Məhkəmə qərarları › İş №2(039)-1580/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1580/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1580/2020 16.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlzadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı BOKT «xxxxxxxx» MMC Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxxxx 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2344.83 manat, xx xxxxx 2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 234.48 manat olmaqla, ümumilikdə 2579.31 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması, tutmanın xx xxxxxx 2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 190 manat dəyərində olan çəkisi 16 qram olan 583 əyyar dəst 1 (bir) qaşı yox üzük, 45 manat dəyərində olan çəkisi 20.1 qram olan 583 əyyar saat qolbağı qızıl deyil-77111 nömrəsi və 65 manat dəyərində olan çəkisi 5 qram olan 585 əyyar boyunbağlı+klon qızıl-ziynət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin BOKT «xxxxxxxx» MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə qalıq borcun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, Yevlax rayon Qeydiyyat şöbəsinin xx xxxxxxxx 2020-ci il tarixli 518 saylı arayışından məlum olur ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, iş üzrə tərəf olan iddiaçıCavabdeh xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi»tələbinə dair 2(039)-1580/2020 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar