Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1537/2025 31.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsi Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsi tərəfindən Cavabdeh (abonent kodu: **********120) su təchizatı sistemindən suyun buraxılması xidməti göstərilir. Belə ki, Cavabdeh ilə su təchizatına görə xx.xx.2009-cu il tarixli, 36579602 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixdə, CSS-20 markalı, 24016944 nömrəli sayğac quraşdırılmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı ünvana quraşdırılmış su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 639.3 manat borcu yaranmışdır. Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsi tərəfindən borcun ödənilməsi tələb ilə cavabdehə xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1-ci maddələrinə istinad edərək, Cavabdeh 639.3 manat pulun və 30 manat dövlət rüsumunun Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 639.3 manat pulun Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəmənin hazırlıq iclasında iddianı etiraf etməsinə dair yazılı izahat verərək, işə onun iştirakı olmadan baxılaraq iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2009-cu il tarixli, 36579602 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsi ilə Cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və istehlakçı müəssisə tərəfindən satılmış suyun və göstərilmiş xidmətlərin haqqını 1 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan abonentin kartından görünür ki, Cavabdeh iddiaçı cəmiyyətə 633.3 manat borcu yaranmışdır. İşdə olan bildirişdən görünür ki, Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsi tərəfindən yaranmış borcun ödənilməsi cavabdehdən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyytinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə iş üzrə ödənilməli olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 639.3 (altı yüz otuz doqquz manat otuz qəpik) manat borc alınaraq Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X11 Yevlax Su X1 İdarəsinin hesabına və 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1537/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1537/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver