Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1544/2025 29.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X4 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 29 dekabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat borc məbləğinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 2022-ci ililn oktyabr ayında dostu Cavabdeh yanına gələrək bildirmişdir ki, Şəmkir rayonunda 25 ha torpaq sahəsi var, şərikli taxıl əkib xeyir götürsünlər. İddiaçı da onunla razılaşmışdır. Ancaq iddiaçıya bildirmişdir ki, onun pulu yoxdur, ona 10.000 (on min) manat borc versin, taxıl biçinində qaytaracaq. İddiaçı da dost və ən əziz, ona yaxın olduğunu bilərək Cavabdeh 10.000 (on min) manat pul vermişdir. Aradan bir müddət keçdikdən sonra Camal işlər necədir sualı verdikdə, cavabı bu olmuşdur ki, hər şey yaxşı gedir. Hər həftə də görüşürdülər. 2023-cü ilin mart ayının 23-də gəlib demişdir ki, Nazim taxıl lap yaxşıdır. Taxıla gübrə vermək lazım olduğu üçün cavabdeh iddiaçıdan daha 5500 manat da borc istəmişdir. İddiaçı da razılaşmışdır. Hətta cavabdeh öz dəsti xətti ilə 5500 manat pul ondan aldığına dair qəbz belə yazmışdır. İddiaçı qeyd etmişdir ki, cavabdeh qəbzlə bərabər əlillik pensiyasına dair kartını da vermişdir ki, hər ay ordan 500-600 manat pul çıxartsın. Taxıl biçinindən sonra isə artıq nə qalarsa hesablaşacaqlardı. 2023-cü ilin iyun ayında iddiaçı demişdir ki, cavabdeh taxılı biçdirmişdirsə pulları gətirsin hesablaşsınlar. Cavabında isə taxıl hələ tam yetişməyib, onlarda taxıl bir az gec biçilir bildirilmişdir. Avqust ayının axırında Camalı tutub pulu gətirməyini desə də, cavabında başına iş gəldiyi üçün bütün pulları xərclədiyini deyib. Ona Gəncədən, ya Yevlaxdan ev verəcəklər, o da həmin evi satıb 15500 manat borcunu qaytaracağını demişdir. İddiaçı qeyd etmişdir ki, Cavabdeh verdiyi pensiya kartından 18 ay müddətində 10800 manat pulu çıxartdıqdan sonra, cavabdeh həmin kartın qarşısını bağlatdırmışdır. Pulun qalan hissəsini, yəni 4700 manatını isə hansı ki, ona veriləcək, evi satıb ödəyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə “Elektron Məhkəmə İnformasiya” sistemində yaradılmış elektron kabinetə yerləşdirilmiş izahatından görünür ki, həqiqətdə Cavabdeh tərəfindən İddiaçı faizlə (sələmlə) 5.000 (beş min) AZN məbləğində borc götürülmüş və həmin borc artıqlaması ilə qaytarılmışdır. Belə ki, iddia ərizəsində guya iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti verildiyi qeyd edilsə də bu hallar həqiqəti əks etdirmir. Qeyd edildiyi kimi cavabdeh tərəfindən iddiaçıdan sadəcə bir dəfəyə məxsus olmaqla 5.000 AZN məbləğində faizlə borc almışdır. Digər pul məbləğlərinin alınmasına dair heç bir sübutun olmaması da bu halların yalan xarakterli olmasına dəlalət edir. İddiaçı tərəfindən həqiqətən verilmiş olan borc məbləğinə dair iddiaçıda yazılı qeyd mövcuddur, əgər digər pul məbləğləri də verilmiş olsaydı həmin pul məbləğlərinə dair də yazılı qeyd olardı. Bununla yanaşı iddiaçının öz iddia ərizəsində cavabdehə məxsus bank kartının uzun müddət iddiaçıda qalmasını və həmin kartdan 10.800 (on min səkkiz yüz) manat məbləğindən pul məbləğini çəkildiyini etiraf etmişdir. Halbuki, cavabdehə məxsus təqaüd kartından iddiaçının qəbul etdiyi 10.800 AZN məbləğindən də artıq miqdarda pul vəsaiti çəkilmiş və nəticədə iddiaçı tərəfindən aralarındakı razılaşdırılmış faiz miqdarından da olduqca artıq məbləğdə pul vəsaiti iddiaçı tərəfindən mənimsənilmişdir. "xxxx" ASC tərəfindən sorğuya cavab məktubunda bank kartından pul vəsaitlərinin məxaric edilməsi ilə bağlı nüanslar da tərəflərindən qeyd edilən hallara dair təsdiqləyici mahiyyətdədir. Bununla yanaşı Cavabdeh ona məxsus bank kartını iddiaçıdan tələb etdikdə, iddiaçı guya ki, kartın itdiyini bəhanə gətirərək kartı geri qaytarmamış, yalnız iddiaçı tərəfindən yeni təqaüd bank kartı çıxardıldıqdan sonra hətta həmin kartda borc məbləğinin yarandığını bilmişdir. Həmin borc məbləğinin yaranma səbəbinin araşdırmaq üçün "xxxx" ASC-nin Yevlax şəhər filialına yaxınlaşdıqda həmin borc məbləğinin iddiaçıya məxsus “Luksoil” yanacaqdoldurma məntəqəsində (əvvəli adı “İslam” yanacaqdoldurma məntəqəsi olmuşdur) yarandığı məlum olmuşdur. Bununla bağlı iddiaçı ilə cavabdeh arasında mübahisə yaranmış və araşdırma polis orqanında aparılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə verilmiş olan 5.000 AZN məbləğində borc pul məbləğindən daha artıq miqdarda pul vəsaiti onsuz da iddiaçı tərəfindən əldə edilməsini nəzərə alaraq, 2(039)-1544/2025 saylı mülki iş iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o (nümayəndəsi), məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən İddiaçı (nümayəndəsinin) məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.1995-ci il tarixli, 556 saylı vəsiqənin surətindən görünür ki, Əhmədov X1 rayonundan məcburi köçkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli qəbzdən aydın olur ki, Cavabdeh Nazim Əhmmədovdan 5500 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 sentyabr 2025-ci il tarixli, 3-16-16\-4/1387/2025 saylı məktuba əlavə edilmiş rəydə qeyd edilmişdir ki, ekspertizaya təqdim olunmuş, mülki işin 11-ci vərəqində qeyd dəftəri vərəqi üzərində “qəbiz Cavabdeh oğ..” sözləri ilə başlayıb, “...xx.xx.2023 imza Əliyev” sözləri ilə bitən əlyazmalar (nəmətabad sözündən başqa) və “İmza” sözünün qarşısındakı imza – Cavabdeh tərəfindən icra olunmuşdur (aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh müraciət əsasında toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh 5500 manat borc pul verməsinə dair qəbz var, qalan pul məbləğlərinin verməsinə dair heç bir sübut təqdim edilməmişdir. İş materallarından da müəyyən olunur ki, iddiaçı 10800 manat məbləğində pulun cavabdehə məxsus bank kartından çıxartmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməli və iddia təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı 112 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1544/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1544/2025
29.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver