Məhkəmə qərarları › İş №2(039)-1553/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1553/2021

22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1553/2021 22.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Calal qızının vəkili Vəkil1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı Cavabdeh Calal qızına qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Calal qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdeh Calal qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1750 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin may ayında cavabdehə 1750 ABŞ dolları borc vermişdir. Cavabdeh həmin borcu iki il ərzində ona qaytarmalı idi. O, verdiyi borc ilə bağlı hər gün cavabdehin evinə gedir, ondan pulunu tələb edir. Cavabdeh isə borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Calal qızı cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, cavabdehin ondan aldığı 1000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona heç bir borc məbləği verməmişdir. Əslində cavabdeh ona 1000 ABŞ dolları məbləğində pul qaytarmalıdır. O, həmin məbləği son zamanlar dəfələrlə İddiaçıdən tələb etdiyi üçün o da ona qarşı iddia tələbini irəli sürməklə, onu əsassız olaraq məhkəmə mübahisəsinə cəlb etmişdir. Cavabdeh ondan 1000 ABŞ dolları məbləğində pulu evinin sənədlərini düzəltmək adı ilə almışdır. Onun ünvan 1 ünvanında özünə məxsus fərdi yaşayış evi vardır. Evinin sənədləşmə işlərini qaydaya salmaq üçün İddiaçı müraciət etmişdir, çünki sonuncunun belə işlərlə məşğul olduğunu eşitmişdir. Evin sənədlərinin əldə etdikdən sonra ona məlum olmuşdur ki, evin sənədləri saxtadır və belə olan halda o, İddiaçı 1000 ABŞ dollarını tələb etmişdir, lakin sonuncu pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkin iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən ilkin iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən qarşılıqlı iddianın təmin olunmasını, ilkin iddianın isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. İlkin iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İlkin iddia üzrə iddiaçı cavabdehə 1750 ABŞ dolları məbləğində borc pul verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin qanuni əsasını Mülki Məcəllənin 1092.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı tərəfindən, iddiasını təsdiq edən, yəni cavabdehə 1000 ABŞ dollarını verməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, hər iki iddia təmin edilə bilməz və tərəflərin ödədikləri dövlət rüsumu onlara aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Calal qızına qarşı 1750 ABŞ dolları məbləğində pul tələbinə dair ilkin iddiası təmin edilməsin. Cavabdeh Calal qızının İddiaçı qarşı 1000 ABŞ dolları məbləğində pul tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar