Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1542/2021 30.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, “Hyundai Sonata” markalı **-XA- *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir.) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 aprel 2013-cü il tarixdə "xxxx" ASCnin Qaradağ filialından avtomobil almaq üçün 15900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Alacağı avtomobil isə sözügedən bankın girovunda olacaqdı. O, bir müddətdən sonra banka olan kreditini ödəyə bilmədiyi üçün avtomobilini satmaq qərarına gəlmişdir. 26 may 2013-cü il tarixdə avtomobilini X2 baş etibarnamə ilə vermiş və razılaşmışlar ki, sonuncu bankın kreditini ödəyəcək və avtomobili onun adına rəsmiləşəcək. X6 öz növbəsində sözügedən avtomobili 14 iyun 2013-cü il tarixdə baş etibarnamə ilə şifahi şəkildə alqı-satqı etməklə Cavabdeh1 satmışdır. Lakin Cavabdeh1 səhlənkarlıq edərək krediti ödəməmişdir, həmçinin avtoxuliqanlıq edərək məhkum edilmişdir. 27 mart 2014-cü il tarixdə Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, avtomobil ona təhvil verilmişdir. Bundan sonra Cavabdeh1 təkidli xahişlərinə görə 08.04.2014-cü il tarixdə ƏN-İV 407300 №-li etibarnaməyə əsasən idarə etmək üçün Cavabdeh1 vermiş və ona bildirmişdir ki, avtomobil kreditdədir və kreditin qalan hissəsini onun tərəfindən ödəmək şərti ilə avtomobili idarə etməyə icazə verir. Cavabdeh1 bu şərtlərə razı olduqdan sonra avtomobili ona vermişdir. Bundan sonra Cavabdeh1 öz əməlindən əl çəkməyərək banka olan krediti ödəmədən, avtomobili idarə etmişdir. Daha sonra 3 sentyabr 2013-cü il tarixdə avtomobili doğma bacısı Cavabdeh2 baş etibarnamə ilə vermişdir ki, banka olan kreditin yerdə qalan hissəsini ödəsin. Bir müddətdən sonra "xxxx" ASC-dən ona zəng edib bildirmişlər ki, adına olan kredit ödənilmir. O, 2015-ci ildə avtomobilin saxlanılaraq ona qaytarılması üçün Baş X7 idarəsinə rəsmi ərizə ilə müraciət etmiş, amma heç bir nəticəsi olmamışdır. Bundan sonra o, 5 fevral 2016-cı il tarixdə hər iki şəxsin adına verilmiş etibarnamələri rəsmi qaydada ləğv etmişdir və yenidən X7 idarəsinə sözügedən avtomobil üzərinə həbs qoyulması üçün müraciət etmişdir. Lakin Cavabdeh2 heç bir rəsmi hüququ olmadan avtomobili istifadə etdikdən sonra şifahi razılıqla X1 1000 manat almaqla sözügedən avtomobili ona vermişdir. Bundan sonra "xxxx" ASC-nin girovluğunda olan “Hyundai Sonata” markalı, **-XA-*** dövlət nömrə nişanlı avtomobili X3 istifadə etsə də, avtomobili tapmaq mümkün olmamışdır. Uzun müddət banka pul ödənmədiyinə görə, onun adına bankda yüksək məbləğdə borc yaranmışdır. Azərbaycan Beynəlxalq Bankın Qaradağ Filialı pulun qaytarılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və sözügedən məhkəmənin 2(010)-5585/2016-saylı, 17 iyun 2016-cı il tarixdə çıxartdığı qətnaməyə əsəsən ondan 13.477 ABŞ dolları əsas borc, 4708,81 ABŞ dolları faiz borcu, cəmi 18.285,81 ABŞ dolları tutularaq Azərbaycan Beynəlxalq Bank ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdehlərin məsuliyyətsiz hərəkətləri nəticəsində nəticəsində ona 19.000 ABŞ dolları həcmində zərər dəymişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçının mülkiyyətində olan avtomobil qanunsuz olaraq cavabdehlərin istifadəsindədir. İddiaçı avtomobilinin geri qaytarılmasını xahiş edir. İddiaçının nümayəndəsi-Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında və onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Elektron informasiya portalından çıxarışdan görünür ki, “Hyundai Sonata” markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. 08.04.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, iddiaçı özünə məxsus “Hyundai Sonata” markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək səlahiyyəti ilə Cavabdeh1 vermişdir. 03.09.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 “Hyundai Sonata” markalı **-XA-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək və sərəncam vermək səlahiyyəti ilə Cavabdeh2 vermişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçıya məxsus avtomobil cavabdehlərin qanunsuz sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Hyundai Sonata” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Hyundai Sonata” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1542/2021
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1542/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver