Məhkəmə qərarları › İş №2(039)-151/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-151/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-151/2025 14.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun vəkili X3, Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişir. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia vermişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xeyli vaxtdır ki, tanıyır. Cavabdehin ona 1100 (bir min bir yüz) manat borcu vardır. Belə ki, o Cavabdeh məxsus olan ** GU *** dövlə qeydiyyat nişanlı «Mercedes» markalı avtoobili 5500 (beş min beş yüz) manata almağa razılaşmışdır. O da ilkin olaraq 1100 (bir min bir yüz) manat məbləğində pul vermişdir. O pulun verəndən bir ay sonra Cavabdeh avtomobili ona vermiş, bu zaman o (iddiaçı) avtomobilin əzik olduğunu görmüş və avtomobili almaq istəmədiyini bildirmişdir. Avtomobil Cavabdeh özündə qalmış və o (iddiaçı) vermiş olduğu 1100 (bir min bir yüz) manat pulu tələb etsə də, Zülfiyyə pulu on verməkdən imtina etmişdir. O bundan sonra Polis Şöbəsinə şikayət etmiş, lakin Yevlax rayon Polis Şöbəsinin 17 iyun 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh 1100 (bir min bir yüz) manat pulun və 31 (otuz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı pul tələbinə dair iddiasını qəbul etmir. Onların arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. O özünə məxsus ** GU *** dövlət qeydiyyat nişanlı «Mercedes» markalı avtomobili 6000 (altı min) manata satmaq barədə cavabdeh İddiaçı ilə razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən İddiaçı hər ay ona 300 və ya 400 manat pul verməyi öhdəsinə götürmüş, ancaq günü-gündən heç bir ödəniş etməmişdir. Avtomobil 9 ay iddiaçının istifadəsində olmuşdur. Rtıq 9 aydan artıq idi ki, iddiaçnın əhyt yoldaşı ona telefonla zəng edərək «mənim yoldaşım sizdən maşın alıb, maşın ustadadır, işləmir biz maşını qaytarırıq» demişdir. Hansı ustaya verdiklərini isə deməmişdirlər. X2 təsadüfən özünə məxsus avtomobili ustaya apararkən ustanın iş yerində qızına, yəni ona Cavabdeh məxsus ** GU *** dövlət qeydiyyat nişanlı «Mercedes» markalı avtomoibilin mühərriki çıxarılmış və digər hissələrin dağınıq vəziyyətdə görüb usta Arifə sual verərək bu avtomobili bura kim gətirib qoymuşdur deyə cavabında üç aydan artıqdır ki, Ruhin adlı şəxs gətirib heç dalınca gəlib maraqlanan belə yoxdur. Ruhin adlı şəxs hansı ki, maşını onunla, yəni iddiaçı ilə birgə razılaşan şəxsdir. Ona məxsus avtomobilin tamamilə yararsız vəziyyətdə olduğunu görərək, ARif ustay yenidən maşının təmir ounması üçün yeni 1100 manata mühərrik, 60 manata akkumlyator, 40 manata antifriz və usta haqqı olaraq 500 manat pul xərcləmişdir. Ümumilikdə 1700 (bir min yeddi yüz) manatı cavabdehdən istəsə də o həmin məbləği ona qaytarmır. O həm vurulan 1700 manat ziyanı, həm də 37 manat dövlət rüsumunu cavabdehdən tələb edir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, İddiaçı 1700 (bir min yeddi yüz) manat, yəni ** GU *** dövlət qeydiyyat nişanlı, «Mercedes» markalı avtomobilin təmiri üçün ödəmiş olduğu məbləğin və 37 (otuz yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə saz vəziyyətdə olan avtomoibilin alqı-satqısına dair razılaşma olmuş və cavabdeh ona zəng edərək, avtombili İslam dayının məhləsinə qoyduğunu demişdir. İşdən gəlmiş və avtomobilə baxanda avtomobilin əzik vəziyyətdə oldğunu görmüşdür. Cavabdeh zəng etmiş və Zülfiyyə ona kiçik qəza keçirdiyini, narahat olmamasını, on günə avtomoibili təmir etdirəcəyini bildirmişdir. Lakin iyun ayına kimi Zülfiyyə avtomobili təmir etdirməmiş və Zülfiyyəyə avtombili istəmədiyini demişdir. Zülfiyyəyə zəng edərək, avtomobili gəlib aparmasını demiş və Zülfiyyə gələrək avtomobili aparmışdır. Zülfiyyə avtomobili avtovağzalda olan ustanın yanına aparıb qoymuş və avtomobil bir neçə ay orada qalmışdır. Sonra Zülfiyyə ona zəng edərək, ustanın avtombili çıxarıb atacağını, 250 manat pul verməli olduğunu bildirmiş və avtomobili ustadan götürməsini xahiş etmişdir. O da Zülfiyyəyə həmin məbləğdə pulunun olmadığını, 100 manatının olduğunu bildirmiş və Zülfiyyə də həmin pulu aparıb ustaya verməsini xahiş etmişdir. O da başqa şəxs vasitəsi ilə 100 manatı ustaya göndərmiş və ustadan avtomobil götürülərək işlədiyi şirkətin həyətinə gətirilmişdir. Avtomobil şirkətin həyətində bir həftə qaldıqdan sonra şirkətin əməkdaşı avtomobili həyətdən götürməsini xahiş etmiş, o da Zülfiyyəyə zəng edərək avtomobili aparmasını demişdir. Üç gün sonra Zülfiyyə gəlmiş, avtomobili işə salıb aparmaq istəmiş, lakin sonra «mən maşını bu vəziyyətdə apara bilmərəm» demişdir. Sonra Zülfiyyə atasının usta dostunun olduğunu bildirmiş, Zülfiyyə ondan avtomobili həmin ustanın yanına aparmasını xahiş etmiş, o da Zülfiyyənin xahişi ilə avtomoibili iş yoldaşının vasitəsi ilə həmin ustanın yanına aparıb qoymuş və avtomobil həmin vaxtdan orada qalmışdır. Həmin avtomobilə görə Zülfiyyə ilə aralarında 5500 manata razılaşma olmuş və Zülfiyyəyə ilkin olaraq iki dəfəyə cəmi 1000 (bir min) manat, maşının ustadan götürülməsinə görə Zülfiyyənin xahişi ilə ustaya 100 (bir yüz) manat vermişdir. Hazırda həmin məbləği cavabdehdən tələb edir. Qarşılıqlı iddanı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, ilk iddianın təmin edilməsinə və qarşılıqlı iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilk iddianı etiraf etməyərək və qarşılıqlı iddianın müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, yanvarın 1-də bayram münasibəti ilə anasının rəfiqəsi olan Rahilə adlı şəxsin evinə getmiş və İddiaçı ilə də həmin vaxt tanış olmuşdur. İslam adlı şəxs Rahilə xanımın həyat yoldaşıdır. Avqust ayında o (cavabdeh) maşınla qəza törətdiyinə görə maşını qəzalı vəziyyətdə Gəncə şəhərində Polis İdarəsində olmuşdur. İddiaçı iddia etdiyi dövrdə onun maşını Gəncə şəhər Polis İdarəsində dayanma-durmada olmuşdur. Çünki, sığorta şirkətindən cavab gəlməsini gözləmişdir. Yeni ildə də maşını təhvil almış və maşın Yevlaxda ustada olmuşdur. Söhbət əsnasında İslam kişiyə maşını təmir etdirib satmaq istədiyini bildirmişdir. Həmin vaxt İslamın evində olan İddiaçı nə maşını olduğunu soruşmuşdur. O da İddiaçı maşının ustada olduğunu və qəza etdiyini bildirmişdir. Maşın hazır olduqdan sonra, yəni yanvar ayının sonlarında fevral ayının əvvəllərində İddiaçı ilə yenə İslam kişinin evində görüşüb, söhbətləşmişlər. Həmin vaxt Rahilə xanım onların söhbətinə şahid olmuş və Rahilə xanım Könülə «Könül xalq maşını başqa adama satır, almayacaqsansa xalqı narazı qoyma getsin maşınını satsın» demişdir. Çünki həmin ərəfədə maşını 6000 (altı min) manata nəqd istəyən olmuşdur. O da İddiaçı ilə maşını 6500 (altı min beş yüz) manata razılaşmış və birlikdə evdən çıxaraq qapının ağzında saxladığı maşına baxmışlar (fevral ayının əvvəlində). Maşının alın şüşəsində (parpresində) çat olduğuna və maşında görülməli yüngül işlər olduğuna görə Könülə qiymətdən 200-300 manat çıxa biləcəyini demişdir. Könüllə maşının alqı-satqısına razılaşmışlar. Mart ayında Könülün anası rəhmətə getmiş və o öz maşını ilə (Mercedes markalı) Rahilə xanımın evin gəlmişdir. Rahilə xanıma Könülə zəng etdiyin, lakin Könülün cavab vermədiyini demiş, Rahilə xanım da Könülün anasının rəhmətə getdiyini bildirmişdir. Buna görə o qayıdıb getmiş, 7-10 gün sonra Könül ona zəng edərək, pulun hazır olduğunu (mart ayının sonlarında) və Rahilə xanımgilə gəlməsini demişdir. O da Rahilə xanımın evinə gəlmiş və Könül orada İslam kişinin yanında 600 (altı yüz) manat pulu ona vermişdir. Həmin vaxt Könülə aralarında 1000 manat behlə razılaşdıqlarını, qalan pulu verdikdən sonra maşını verəcəyini demiş və həmin maşınla qayıdıb getmişdir. Aprel ayında özünə təzə maşın almaq qərarına gəlmiş və 7 aprel 2023-cü il tarixdə Könülə satmağa razılaşdıqları maşını gətirib İslam kişinin həyətinə qoymuşdur. Həmin vaxt maşının qabaq sağ farası qırıq olmuş və maşını həmin vəziyyətdə İslam kişinin həyətinə qoyub getmişdir. Həmin gün Bakı şəhərinə gedərək özünə təzə maşın almış və həmin gün axşam Rahilə xanımın evinə qayıtmışdır. Həmin vaxt Könül də orada olmuş və maşının açarını Könülə vermişdir. Həmin gündən satdığı maşın Könülün istifadəsində olmuşdur. Aprel ayından iyun ayınadək başı qarışıq olmuş və maşının farasını da o (qarşılıqlı iddiaçı) düzəltdirmişdir. Həmin vaxtdan maşın Könüldə olmuşdur. Könül maşını İslam kişinin həyətində idarə edən zaman arxasını vurmuş və bu barədə İslam kişi ona bildirmişdir. Könül ona maşının problemlərinin olduğunu demiş və Könül, İslam və o birlikdə maşını ustaya (elektrikə) aparmışlar. Usta maşında olan yüngül xəsarətləri demiş və bundan sonra maşını digər ustaya (xadovoy) aparmışlar. Könül də maşında olan problemləri bilərək, 6300 manata həmin maşını razılaşıb götürmüşdür. 2023-cü ilin dekabr ayında ona zəng gəlmiş və zəng edən şəxs özünü Könül xanımın əri kimi təqdim etmişdir. Həmin şəxs maşının ustada olduğunu, maşının problemi olduğunu, ehtiyyat hissələrini tapa bilmədiklərini bildirmiş və maşını qaytarmaq istədiklərini demişdir. O da həmin şəxsə maşını saz vəziyyətdə verdiyi kimi geri qaytarılacağı təqdirdə pulunu verəcəyini bildirmiş və danışığı yekunlaşdırmışlar. 2024-cü ilin yanvar ayında yenə həmin nömrədən zəng gəlmiş və atası həmin şəxslə telefonla danışmışdır. Bundan bir neçə gün sonra o anası ilə birlikdə Könülgilə gəlmiş, oturub söhbət etmişlər, Könül eyni qaydada fikir bildirmiş və onlar çıxıb getmişlər. Bir müddət sonra atası ona zəng edərək, maşının ustanın yanında olduğunu, maşının hər yerinin söküldüyünü bildirmiş və səhəri gün o (qarşılıqlı iddaçı) gəlmişdir. Atası ilə birlikdə həmin ustanın yanına getmişlər və ustadan maşını onun yanına kimin gətirdiyini soruşmuşdur. Həmin şəxs maşını kimin gətirdiyini bilmədiyini demişdir. Maşının ona məxsus olduğunu bildirmiş və həmin şəxs maşının 3-4 ay orada olduğunu və sahibini axtardıqlarını demişdir. Bundan sonra mühərrik Arif adlı usta ilə maşının yığılması barədə razılaşmışlar. Bakı şəhərində yaşayan qohumuna zəng edərək, ona maşın üçün mühərrik lazım olduğunu demiş və qohumu ona mühərrik göndərmişdir. Bir həftə sonra maşın yığılmış və ustaya iki dəfəyə 500 manat ödəyərək maşını götürmüşdür. Mühərrikə görə də qohumunun pulunu, yəni 1100 manatı hissə-hissə ödəmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh izahatında əlavə olaraq İddiaçı ona 600 manatdan əlavə 400 manat da verdiyini, əvvəldən 1000 manat behlə razılaşdıqlarını, 100 manatı isə onun (qarşılıqlı iddiaçının) tapşırığı ilə maşın üçün ehtiyyat hissəsi aldığı şəxsə Könülün verdiyini göstərmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh qeyd edilənlərin nəzərə alınaraq, ilk iddianın əsassız olduğundan təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında iddiaçı (qarşılıqıl iddia üzrə cavabdeh) İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də təsərrüfat işləri üzrə koordinator vəzifəsində işləyir və İddiaçı onunla birlikdə həmin şirkətdə işləyir. Bir gün Könül xanımın müahifzəçiyə nəsə dediyini, mühafizəçinin isə gedə bilməyəcəyini dediyini görmüşdür. Yaxınlaşaraq Könül xanımdan nə olduğunu soruşmuş və Könül ona ustada maşın olduğunu, həmin maşının gətirilməsini demişdir. O da Könülə mühafizəçinin icazəsinin olmadığını, nə lazımdırsa özünün ona kömək edə biləcəyini demişdir. Könül xanım da ustada olan maşının gətirilməsini ondan xahiş etmiş və ustaya verməsi üçün ona 100 (bir yüz) manat vermişdir. Pulu almış və maşını gətirmək üçün həmin ustanın yanına getmişdir. Ustaya pulu verən zaman usta pulu götürmək istəməmiş və maşının birinci sahibi ilə 250 (iki yüz əlli) manata razılaşdıqlarını bildirmişdir. Ustaya nə məsələ olduğunu bilmədyini, ona 100 manat verildiyini və maşını aparmalı olduğunu bildirmişdir. Bundan sonra usta pulu ondan almış və o maşını gətirərək, şirkətin həyətində saxlamışdır. Könül xanımdan soruşduqda Könül ona maşını oğlu üçün kreditlə aldığını demiş, o da Könülə maşında problem olduğunu demişdir. Aradan 3-4 gün keçmiş Könül xanıma maşını şirkətin həyətindən götürməsini xahiş etmişdir. Bir gün sonra Könülün tanımadığı xanımla şirkətin həyətində söhbət etdiklərini görmüş və Könüldən nə olduğunu soruşmuşdur. Könül xanım həmin şəxsin maşının sahibi olduğunu və maşını aparmaq üçün gəldiyini bildirmişdir. Sonra çağırıb ondan maşında problem olub-olmadığını soruşmuşlar. O da maşında problem olduğunu demişdir. Hətta şirkətin qarşısında işləyən ustanı çağırmışlar və usta mühərrikdə problem olduğunu, sürüləcəyi təqdirdə mühərrikin dağılacağını demişdir. Sonra maşının sahibi Zülfiyyə xanım tanış usta olduğunu, maşını həmin ustaya aparmağını demiş, o da bir neçə gün sonra maşını Könül xanımın tapşırığı ilə Zülfiyyə xanımın tanışı olan ustaya aparıb təhvil vermişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəstati əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, hər iki şəxs onların evinin adamlarıdır. Zülfiyyə xanım maşını satmaq, Könül xanım isə maşını almaq istəmişdir. Tərflər əvvəlcə razılaşmışlar ki, 1000 manat ödəniləcək, maşın Könül xanıma veriləcək və hər ay ödəniş ediləcəkdir. Könül xanım 500 manatı vermiş, 600 manatı isə çatmadığına görə bir neç gün sonra Könül ondan borc almışdır. Maşına baxılmış və sonra maşın vuruq vəziyyətdə gətirilmişdir. Maşının qabaq sağ tərəfi vurulmuş və farası olmamışdır. Maşın təxminən iki ay onların həyətində qalmış, Zülfiyyə fara sifariş etdiyini, fara gətirildikdən sonra aparıb maşını təmir etidirəcəyini demişdir. Sonra Zülfiyyə maşını aparıb təmir etdirmiş və təmir etdirdikdən sonra maşını onaların həyətinə gətirməmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, təsadüfən öz maşınını ustaya aparan zaman qızı Zülfiyyəyə məxsus maşının sökülü vəziyyətdə həmin sexdə olduğunu görmüşdür. Arif adlı ustaya yaxınlaşaraq, ondan maşına nə olduğunu və kimin gətirdiyini soruşmuşdur. Arif adlı usta maşının kim tərəfindən gətirildiyini bilmədiyini və sahibini axtardıqlarını bildirmişdir. O da Zülfiyyəyə zəng edərək, bu barədə məlumat vermiş və nə olduğunu soruşmuşdur. Zülfiyyə isə nə olduğunu bilmədiyini demişdir. Sonra Zülfiyyə ilə birlikdə Arif adlı ustanın yanına gəlmiş və nə olduğunu soruşmuşlar. Usta onlara maşının mühərrikinin yığılmalı olduğunu, ancaq baha başa gələcəyini, buna görə mühərrik almalarını məsləhət bilmişdir. Zülfiyyə də sifariş əsasında 1000 manata Bakı şəhərindən mühərrik alıb gətirmiş və maşını yığdırmışlar. Bundan başq, maşına əlvə xərclər də çəkmişlər. Sonra o Moskva şəhərinə getmiş və Zülfiyyə ilə əlaqə saxlayan zaman Zülfiyyə maşını satdığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, maşın ustası işləyir və «Mercedes A» markalı maşını yanına gətirmişlər.Həmin maşın 3-4 ay onların yanında qalmışdır. Həmin maşını sökmüşlər. Maşını başqa adamın gətirdiyini bilmişlər. Sonra maşının sahibini axtarmışlar, lakin tapa bilməmişlər. Bir müddət sonra köhnə müştərilərdən biri gələrək, həmin maşının onlara məxsus olduğunu bildirmiş və nə olduğunu soruşmuşdur. Həmin şəxsə mühərrikin nasaz olduğunu bildirmiş,ə yeni mühərrik alıb gətirdikdən sonra isə maşını təmir etmişdir. Məhkəmə ilk və qarşılıqlı iddiaya əlaqəli şəkildə qiymət verərək, belə nəticəyə gəlir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında nəqliyyat vasitəsinin alqı-satqısına dair şifahi razılaşma olmuş, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ilkin olaraq 1000 (bir min) manat pul verilmiş, qalan məbləğin isə hissə-hissə ödənilməsinə razılaşmışlar. Lakin sonradan tərəflər arasında olan razılama nəqliyyat vasitəsində olan nasazlıqlara görə pozulmuş, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh həmin nəqliyyat vasitəsini ustadan götürərək satmışdır. Məhkəmə iclasında, həmçinin müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh tapşırığı əsasında 100 (bir yüz) manat vəsait xərclənmişdir. Aralarında olan şifahi razılaşma pozulduğunu görə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh ödədiyi 1000 (bir min) manat pulunu, eyni zamanda sonuncunun tapşırığı ilə ustaya ödədiyi 100 (bir yüz) manat pulu tələb etsə də, Cavabdeh tərəfindən həmin məbləğ qaytarılmadığından İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh isə ona məxsus nəqliyyat vasitəsinin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı istifadəsində olduğu dövrdə nasaz hala düşdüyünü, buna görə nəqliyyat vasitəsinin təmirinə 1700 (bir min yeddi yüz) manat vəsait xərclədiyini göstərərək, qarşılıqlı iddia vermişdir. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən istifadə edilməsi nəticəsində və onun təqsirinə görə nəqliyyat vasitəsində nasazlıq yarandığı müəyyən edilməmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh həmin halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia təmin edilərək, cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 1100 (bir min bir yüz) manat puluq alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilməsinə və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasının əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh 1100 (bir min bir yüz) manat pul və 31 (otuz bir) manat dövlət rüsumu alınaraq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı verilsin. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh iddiaçı (qarşlıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar