Məhkəmə qərarları › İş №2(039)-1531/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1531/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1531/2020 12.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2686/2019 saylı qiyabi qətnaməsi ilə Cavabdeh 2300 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(039)- 1531/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(039)-2686/2019 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2015-ci ilin axırlarında Yevlax şəhər Mərkəzi bazarında paltar və qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olurdu. Cavabdeh da qonşuluqda paltar alqı-satqısı ilə məşğul olurdu. Bankdan kredit götürmək qərarına gəlmiş və aralarında olan söhbət zamanı bu barədə Sevincə də danışmışdır. Cavabdeh ehtiyacı olduğu üçün krediti artıq götürməsini xahiş etdi. Bankdan götürdüyü kreditin 2300 manatnı borc olaraq Sevincə vermişdir. Cavabdeh ondan aldığı borc pulu iki il müddətdə qaytaracağına söz versə də, hal-hazıradək borclu olduğu pulu qaytarmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Cavabdeh onun həyat yoldaşıdır. Yoldaşı Yevlax şəhər Mərkəzi bazarında paltar alqı-satqısı ilə məşğul olurdu. Həqiqətən 2015-ci ilin axırında yoldaşı İddiaçı iki il müddətinə 2300 manat pul almışdır. Həmin pulla banka olan borclarını bağlamışlar. Lakin Mahirə həmin pulu yoldaşına borca yox sələmə, yəni faizlə vermişdir. Həmin pulu bağlamışlar. Hazırda yoldaşının Mahirəyə heç bir borcu yoxdur. Mahirə istədiyi borc həmin pulun üstüdür. Cavabdeh nümayəndəsi X6 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, bacısı Mahirə 2015-ci ildə bazarda işləmişdir. Daima bacısına işində kömək edirdi. Bacısının bazarda qonşusu olan Sevinci də tanıyırdı. Bacısının yanında olarkən bacısı Sevincə onun yanında 2300 manat borc vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, bazarda tanıdıqları Mahirə və Sevinclə ünsiyyət edirdi. Hətta el arasında adlanın “latareya” oyunuda oynuyurdular. 2015-ci ilin sonunda bazarda olarkən Mahirə Sevincə 2300 manat onun yanında borca pul verdi. Bildiyinə görə Sevinc pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Mahirə ilə Sevinci bazardan tanıyır. 2015-ci ilin sonlarında bazarda olarkən Sevinc onun yanında Mahirədən 2300 manat borc almışdır. Sonradan eşitmişdir ki, Sevinc Mahirənin pulunu qaytarmayıb. Hətta Sevincin digər qızıl və oyuncaq mağazasına da borcu var. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2010-cu il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxx 1973-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Ağdam rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Yevlax rayon şöbəsinin xx xxxxxx 2018-ci il tarixli arayışından məlum olur ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür, hazırda Yevlax şəhəri, M.Ə.Rəsulzadə küçəsi 65-də məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər Yevlax rayon Mərkəzi bazarında qonşuluqda işləmişlər. 2015-ci ilin sonunda iddiaçı cavabdehə iki il müddətinə 2300 manat pul vermişdir. Cavabdeh tərəf pulun verilməsini etiraf edir. Lakin pulun faizə veridiyini və iki il müddətində geri qaytarıldığını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçıdan pul aldığını, pulun faizə verildiyini və qaytarıldığını bildirsə də, pulun qaytarılmasına və faizə verilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 2300 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərcər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2300 manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar