Məhkəmə qərarları › İş №2(039)-1536/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1536/2025

29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1536/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RESTİ-nin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-ci il tarixli, 229 saylı sərəncamına əsasən «Balıq və digər su bioresurslarının mühafizəsi» ilə əlaqədar keirilən reyd zamanı Yevlax rayonu Xanabad kənd sakini Hüseynov X1 anbarında qanunsuz balıq ovu edərkən saxlanılmış və ondan 9 (doqquz) ədəd çapaq balığı və uzunluğu 35 metr olan 1 (bir) ədəd sintetik tor maddi sübut kimi götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayon xanabad kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası «Balıqçılıq» haqqında Qanunun 9 və 10-cu maddəsinin və Nazirlən Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli Qərarının 2.5.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmiş və nəticədə 99 (doxsan doqquz) manat dəyərində təbiətə ziyan vurmuşdur. Cavabdeh yazılı izahatında qanunsuz balıq ovu etdiyini etiraf etmişdir. Yevlax rayon sakini Cavabdeh X2suz ovladığı 9 (doqquz) ədəd çapaq balağına görə balıq ehtiyyatlarına vurduğu ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 nömrəli və 03 may 2021-ci il tarixli, 128 saylı Qərarlarına əsasən hesabanmış, lakin ziyanın ödənilməsi istiqamətində heç bir hüquqi təsir tədbiri görülməmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, Cavabdeh qanunsuz balıq ovlaması nəticəsində təbiətə vurduğu 99 (doxsan doqu) manat pulun alınaraq 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabın ödənilməsinə dair qətnamə çıxarılmasını xhiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2021-ci il tarixli, 72387 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RESTİ-nin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-ci il tarixli, 229 saylı sərəncamına əsasən «Balıq və digər su bioresurslarının mühafizəsi» ilə əlaqədar keirilən reyd zamanı Yevlax rayonu Xanabad kənd sakini Hüseynov X1 anbarında qanunsuz balıq ovu edərkən saxlanılmış və ondan 9 (doqquz) ədəd çapaq balığı və uzunluğu 35 metr olan 1 (bir) ədəd sintetik tor maddi sübut kimi götürülmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan balıq ehtiyyatlarına vurulan ziyanın hesabatına dair xx.xx.2021-ci il tarixli cədvəldən görünür ki, Cavabdeh 9 ədəd çapaq balığını qanunsuz ovlamaqla təbiətə 99 (doxsan doqquz) manat məbləğində ziyan vurmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli tarixli məktublardan görünür ki, iddiaçı Cavabdeh vurduğu ziyanı könüllü olaraq ödəməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı RESTİ-nin əməkdaşları tərəfindən İdarənin xx.xx.2021-ci il tarixli, 229 saylı sərəncamına əsasən «Balıq və digər su bioresurslarının mühafizəsi» ilə əlaqədar keirilən reyd zamanı Yevlax rayonu Xanabad kənd sakini Hüseynov X1 anbarında qanunsuz balıq ovu edərkən saxlanılmış və ondan 9 (doqquz) ədəd çapaq balığı və uzunluğu 35 metr olan 1 (bir) ədəd sintetik tor maddi sübut kimi götürülmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Yevlax rayon xanabad kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası «Balıqçılıq» haqqında Qanunun 9 və 10-cu maddəsinin və Nazirlən Kabinetinin xx.xx.2017-ci il tarixli, 243 nömrəli Qərarının 2.5.1-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmiş və nəticədə 99 (doxsan doqquz) manat dəyərində təbiətə ziyan vurmuşdur. Cavabdehin barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh təbiətə vurduğu ziyanı ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmn edilərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 99 (doxsan doqquz) manat pulun alınıb Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia təmin edildiyi üçün 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 99 (doxsan doqquz) manat pul alınaraq İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar