Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1538/2025 12.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı Yevlax Su X1 İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Yevlax Su X1 İdarəsinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Yevlax Su X1 İdarəsinin Cavabdeh qarşı “borc” tələbi ilə müraciət edərək Cavabdeh 241 (iki yüz qırx bir) manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun Azərbaycan Dövlət Su X2 X3 İstismar İdarəsinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yevlax Su X1 İdarəsinin nümayəndəsi X6 məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirdi ki, Cavabdeh yalnız 241 (iki yüz qırx bir) manat pulun iddiaçını xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Yevlax Su X1 İdarəsi iddia tələbini bununla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Dövlət Su X4 X3 İstismarı İdarəsinin tərəfindən Cavabdeh (abonent kodu: **********250) su təchizatı sistemindən suyun buraxılması xidmətləri göstərilir. Belə ki, Cavabdeh ilə su təchizatına görə xx.xx.2009-cu il tarixli, 36516886 nömrəli müqavilə bağlamış və həmin müqavilə əsasında Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixdə , CSS- 20 markalı, 24039816 nömrəli sayğac quraşdırılmışdır. İstehlakçının istifadə etdiyi su təchiatı ünvana quraşdırılmış su sayğacının götəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 241 (iki yüz qırx bir) manat borcu yaranmışdır. Azərbaycan Dövlət Su X4 X3 İstismarı İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. İddiaçı Yevlax Su X1 İdarəsinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni göstərilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar ədətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin 97-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. “Su təchizatı və tullantı sular haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablamalar yolu ilə müəyyənləşdirir. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı Yevlax Su X1 İdarəsi ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 36516886 nömrəli müqavilə bağlanmış və həmin müqavilə əsasında Cavabdeh ünvanına xx.xx.2024-cü ildə CSS-20 markalı, , 24039816 nömrəli sayğac quraşdırılmışdır. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində xidmətdən mütəmadi istifadə etsə də, istifadə etdiyi xidmətin dəyərini tam ödəməmiş, nəticədə 241 (iki yüz qırx bir) manat borcu yaranmışdır. Azərbaycan Dövlət Su X4 X3 İstismarı İdarəsi tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdeh xx.xx.2025-ci il tarixdə xəbərdarlıq məktubu təqdim edilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 241 (iki yüz qırx bir) manat pul alınaraq iddiaçı Yevlax Su X1 İdarəsinə verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227- ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin Cavabdeh 241 (iki yüz qırx bir) manat pul alınaraq iddiaçı Yevlax Su X1 İdarəsina verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1538/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1538/2025
12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver