Məhkəmə qərarları › İş №2(039)-152/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-152/2023

09.01.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-152/2023 09.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01 may 1956-cı il təvəllüdlü X4 xəbərsiz itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, məhrum atası X6 02 fevral 2005-ci il tarixdə evdən çıxmışdır. Ondan bu günə qədər hər hansı bir məlumat yoxdur. Bu barədə İcra nümayəndəliyinə və Polisə müraciət etmişdir. Müraciətinə cavab olaraq 19 sentyabr 2022-ci il tarixdə ona atasının 02 fevral 2005-ci il tarixdə Rusiya Federasiyasına getməsi bildirilmişdir. Lakin hazırda onun barəsində heç bir məlumatı yoxdur. X2 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Ondan qalan mirası qəbul edə bilmir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, işə onsuz baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 19 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, X6 02 fevral 2005-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 iyul 2022-ci il tarixli AZ-ll 283063 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X5 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı mənzil təmir istismar sahəsi tərəfindən 23 sentyabr 2022-ci il tarixdə verilmiş 5011 saylı arayışından məlum olur ki, X1 şəhəri, A.Ələsgər küçəsi 17 saylı ünvanda yaşamır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı mənzil təmir istismar sahəsi tərəfindən 22 dekabr 2022-ci il tarixdə verilmiş 575 saylı arayışından məlum olur ki, X1 şəhəri, A.Ələsgər küçəsi 17 saylı ünvanda yaşamır. Vətəndaşın harada yaşaması barədə nümayəndəlikdə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin arayışından məlum olur ki, X6 02 fevral 2005-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X6 02 fevral 2005-ci il tarixdən yaşadığı Yevlax şəhəri, A.Ələsgər küçəsi 17-dan çıxıb naməlum istiqamətdə getmiş, indiyədək onun barəsində heç bir məlumat yoxdur. Ərizəçinin Yevlax RPŞ-nə müraciəti əsasında məlum olmuşdur ki, X6 02 fevral 2005-ci il tarixdə Rusiya Federasiyasına getmişdir. Ərizəçinin X2 27 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. X6 olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə X3 adına olan əmlakların vərəsələrinin adına rəsmiləşdirilməsi və ya həmin əmlakı idarə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 01 may 1956-cı il tarixdə anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 may 1956-cı il tarixdə anadan olmuş X6 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar