Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1556/2021 06.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı1, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X5, X8 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X5, X8 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan aldatma yolu ilə aldığı 3000 (üç min) manat pulun və həmin aldatma nəticəsində onlara vurduğu 2920 (iki min doqquz yüz iyirmi) manat pulun, cəmi 5920 (beş min doqquz yüz iyirmi) manat məbləğində pulun Cavabdeh alınıb onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələblərini müdafiə edərək izah etdi ki, Yevlax şəhər sakini Cavabdeh 2017-ci ilin axırlarında aralarında olan söhbət əsnasında ona bildirdi ki, Bərdə rayon sakini X1 müalicə olunması üçün yaxın münasibəti olduğu X5 verdiyi borc pulun əvəzində 3-cü şəxslər X10, qızı X11 və həyat yoldaşı X3 ilə qarşılıqlı razılaşma əsasında icarəyə götürüb istifadə etdiyi onlara xüsusi mülkiyyət hüququ ilə məxsus olan və Bərdə rayonunun Tağılar kəndinin ərazisində yerləşən 1,86 ha kənd təsərrüfatı təyinatlı torpağı verdiyi borc pulu qaytarıb almaq üçün satır. Onun təklifi ilə Cavabdeh ilə birlikdə qeyd olunan torpaq sahəsini həqiqətən satmaq fikirlərinin olmasını müəyyən etmək üçün onun mülkiyyətçiləri X10, X11 və X3 ilə danışıqlar aparıb aydınlaşdırmışlar ki, sonuncular cavabdehə olduqları borcu ödəmək məqsədi ilə mübahisəli torpaq sahəsini həqiqətən satırlar. Torpağı icarə əsasında Cavabdeh qeyri-rəsmi istifadə etdiyi üçün və torpağın alqı-satqısnı sənədləşdirməyə onun hüququnun olmadığına görə Sədaqətin təklifi və 3-cü şəxslərin qarşılıqlı razılığı əsasında 07 yanvar 2018-ci il tarixdə o 3000 (üç min) manat məbləğində pulu 3-cü şəxs X2 verdi və o isə pulu alan kimi Cavabdeh verdi, aralarında olan borc söhbəti həll olunduğu üçün onlar bir birinə minnətdarlıq etdilər, torpağı da aldığına görə ona halallıq verdilər. Elə həmin vaxt Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunda 3-cü şəxslər X10 və həyat yoldaşı X3 tərəfindən 2-ci İddiaçı2 adına 2 ədəd etibarnamə verildi. Belə ki, X10 7E №717 saylı 10 yanvar 2015-ci il tarixli etibarnamə əsasında təmsil etdiyi qızı, iş üzrə 3-cü şəxs X6 adından 10 yanvar 2018-ci il tarixədək, yəni 3 (üç) gün müddətinə, həmçinin 3-cü şəxslər X10 və həyat yoldaşı X3 isə öz adlarından 07 yanvar 2021 -ci il tarixədək, yəni 3 il müddətinə, müvafiq olaraq 7E-583 nömrə ilə qeyd edilmiş ƏN-İ № 690629 saylı və 7E-584 nömrəsi ilə qeyd edilmiş ƏN-İ № 690630 saylı onlara məxsus bütün növ əmlakı idarə etməyi və onların üzərində sərəncam verməyi, almağı, satmağı və digər hərəkətlər etməyi 2- ci İddiaçı2 etibar etmişlər. Cavabdeh savadsızlıqlarından istifadə edib 3000 (üç min) manat pullarını torpağın mülkiyyətçisi 3 cü şəxs X1 vasitəsilə aldıqdan və torpaq sahəsinin mülkiyyət sənədini və ssuda kartını onlara verdikdən sonra torpaq mülkiyyətçiləri tərəfindən həmin etibarnamələri adlarına alıb verməklə onları inandırdı ki, üç nəfərdən ibarət ailə üzvü, bu iş üzrə 3-cü şəxslər mülkiyyətlərində olan 1,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini onların mülkiyyətinə keçirdilər. Bundan sonra, 3-cü şəxslər X10, onun qızı X11 və həyat yoldaşı X3 yuxarıda qeyd olunan etibarnamələri ləğv etdirmişlər və ona görə də alqı-satqı müqaviləsini rəsmiləşdirmək hüququndan onları məhrum etmişlər. Bu hal barədə məlumat əldə etdikdən sonra 3-cü şəxslər X10, onun qızı X11 və həyat yoldaşı X2 müraciət etdilər ki, özlərinin iştirakı ilə alqı-satqı müqaviləsini bağlayaq, lakin onlar imtina etdilər. Bundan başqa Cavabdeh 3000 (üç min) manat pullarını alıb və torpaq mülkiyyətçilərindən etibarnamələri alıb onlara verdikdən sonra onlar da mübahisəli torpaq sahəsini ömürlük mülkiyyətlərinə almaqlarına dair tam əminlik yaratdıqları üçün onlar həmin torpaq sahəsinin münbitliyini artırmaq məqsədi ilə cəmi 2920 (iki min doqquz yüz iyirmi) manat xərc çəkib mübahisəli torpaq sahəsinin üzərində aşağıdakı tədbirləri həyata keçirmişlər: torpağın tam kultivasiyasmm aparılmasına (1,86 ha torpaq sahəsinin üzərində düzləmə işlərinə) görə ekskavatorçuya 500 (beş yüz) manat; torpağın şumlanması və malalanması üçün 200 (iki yüz) manat; 1 kisənin qiyməti 28 manat olmaqla 15 kisə gübrəyə 420 (dörd yüz iyirmi) manat; 30 lafet, hər birinin qiyməti yükləmə qiyməti ilə birlikdə 40 manat olmaqla qurudulmuş peyinin səpilməsinə görə cəmi 1200 (bir min iki yüz) manat; 1 kq-nın qiyməti 5 manat olmaqla 300 (üç yüz) manata yonca toxumu alıb və onun səpilməsinə görə traktorçuya 300 (üç yüz) manat, cəmi 600 (altı yüz) manat. Yuxarıda qeyd olunan hallar və sənədlərlə təsdiq olunur ki, cavabdeh aldatma yolu ilə ondan 3000 manat pul alıb və mübahisəli torpaq sahəsinin onların mülkiyyətlərində olmasına inandırdığı üçün həmin torpaq sahəsinə 2920 (iki min doqquz yüz iyirmi) manat xərc çəkdirtdirib, ümumilikdə onlara 5920 (beş min doqquz yüz iyirmi) manat ziyan vurmuşdur. Cavabdeh və 3-cü şəxslər X4, qızı X7 və həyat yoldaşı X1 onlara qarşı etdikləri hərəkətləri barədə DİN-in 102 xidmətinə və Bərdə rayon Polis şöbəsinə müraciət edib onlardan pullarını tələb etmişlər. Bərdə rayon Polis şöbəsi 138-30544Q nömrəli 04 noyabr 2020-ci il tarixli məktubla onlara məhkəməyə mülki qaydada müraciət etməyi məsləhət bilmişlər. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək izah etdi ki, cavabdeh iddiaçıları aldadaraq onların pulu mənimsəmişdir. Belə ki, onlara üçüncü şəxslərin torpağını satılmasını bildirmiş və tərfələr arasında olan razılıq əsasında iddiaçılar cavabdehə 3000 manat pul vermişlər. Üçüncü şəxslər isə iddiaçılara torpağın alqısatqısını aparmaq üçün etibarnamə vermişlər. Lakin sonradan həmin etibarnaməni ləğv etdirmişlər. Həmçinin iddiaçılar torpağın onlara məxsus olmasını hesab edərək həmin torpağa 2920 manat xərc çəkmişlər. Cavabdeh öz hərəkəti ilə iddiaçılara 5920 manat ziyan vurmuşdur. İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, üçüncü şəxslər X5, X8 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxslərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bərdə RPŞ-nin arayışının surətindən məlum olur ki, İddiaçı1 məhkməyə müraciət etməsi ilə bağlı rəsmi mlumat verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizələrin surətindən məlum olur ki, İddiaçı1 şikayət ərizəsi ilə Bərdə RPŞ-nə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX sariyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, X4, X7 və X1 Bərdə rayonu, Tağılar kəndində 1.86 ha torpaq sahəsi vardır. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, X4, X7 və X1 Bərdə rayonu, Tağılar kəndində 1.86 ha torpaq sahəsi vardır. İddiaçılar Bərdə RPŞ-nə müraciət edərək, cavabdehin həmin torpaq sahəsini onlara satması ilə bağlı razılıqları olduğunu və bunun üçün üçüncü şəxslər tərəfindən onlara etibarnamə verildiyini bildirmişlər. İddiaçı1 şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı1 məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçılar cavabdehə üçüncü şəxslərə məxsus torpaq sahəsinin alınması ilə bağlı 3000 manat pul verdiklərini və həmin torpağa 2920 manat xərc çəkdiklərini iddia edərək, cavabdehdən 5920 manat pulun tutularaq onlara verilməi barədə qətnamə çıxarılmasını xahi etmişlər. Odur ki, məhkəmə hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən cavabdehə 3000 manat pulun verilməsinə və torpağa 2920 manat xərcin çəkilməsinə dair məhkəməyə sübut təqdim edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh, üçüncü şəxslər X5, X8 və X2 qarşı «aldatma yolu ilə alınmış pul və ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edisin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1556/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1556/2021
06.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver