Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-154/2023 07.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 81001 manat məbləğində borcun və ödənilmiş 333 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh və onun atası ilə yaxın münasibətlərdə olmuş, xüsusən də atası ilə bir sinifdə oxmuş, bir-birinə qarşı inam və etibarı olmuşdur. O, Feruzu etibarlı bir adam hesab etmiş, cavabdeh onlara məxsus yanacaq doldurma məntəqəsindən mütamadi olaraq bank kartı ilə ödəməklə bezin götürmüş, heç vaxt borc saxlamamışdır. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində, 9000 manat dəyərində onlardan yanacaq nisyə götürmüş, həmin günlərdə qaytarmışdır. Bu şəxs onun etibarından istifadə edərək 3 maşın yanacağını, sonra isə yenə 2 maşın bezin, 2 maşın dizel yanacağı götürərək ümumilikdə 5 maşın dizel yanacağı-ümumi çəkisi 77 ton, 750 litr dizeli ümumi dəyəri 62202 manat, eynilə 2 maşın benzin olmaqla, ümumi çəkisi 18799 litr benzin olmaqla, cəmi 18799 manat olmaqla yanacaq götürmüş və cəmi cavabdeh ümümilikdə 81001 manat məbləğində yanacağını mənimsəmişdir. Qeyd olunan şəxs bərəsində başqa işləri ilə əlaqədar dələduzluq cinayət ilə iş açılmış, hal-hazırda ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O, qanuni haqqını istəyir. Şəxsin kələyinin və dələduzluğunun açıq aləti olmuş, cavabdehdən onu aldadaraq əldə etdiyi əmlakının dəyəri 81001 manat məbləğində pulunu yəni yancağın dəyərini tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Fərhad Məmmədov iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, eyni zamanda məhkəmədə məsələ ilə bağlı şahidlərinin dinlənilməsini istəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qismən qəbul etdiyini, iddiaçının oğluna məxsus yanacaq doldurma məntəqəsindən dəfələrlə dizel yanacağı alaraq dəyərini ödədiyini, lakin son zamanlar işində problem olduğundan həmin alış veriş nəticəsində müəyyən məbləğdə borcu yaranmışdır. Cavabdeh məhkəməyə ərizə təqdim edərək İddiaçı hazırda 26700 manat borcu olduğunu bildirmiş və məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdeh ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Yevlax şəhər 19 saylı Evlər Komtəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də ünvan 1 ünvanında yaşayır. Məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, qardaşı Şahinə məxsus yanacaq doldurma məntəqəsində iş icraçısı vəzifədində işləyir. Sonradan adının Feruz olduğunu bildiyi cavabdehin 4-5 dəfə həmin yanacaq doldurma məntəqəsindən dizel yanacağı aldığını, lakin həmin alqı-satqı nəticəsində nə qədər borcun yarandığını bilmədiyini, eləcə də həmin yanacaq doldurma məntəqəsində pul məsələlərinə qarışmadığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir, 2021-ci ilin avqust sentyabr aylarında Cavabdeh İddiaçı məxsus yanacaqdoldurma məntəqəsinə gəlmiş, həmin dövrdə Şahinin oğlu Elçinin göstərişi əsasında Cavabdeh dizel və benzin yanacaqlarının satıldığını görmüşdür. Cavabdeh həmin razılaşma nəticəsində İddiaçı 81000 manat borcunun yarandığını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin şahidi qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o yanacaq daşıyan maşın sürücüsü işləyir, Şahinə məxsus yanacaq doldurma məntəqəsindən bir neçə dəfə Saleh adlı şəxsin sifarişi əsasında dizel yanacağı götürərək daşımaçılıq fəaliyyəti görmüş və bunun əvəzində həmin Saleh adlı şəxsdən muzd almışdır. Feruz adlı şəxsi tanımamış, onunla heç bir alış verişi olmamış, İddiaçı və Cavabdeh arasında olan hər hansı alış veriş olduğu barədə məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixlinədək tərtib edilmiş 52 ədəd elektron qaimələrin surətindən görünür ki, qeyd olunan müddətlər ərzində alıcı X1 Socar Petroleum QSC-dən müxtəlif çəkilərdə Benzin Aİ 92 və Dizel yanacaqları almışdır. Yevlax Rayon Məhkəməsinin 1(039)-148/2022 saylı 15 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh ifadəsində “həmin ərəfədə Şahinə məxsus Yevlax şəhərində yerləşən «Luxoil» yanacaq doldurma məntəqəsində işləyən Zahidlə şəhərdə təsadüfən görüşən zaman Zahid ona demişdir ki, “eşitmişəm ki, yaxşı dizel yanacağı alveri edirsən, niyə gəlib bizim yanacaq doldurma məntəqəsindən vurmursan”. O, Zahidin işlədiyi yanacaq doldurma məntəqəsinə getmiş, Şahinlə görüşmüş, Şahinə “mənə 10 ton dizel yanacaq ver, gündə sənə 1000 manat gətirib ödəyəcəm” demiş, Şahin də onunla razılaşmışdır. Şahinin yanacaq doldurma məntəqəsindən, 10 ton dizel yanacağı götürüb Rəfail gilə olan borcunu ödəmək məqsədi ilə litrini 70 qəpikdən satmışdır. O, yenidən Şahindən aldığı dizel yanacağının pulunu ödəmək üçün Rəfaildən və oğlu Ramindən əlavə 8.000 manat götürüb Şahinə vermişdir. Bu formada bir neçə dəfə Şahindən 80 qəpikdən dizel yanacağı alıb Rəfail gilə 70 qəpikdən satmışdır. Həmin ərəfələrdə Şahinin qardaşı Şikara gəlir qazandırması üçün Şikardan da 10.000 manat pul almışdır. O, həmin puldan 7.500 manatını 10 gün müddətində qaytarıb Şikara vermişdir. Sonradan isə borcunun artdığını görüb borcu olan şəxslərdən borcu ödəməsi üçün vaxt istəmiş, lakin ona vaxt verməmişlər. Sonradan eşitmişdir ki, həmin şəxslər onun barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir” qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 441.1. Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin və şahidlərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh dizel və benzin yanacağının nisyə alqı-satqısı ilə bağlı mülki münasibətdə olmuş və nəticədə Cavabdeh İddiaçı 26700 manat məbləğində borcu yaranmışdır. Sonuncu həmin pul məbləğinin iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Habelə cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək, iddiaçıya 26700 manat borclu olduğunu etiraf etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onu aldadaraq əldə etdiyi əmlakının dəyəri olan 81001 manat məbləğində pulun - yəni yancağın dəyərinin tutulmasını məhkəmədən xahiş etsə də, bu halları təsdiqləyəcək sübütu məhkəməyə təqdim etməmiş, habelə şahid ifadələri ilə cavabdeh tərəfindən iddiaçıdan benzin və dizel yanacaqlarının nisyə alğı-satqısı əsasında alındığı təsdiq olunsa da, həmin sövdələşmə nəticəsində yaranmış borcun dəqiq məbləği müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 26700 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 26.700 (iyirmi altı min yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 (bir yüz yetmiş ) manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-154/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-154/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver