Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1567/2020 25.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı QSC X2 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılmasına dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC X2 Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılmasına dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 0,54 ABŞ dolları əsas borcun, 168,34 ABŞ dolları faiz borcunun cəmi 168,88 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı QSC X2 Təşkilatınin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh məxsus olan qızıl zinət əşyalarına yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilatın icraçı derektoru Süleyman Bəkirov məktub ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh İddiaçı QSC Bank X1 borcunu tam şəkildə ödədiyini göstərib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi hazırkı iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı QSC X2 Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılmasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1567/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1567/2020
25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver