Məhkəmə qərarları › İş №2(039)-1518/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1518/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1518/2022 05.09.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, vəkili X2 Cavabdeh, nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 120000 manat məbləğində borcun və 410 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi hər hansı mötəbər sübutlara əsaslanmır, yalnız söz yığınından ibarət cəfəngiyatdır. Məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X7 iddia ərizəsinə etiraza əlavə ilə məhkəməyə müraciət edərək, iddia tələbi əsassız olduğu üçün iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlə uzaqdan qohumluqları var. Daima münasibətləri yaxşı olmuşdur. Bir neçə dəfə ondan pul alaraq, sonradan geri qaytarmışdır. Hətta ona verdiyi pulu qaytararkən üstündə pul da vermişdir. O pulun artıq olduğunu bildirərkən, cavabdeh ona borc aldığı puldan gəlir götürdüyü üçün ona əl tutduğu üçün hörmət etdiyini bildirmişdir. Bir müddət sonra cavabdeh ondan yenə pul istəmişdir. Pulun nə üçün lazım olduğunu soruşarkən, işlədiyi şirkətdə gəlirli proyektə yatırım edərək gəlir əldə etmək üçün lazım olduğunu bildirdi. Bu barədə cavabdehin atası ilə əlaqə saxlayarkən atası da onu əmin etdi ki, proyekt gəlirlidir narahat olmasın. Həmçinin cavabdeh həmin proyektdən əldə edəcəyi qazancdan ona də pul verəcəyini bildirmişdir. Cavabdehə inanaraq ona bir neçə dəfəyə 130000 (bir yüz otuz min) manat pul vermişdir. Lakin bir müddət keçəndən sonra aldandığını başa düşüb cavabdehin atasının yanına getdi. Cavabdehin atası ona Salman məni də, səni də aldadıb deyərək cavab verdi. Çətinliklə də olsa cavabdehdən 10000 (on min) aldı. Lakin qalan 120000 (bir yüz iyirmi min) manat qaytarılmadı. Cavabdehin atası intihar etdi və bu səbəbdən Yevlax rayon prokurorluğunda araşdırma aparılarkən cavabdeh ona 120000 (bir yüz iyirmi min) manat borclu olduğunu etiraf etmişdir. Lakin pulunu qaytarmır. Cavabdeh onu aldatma yolu ilə ondan aldığı pulu qaytarmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda razılaşmışlar və cavabdehdən 60000 manat tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili X5 izah etdi ki, tərəflərin yaxın münasibətləri olmuşdur. Hətta qohumluqları da vardır. Cavabdeh iddiaçını iş qurmaq adı ilə aldadaraq, yəni gəlir əldə etmək məqsədi ilə ondan pul almışdır. Cavabdeh tək iddiaçını yox başqa şəxslərə qarşı da bu hərəkətləri etmişdir. Bu səbəbdən də atası intihar etmişdir. Bununla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı cavabdeh iddiaçıdan pulların alınmasını etiraf edir. Həmin izahatı da özü imzalamışdır. Cavabdeh izah etdi ki, şirkətdə işləyərkən İddiaçı pul alaraq gübrə alqı-satqısi ilə məşğul olmuşdur. Hazırda onun Sənana 120000 manat borcu yoxdur. Sənandan 50000 manat borc almışdır. Onunda müqabilində mərhum atası Fəxrəddindən 100000 manat pul alaraq ona vermişdir. O da həmin pulu Sənana vermişdir. Onlar daima Sənanla birgə gəzirdilər. Vüsal Sənana onun yanında borc pul vermişdir. Lakin Sənan həmin pulu ona verməmişdir. Sənan ona zəng etdi ki, Vüsal pulunu istəyir. O da Vüsala zəng edərək Sənana borcun ödənilməsi ilə bağlı vaxt verməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun İddiaçı 60000 manat borcu var. Həmin borcdan 15000 manat hissəsini yaxın vaxtda nağd şəkildə ödəyəcək. İki ədəd atasına məxsus torpaq sahəsini 20000 manat əvəzinə İddiaçı verəcək. Qalan 25000 manatı da 5 il ərzində hissə-hissə ödəyəcək. Cavabdeh nümayəndəsi və vəkili X7 izah etdi ki, tərəflər arasında hər hansı bir yazılı borc müqavilə mövcud deyil. Lakin hazırda tərəflər razılığa gəlmişlər. Cavabdeh iddiaçıya ona 60000 manat borcunu hissə-hissə ödəyəcək. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Cavabdeh onun oğludur. Oğlunun Sənana borcu olmuşdur. Mərhum əli Fəxrəddindən 70000 manat pul alaraq Sənana vermişdir. Sənan və qohumları onlara gəmişdirlər ki, Salmanın Sənana 130000 manat borcu var. Lakin Salmanın borcu yoxdur. 30 dekabr 2021-ci il tarixdə də, Sənana 10000 manat pul verdilər. Ondan da bir neçə gün sonra həyat yoldaşı Müşfiq intihar etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək göstərdi ki, Mingəçevir şəhərində yaşayır və ticarətlə məşğul olur. Sənanı 6-7 ildir ki, tanıyır. Daima aralarında pul alış-verişi olub. Sənan ondan bir neçə dəfə borc pul almışdır. İyul ayında 28000 manat borc vermişdir. Həmin pulu ona avqust ayında qaytarmışdır. Bundan sonra 13 noyabr 2021-ci il tarixdə Sənan Salmanla gələrək ondan 30000 manat borc aldı. Pulu Sənana verdi. Sənan da pulu sanayıb onun yanında Salmana verdi. 20 noyabr 2021-ci il tarixdə Sənan yenə ondan borc pul istədi. O da həmin gün Sənana 15000 manat borc verdi. Sənan həmin gün də Salmanla birgə gəlmişdir. Daha sonra Sənan ona Salman onu aldatdığını və ona 130000 manat borclu olduğunu bildirmişdir. O pulu Sənana verdiyindən və əvvəllər Salmanı tanımadığından pulunu Sənandan tələb etdi. Həmin ərəfədə Salman ona zəng edərək, pul onda olduğunu və pulu yaxın vaxtda qaytaracağını demişdir. O da Salmana cavab olaraq, pulu Sənana verdiyini və Sənandan da tələb etdiyini bildirmişdir. Bu barədə Salman ona 4 dəfə zəng etmişdir. Pulu verərkən pul nə üçün lazım olduğunu soruşmamışdır. Belə ki, Sənana etibar edərək pulları vermişdir. Salmanın gübrə işi ilə məşğul olduğu ona bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, Sənan onun qardaşıdır. Məsələdən 2021-ci ilin dekabr ayının əvvəli xəbəri olmuşdur. Belə ki, Sənan dedi ki Salman ondan iş qurmaq üçün pul almış və 130000 manat pulu mənimsəyərək qaytarmır. Yəni Salman işlədiyi şirkətdə proyekt olmasını və buna pul yatırıb gəlir götürməli idilər. Sənan ona bunları danışdıqdan sonra Salmanın anası Səyalıya zəng etmişdir. Daha sonra da qohumları ilə birlikdə onlara məsələni müzakirə etmək üçün yığışmışlar. Orada Salman, Səyalı, o və digər qohumları var idi. Salman 130000 manat borcu almasını etiraf etdi. Söhbət zamanı razılığa gəlmişlər ki, Salman 10000 manat verir və qalan pulu hissə-hissə qaytarır. Həmin vaxt olan danışıqları yazmışdır. 30 dekabr 2021-ci il tarixdə 10000 manat verildi. Sənan da qalan 120000 manatın hissə-hissə ödənilməsinə razı oldu. Lakin 2-3 sonra Salmanın atası Müşfiq intihar etdi. Onlara puldan keçməsələr Prokurorluqda Sənanın da adını verəcəklər ki, Müşfiqin intihar etməsində onun da günahı var. Bu qayda da bir neçə nəfər pulundan keçmişdir. Bununla bağlı Sənanı da Yevlax rayon prokurorluğuna çağırmışlar. Hətta Sənan 48 saat müddətinə saxlanılmışdır. Lakin günahı olmadığından onun barəsində olan işə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 410 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş 10 may 2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 özünü öldürmə həddinə çatdırılması faktı təsdiq olunmadığından Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərkən, İddiaçı iş qurmaq üçün pul aldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh qohumdurlar. Cavabdeh iddiaçıdan iş qurmaq üçün pul almışdır. Yevlax rayon prokurorluğunda X1 özünü öldürmə həddinə çatdırılması faktı ilə bağlı aparılan araşdırma zamanı cavabdeh iddiaçıdan iş qurmaq adı ilə pul aldığını və həmin pulları qaytardığı barədə izahat vermişdir. İddiaçı 120000 manat pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbini azaldaraq 60000 manat tələb etmişdir. Cavabdeh iddianı qəbul edərək, 60000 manat pulu iddiaçıya hissə-hissə qaytaracağını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 60000 manat borc və 270 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı 410 manat dövlət rüsumu tələb etsə də, 60000 manat üçün 270 manat dövlət rüsumu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 60000 manat borc və 210 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar