Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-152/2024 05.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Hakim köməkçisi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli məhkəmə əmri ilə borclular Cavabdeh1 və Cavabdeh2 1613.92 ABŞ dolları məbləğində əsas borc, 277.10 ABŞ dolları məbləğində faiz borcu, 228.75 ABŞ dolları məbləğində cərimə borcu, 11 manat poçt xərcləri, 20 manat məbləğində dövlət rüsumu, cəmi 2119.77 ABŞ dolları məbləğində pul və 31 manat məbləğində borc məcburi qaydada alınaraq «X1 Azərbaycan» QSC-nin xeyrinə verilməsi barədə məhkəmə əmri verilmişdir. Məhkəmə əmri ilə razılaşmayan Cavabdeh2 etiraz verərək məhkəmə əmrinin ləğv edilərək, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 2(039)1508/2014 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli 2(039)-1508/2014 saylı məhkəmə əmri ləğv edilməsi; işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «X1 Azərbaycan» QSC iddia tələbini onunla əsaslandırmışdır ki, 01 fevral 2012-ci il tarixli 010212 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 24 faizlə 36 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin müqavilənin şərtləri ilə razılaşaraq müqaviləyə imza etmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin «X1 Azərbaycan» QSC-yə əsas kredit borcu 1613.92 ABŞ dolları, faiz borcu 277.10 ABŞ dolları, cərimə borcu 228.75 ABŞ dolları borcu qalmışdır. İddiaçı «X1 Azərbaycan» QSC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, «X1 Azərbaycan» QSC ilə Cavabdeh1 arasında bağlanmış 01 fevral 2012-ci il tarixli 010212 saylı kredit müqaviləsinə əsasən ona 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən Cavabdeh1 1613.92 ABŞ dolları, faiz borcu 277.10 ABŞ dolları, cərimə borcu 228.75 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. İş üzrə məhkəmə əmri çıxarılmışdır. Cavabdeh2 məhkəmə əmrinə etiraz ünvanlayaraq, zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını bildirərək, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə əmri ləğv edilmiş və iş üzrə ekspertiza təyin edilmişdir. Lakin Cavabdeh2 məhkəməyə gəlməmiş, sərbəst və eksperimental imza nümunələrini təqdim etməmişdir. Bu səbəbdən də ekspertizanın keçirilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 228.75 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, «X1 Azərbaycan» QSC pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onları xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 1613.92 ABŞ dolları, faiz borcu 277.10 ABŞ dolları, cərimə üzrə 20 ABŞ dolları, cəmi 1911.02 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə, 11 manat müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, müştərək qaydada 08 avqust 1982-ci il tarixdə Yevlax rayonu, Salamabad kəndində anadan olmuş, Yevlax rayonu, Yuxarı Salamabad kəndində qeydiyyatda olan Cavabdeh1 və xx xxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Buzovna qəsəbəsi, G.Məmmədov küçəsi ev 16, mənzil 30-da qeydiyyatda olan Cavabdeh2 alınaraq «X1 Azərbaycan» QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-152/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-152/2024
05.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver