hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. Hazırda da 1800 manat kompensasiya ilə razı deyil. Cavabdeh1 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, həmin evdə daima yaşayıbdır. Onların həmin evdə yaşamaları ilə bağlı məhkəmə qərarı da mövcuddur. 1800 manat kompensasiya ilə razı deyil. Cavabdeh4 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı 23 fevral 2017-ci il tarixli çıxarışının surətindən məlum olur ki, Yevlax rayonu, Qaraoğlan kəndində İddiaçı yaşayış sahəsi 98.8 kv.m fərdi yaşayış evi və 0.20 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların 08 fevral 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən məlum olur ki, X2 rayonu, Qaraoğlan kəndində yerləşən yaşayış sahəsi 98.8 kv.m fərdi yaşayış evini və 0.20 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(039)-10/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, iddiaçılar Cavabdeh1 və X3 cavabdeh İddiaçı məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqları tanınması; qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(107)-1192/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(039)-10/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli 2(102)-165/2022 saylı qərarının surətindən məlum olur ki, kasasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1192/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən «X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi» MMC-nin 13 iyul 2022-ci il tarixdə M/26 saylı rəyindən məlum olur ki, İddiaçı məxsus Yevlax rayonu, Qaraoğlan kəndində yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 19000 manat, aylıq kirayə dəyəri 80-100 manat təşkil edir. Məhkəmədə iclasında müəyyən olundu ki, cavabdeh İddiaçı adına Yevlax rayonu Qaraoğlan kəndində fərdi yaşayış evi vardır. Həmin evə cavabdehlər Cavabdeh1 və X3 istifadə hüquqları tanınması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı cavabdehlərin həmin evdən cəmi 1800 manat kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsi və onların həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb etsə də, hazırkı bazar qiymətinə uyğun kompensasiya verilməsini təklif etmir. Cavabdehlərin çıxarılması üçün hazırki bazar qiymətinə uyğun olaraq kompensasiya ödənilməlidir. Həmçinin tərəflər ailə üzvləri olmaqla həmin evdə qeydiyyatdadılar. Odur ki, belə bir vəziyyətdə həmin cavabdehlərin mübahisəli evdən istifadə hüququna xitam verilməsi və onların evdən çıxarılması cavabdehlərin mənzil hüquqlarını pozmuş olacaqdır. Ona görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi və evdən çıxarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «kompensasiya ödəməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi və evdən çıxarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-15/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-15/2022
14.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver