Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1541/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək övladları 12.09.2010-cu il təvəllüdlü X6, 15.11.2014-ci təvəllüdlü X3 və 22.06.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına, yəni 18yaşına çatanadək saxlanması üçün hər bir uşaq üçün hər ay 174 manat, cəmi 522 manat aliment pulun və məhkəməyə ödədiyi dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 16.11.2009-ci il tarixli nikah şəhadətnaməsi ilə rəsmi olaraq ilə qurmuş, və birgə nikahlarından 12.09.2010-cu il təvəllüdlü Röyal, 15.11.2014-cü təvəllüdlü Muhamməd və 22.06.2016-ci il təvəllüdlü Hüseyn anadan olmuşlar. Yevlax Rayon Məhkəməsinin 30.07.2020-ci il tarixli iş № 2(039)- 1321/2020 saylı qərarına əsasən 16.11.2009-cu il tarixli nikahın ləğvinə və övladları 12.09.2010-cu il təvəllüdlü Röyal, 15.11.2014-ci təvəllüdlü Muhamməd və 22.06.2016-ci il təvəllüdlü Hüseynin yetkinlik yaşına yəni 18 yaşına çatanadək cəmi olaraq 250 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qət edildi. Ona görə də məcburiyyət qarşısında qalıb alimentin məbləğinin artırılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı bir müddətdir ki, ayrılıb ayrı yaşayır. Buna baxmayaraq məhkəmə qərarı əsasında təyin edilmiş alimenti vaxtında ödəyir. Hazırda işləyir və əmək haqqı 545 manat təşkil edir. Lakin həmin məbləğdən kredit ödənişləri də çıxılır. Birgə nikahdan olan uşaqlardan 12.09.2010-cu il təvəllüdlü Röyal qarşı tərəflər razılığa əsasən hazırda müvəqqəti olaraq onun yanında qalır. Digər övladları isə iddiaçının yanındadır. Alimentin miqdarının artırılaraq hər ay hər uşağa 100 manat tutulmasına etiraz etmədiyini bildirmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-1321/2020 №-li, 30 iyul 2020-ci il tarixli qətnamənin surəti ilə müəyyən olunur ki, iddiaçı Gülbəniz Həsənova ilə Cavabdeh arasında qeydə alınmış 16 noyabr 2009-cu il tarixli nikah qeydi pozulmuş, tərəflərin birgə nikahlarından anadan olmuş 12 sentyabr 2010-cu il təvəllüdlü Röyal, 15 noyabr 2014-cü il təvəllüdlü Muhamməd və 22 iyun 2016-cı il təvəllüdlü Hüseyn iddiaçının himayəsində saxlanılmış və onların 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay üç uşaq üçün cəmi 250 manat məbləğində alimentin iddiaçı Gülbəniz Həsənovanın xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, məhkəmə qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq sabit pul məbləğində və hər ay hər bir uşaq üçün 100 manat həddində müəyyən edilməlidir. Qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, iddiaçı, cavabdehin buna maddi imkanının olduğunu bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 2(039)-1321/2020 №-li, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 12.09.2010-cu il təvəllüdlü X4, 15.11.2014-cü təvəllüdlü X1 və 22.06.2016-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 100 (bir yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1541/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1541/2021
03.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver