Məhkəmə qərarları › İş №2(039)-154/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-154/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-154/2024 13.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 17600 manat məbləğində pulun alınıb ona verilməsinə və eyni zamanda iddia ərizəsi üçün ödənilmiş 142.80 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq dövlət hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, aralarında yazılmış qəbz əsasında Zakirə 17600 manat pul vermişdir. Həmçinin Nəbiyə qızıllar vermişdir. Həmin pulun bir hissəsi qaytarılmışdır. Hazırda 9400 manat pulunu tələb edir. Cavabdeh1 nümayəndəsi X2 məhkəmə iclasında izah etdi ki, Zakir 17600 manat pul alıb və bununla bağlı qəbz yazmışdır. Həmin puldan bir hissəsini ödəmişlər. Hazırda razılığa gəlmişlər. 9400 manat borcu etiraf edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, iddiaçı onun atasıdır. Nəbi ona maşın alıb Rusiyaya işləməyi təklif etdi. Aralarında olan razılığa görə cavabdehlərə 17600 manat pul və qızıl verilmişdir. Zakir onun yanında telefonla danışaraq qızılları girov qoymuşdur. Lakin kiminlə danışdığını bilmir. Həmin puldan 4000 manat bir və hissə-hissə 4200 manatı ödənilmişdir. Hazırda borcun məbləği 9400 manat təşkil edir. Sonuncu ödəniş 05 iyul 2022-ci il tarixdə olmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş aktdan görünür ki, Cavabdeh1 İddiaçı olan borcundan 4000 manatını vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 17600 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ödəniş qəbzindən görünür ki, İddiaçı 143 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Cavabdeh1 17600 manat borc pul vermişdir. Cavabdeh1 həmin puldan 8200 manat qaytarmışdır. Hazırda 9400 manat borc qalmışdır. Cavabdeh1 nümayəndəsi 9400 manat borcu etiraf edir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sübutlardan məlum olur ki, pul Cavabdeh1 verilmişdir. Cavabdeh2 pulun verilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə iddianın 142.80 manat hissəsində qeyd edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununa əsasən 9400 manat məbləğində pul üçün 114 manat dövlət rüsumu nəzərdə tutulmuşdur. Pulun ödənilməsi üçün 0.40 manat xidmət haqqı vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 9400 manat borc və 114.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 9400 manat borc və 114.40 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar