Məhkəmə qərarları › İş №2(039)-1535/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1535/2021

24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1535/2021 24.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakları ilə, "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borclulardan müştərək qaydada 296.3 USD əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X3 arasında bağlanmış 22.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 1,500 USD məbləğində kredit verilmişdir. Bakı səhəri 13 saylı Notariat Ofisinin 31.05.2020-ci il tarixli məktubu ilə X3nın vərəsələrinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Bu isə borcalan Məfruzə Hüseynovanın hüquqi varislərinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olması anlamına gəlir. Nəticədə 26 may 2021, tarixinə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 296,3 USD əsas borc yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Türkan Piriyeva məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan "xxxx" KB ASC ilə Məfruzə Hüseynova arasında bağlanmış 22.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 1,500 USD məbləğində kredit verilmişdir. Bakı səhəri 13 saylı Notariat Ofisinin 31.05.2020-ci il tarixli məktubunda qeyd edilir ki, ilə X1 miras qalmış əmlakına dair vərəsəlik işi açılmış və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vərəsəlik şəhadətnaməsi verilmişdir. Maliyyə arayışına əsasən, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 26 may 2021-ci il tarixə 296.3 USD əsas məbləğ üzrə borc yaranmışdır.. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, təqdim olunmuş sübutlarla təsdiq olunur ki, "xxxx" KB ASC ilə Məfruzə Hüseynova arasında 342nkSTB2/15 nömrəli 22.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və bunun əsasında sonuncuya 24 ay müddətinə illik 25 % dərəcəsi olmaqla 1,500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər iddiaçı tərəfindən icra edilsə də, cavabdeh üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və bunun nəticəsində iddia tələbində qeyd edilən məbləğdə borc yaranmışdır. X7 02.01.2016-cı il tarixdə ölmüş, onun miras əmlakını isə cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmişlər. Bu səbəbdən iddia, borclunun miras əmlakını qəbul etmiş hazırkı iş üzrə cavabdehlərə münasibətdə əsaslıdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, yaranmış borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 22.01.2015ci il tarixli kredit müqaviləsi üzrə 296 (iki yüz doxsan altı) ABŞ dolları 30 (otuz) sent ödənilən günə məzənnə üzrə manatla, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar