Məhkəmə qərarları › İş №2(039)-1500/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1500/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1500/2021 24.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən “26 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 912.19 manat əsas borc, 160.39 manat faiz borcu və 49.76 manat cərimə olmaqla cəmi 1,122.34 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh 26 noyabr 2019-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 27 faizlə 24 ay müddətinə 1,500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27 may 2021-dək Cavabdeh banka 26 noyabr 2019-cü il tarixli kredit müqaviləsi üzrə 912.19 manat əsas borc, 160.39 manat faiz borcu və 49.76 manat cərimə, cəmi 1,122.34 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bundan başqa cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, həqiqətət müqavilədə qeyd edilən şərtlərlə iddiaçı Bankdan 1,500 manat kredit götürmüşdür. Lakin, maddi çətinliklərlə bağlı həmin krediti lazımınca icra edə bilməmişdir. İddianı əsas borc hissəsində təmin edilməsini, faiz borcu və cərimə tələbi hissəsində isə təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli, 10-Y-1-0-2232-19 saylı kredit müqaviləsinin surəti ilə müəyyyən edilir ki, sonuncuya 24 ay müddətinə illik 27 % faiz dərəcəsi ilə 1,500 manat məbləğində kredit verilmişdir. Bu barədə ödəniş cədvəli tərtib edilmişdir. Maliyyə arayışından müəyyən olunur ki, 27 may 2021-ci il tarixə Cavabdehın Banka 26 noyabr 2019-cu il tarixli, 10-Y-1-0-2232-19 saylı kredit müqaviləsi üzrə 912.19 manat əsas borc, 160.39 manat faiz borcu var və 49.76 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, ona münasibətdə yaranmış borcun tutulması barədə tələb əsaslıdır. Əsas və faiz borcunun düzgün hesablanmadığına dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, həmin hissələrdə iddia əsaslıdır. Cərimə tələbi hissəsində məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 9.76 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddia qismən təmin edilməli, yarnmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 26 noyabr 2019-cu il tarixli 10-Y-1-0-2232-19 saylı kredit müqaviləsi üzrə 912.19 manat əsas borc, 160.39 manat faiz borcu və 9.76 manat cərimə, habelə 30 manat ödənilmiş dövlət rüsumu əvəzi, cəmi 1,112 (bir min bir yüz on iki) manat 34 (otuz dörd) qəpik İddiaçı ASC -nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar